“Hərə bir əsgər, hər ev bir səngər” .....                        Gənc Tamaşaçılar Teatrı növbəti beynəlxalq festivala hazırlaşır .....                        “Müasir dövrdə Üzeyir Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans keçirilib .....                        Təhsil naziri Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib .....                        Təhsil naziri Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib .....                        Burcəli Yağuboğlunu siz də tanıyın .....                        Müdafiə Nazirliyi MAXE yığır - ELAN .....                        Təbrizdə Beynəlxalq Ustad Şəhriyar Qurultayı keçiriləcək .....                        İşıqlı bu gün üçün jurnalistlər qayğı göstərir .....                       
Tarix : 18-08-2017, 13:18
Ölməzliyə qovuşan Rəşad!..


Əslən Zəngilanın Həkəri stansiyasından olan Rəşad Şakir oğlu Niftalılı 1993-cü il avqustun 18-də Bakıda dünyaya gəlib. Bu gün yaşasaydı 24 yaşını qeyd edib, doğum gününü və şad günün keçiricəkdi. Rəşadı hamı ağıllı, tərbiyəli və əxlaqlı gənc kimi tanıyıb. Rəşad Bakının Xətai rayonundakı 64 nömrəli tam orta məktəbinin, Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universitetinin müəllimlərinin də böyük hörmətini qazanmışdı. Gələcəyin iqtisadçısı olmaq ən böyük arzusuydu Rəşadın! Atası Şakir müəllimin, anası Fərqanə xanımın da ilkiydi, Rəşad! 22 yaşında şəhidlik zirvəsinə ucalan Rəşadın ad gününü iki ildir ki, ailəsi, yaxın qohumları və dostları onsuz qeyd edirlər.

ÖLMƏZLİYƏ QOVUŞAN RƏŞAD
Azərbaycan əsgəri Rəşad Niftalılı ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Fəxarətlə qeyd edim ki, Qarabağ torpağında şəhidlik zirvəsinə ucalan oğullara süd verən analar! Sizin övladlarınız əsl azərbaycanlı kişisi kimi vətənini, torpağını qorudu! Bu gün hamımız sizin övladlarınızın döyüş rəşadətini alqışlayırıq! Nur içində yatan şəhidlərin xatirəsi isə heç vaxt unudulmayacaq! Şəhidliyə qovuşan oğullar, siz cənnətə qovuşdunuz!
Ölməzliyə qovuşan Rəşad!..

İndi Rəşad təkcə Fərqanə xanımın deyil, bütün azərbaycanlı anaların övladıdır! Fərqanə xanım da Aprel döyüşlərində oğlu ilə bərabər şəhid olan bütün oğullarla fəxr edir. Oğulları qəhrəman olan analara da Fərqanə xanım həmişə arxa olur. Bəzən Fərqanə xanım düşünür ki, - “mən xoşbəxt anayam ki, övladım vətən yolunda, torpaq yolunda canından keçib, cənnətə qovuşub. Qoy, şəhid anaları da bilsinlər ki, övladları nur içində axirətə qovuşublar. Mən oğul dərdimi içimdə çəksəm, sıxıntılarım olsa belə dözməyi bacarıram. Hər gün özümə təskinlik verirəm ki, oğluma gözəl boy-buxunu, şəhidlik rəşadətini, işıqlı axirətini verən o qadir Allahdır!”
Ölməzliyə qovuşan Rəşad!..

Yaxınların, qohumların dilindən düşməyən Rəşadı indi hamı yuxusunda soraqlayır. Rəşad Fərqanə xanımın yuxusuna da tez-tez gəlir. Bir dəfə Rəşad ananın da yuxusuna gəlmiş, ana isə onu yuxuda tanıya bilməmişdi. Yuxuda başdan ayağa nura qərq olan Rəşad anasına kitab vermişdi.
Qeyd edim ki, bu yuxu Rəşadın dəfn mərasiminin 40-cı gününə təsadüf etmişdi. Həmin gün Fərqanə xanımın ad günü olduğundan, Rəşad da ananın yuxusuna əliboş gəlməmiş, ona kitab hədiyyə etmək istəmişdi. Yuxuda oğlunun hədiyyə etdiyi kitabı alanda isə Fərqanə xanım və Rəşad arasında böyük nur yaranır. Bu nur o qədər güclü olur ki, yuxunun təsirindən Fərqanə xanım bir müddət ayıla bilmir.
2016-cı ilin Aprel döyüşlərində Rəşad Niftalılı ilə bərabər onun əsgər dostları şəhid oldular. Onlar hələ gənc yaşlarında şirin canlarını el yolunda, torpaq yolunda qurban verdilər. Son ana qədər Rəşad Niftalılı əlindəki avtomatı ilə erməniləri güllə yağışına tutmağa müvəffəq oldu, döyüş yoldaşlarına “İrəli” əmrini verməyi bacardı. Əsgər dostları cəsur manqa komandiri Rəşad Niftalılı ilə birgə addımlayaraq, ermənilərin canlı qüvvəsini, ağır texnikasını məhv edir. Seysulan uğrunda gedən döyüşlərdə Rəşad Niftalılı ilə bərabər Samir Qaçayev, Mikayıl Vahabzadə, Elşən Səmədov, Nazim Zəkəralıyev, Orxan Əliyev, Firdovsi Bağırlı, Mahir Quliyev, Əmiraslan Xeyirbəyov, Fəxrəddin Qurbanlı, Vüsal Alıyev, Altun Dəmirli, Tural Dadaşov, Əbdülməcid Axundov, Rəvan Nurayev, Elvin Mirzəyev kimi igid oğullar şəhid olurlar.
Ölməzliyə qovuşan Rəşad!..

Azərbaycan xalqı Aprel döyüşlərində şəhid olan oğulların nə analarını, nə də atalarını tək qoydu! Hamımız bütün şəhid ailələrinə arxa olduq, “Şəhidlər ölməz, vətən bölünməz“ kəlməsini dilimizə gətirdik! Vətənin namusu, azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanları isə əziz balamız bildik! Beləcə, aprelin ilk 4 günündə əldə etdiyimiz qələbələr hərb tariximizə yazıldı. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri şərəfli tarix yazdı. Milli Ordumuzun yüksək peşəkarlığı və qəhrəmanlığı sayəsində əsgərlərimiz Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyini və Ağdərə-Madagiz istiqamətində yolları da nəzarətə aldı.
Ölməzliyə qovuşan Rəşad!..

Nəhayət ki, erməni işğalından təmizlənən Tərtərin Talış kəndi ətrafındakı yüksəklikdə, Madagiz və Seysulan kəndlərində və Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyindəki torpaqlarmıza Azərbaycanın üç rəngli bayrağı sancıldı. O üç rəngli bayraq ki, Azərbaycan əsgərinin qanıyla, canıyla yazılan tariximizin qalibiyyəti idi! Bu qalibiyyəti isə Aprel şəhidləri alnıaçıq, üzüağ qazandılar! Azərbaycanın ərazi bütövlüyü uğrunda Rəşad Niftalılı kimi qeyrətli vətən oğulları canlarından keçdilər. Bu oğulların xatirəsi heç vaxt unudulmayacaq və yaddan çıxmayacaq... Ən əsası, torpaq yolunda şəhid olan hər bir qəhrəmanımızın keçdiyi şanlı döyüş yolu gənclərimizə böyük məktəb və nümunə oldu. Bəli, aprelin 2-də Rəşad Niftalılı ilə bərabər sinələrini sipər edən nər oğullar Tərtər rayonunun Seysulan kəndini erməni işğalından azad edərkən şəhid oldu. Xalqımız canlarını fəda edən bu oğullarla fəxr edir, onlarla qürur duyur. Bu gün Bakının Qaradağ rayonunun Müşfüqabad qəsəbəsində yerləşən qəbiristanlıqda bir məzar var. Bu məzarda Aprel şəhidi Rəşad Niftalılı dəfn olunub. Onun məzarının üstünü həmişə tər güllər bəzəyir.
Ölməzliyə qovuşan Rəşad!..

Solmayan, təravətli qalan bu güllərə baxanlar bilirlər ki, bir vaxtlar Rəşad xoş rahiyəli gülləri qoxulayar, onları çox sevərdi! Çünki əlindən yerə qoymadığı qırmızı lalələr, boynu bükük bənövşələr və xoş ətirli qızılgüllər ilk baharın müjdəçisi idilər! 2016-cı ilin xoş ovqatlı yaz fəslinin 2 aprel səhəri isə etibarsız çıxaraq Rəşad Niftalılını əbədi güllərə qərq etdi!
Ölməzliyə qovuşan Rəşad, məkanın cənnət olsun! Nur içində yat, Azərbaycanın qəhrəman əsgəri Rəşad Niftalılı!

“Seysulanda döyüş” kitabından
Təranə CƏBİYEVA






Bölmə: Hərbi, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!