“1918-ci il hadisələri – UNUDULMAYAN TARİX” sənədli filminin təqdimatı olacaq .....                        “Serj Sarqsyanla 5 rayonun qaytarılması haqda razılıq əldə olunmuşdu, Paşinyan onu ləğv etdi” - Aleksandr Dugin .....                        "Tabutu kəm Azərbaycan elmi" .....                        Mərkəzi Elmi Kitabxanadan mediaya mesaj .....                        Tənha qadının bir günü .....                        Şəhid anasından Prezidentə şikayət məktubu .....                        Mətbuat Şurasının İdarə Heyəti Gəncə hadisələrini iclasda müzakirə edib .....                        Tramp Putinlə tək qalmağa israr edib .....                        Dəyanət Osmanlı:"İTİRMƏK QORXUSU" .....                       
Tarix : 1-07-2018, 19:13
İdmandakı yarım əsr


Həmişə onlara gedəndə yazı masasının üzərində səliqəli şəkildə qoyulmuş kitablar, qəzet parçaları, vərəqlər diqqətimi cəlb edir. Mütləq vərəqlərin birində hələ bitirilməmiş yazı olur. Bu, onun 1995-ci ildən çalışdığı "Xalq qəzeti"nin növbəti nömrələrindən biri üçün hazırladığı materiallardır...

İdman ictimaiyyətinin və mətbuat nümayəndələrinin əksəriyyətinin çoxdan imzasına bələd olan şəxsi-Əməkdar jurnalist, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Həsən bəy Zərdabi mükafatı laureatı Oqtay Bayramovu 1999-cu ildən, yəni, demək olar ki, dünyaya göz açdığım ilk gündən tanıyıram. Yazı-pozuya gəlməkdə mənə örnək olan, yol göstərən insanlardan birincisidir...

Çox danışmağı sevmir. Amma söz idman jurnalistikasından, ıdmançılarımızın uğurlarından düşəndə elə danışır ki, elə bil, medal qazanan onun öz oğlu, qızıdır. Həmkarlardan birinin-Əməkdar jurnalist İttifaq müəllimin(Ittifaq Mirzəbəyli) söylədiyi kimi, onun dilini açmağı ancaq idmançılar bacarır. "Qarabağ" əzmkar qələbə qazananda, şahmatçılarımız ağır keçən partiyalardan "mat" deyərək ayrılanda, güləşçilərimiz rəqib kürəyini yerə vuranda...Oqtay müəllimin sevinci elə üzündən oxunur...

Növbətçi olduğu günlər evə gecə saatlarında-ən yaxşı halda ikidə, üçdə qayıdır. Və bir neçə saatdan sonra-uzağı səhər səkkizdə kostyumunu geyinir, qeydlər apardığı vərəqləri və qələmini götürüb yenidən redaksiyaya yollanır. Son bir neçə ildir ki, işi lap çətindir. Qala qəsəbəsindəki bağ evlərindən gedib-gəlir işə. Xeyli yol var. Amma Oqtay müəllim də əsl idmançı əzmkarlığına sahibdir. Nə yorulur, nə usanır. Heç bu barədə düşünmə də, baba!

50 ildir ki, idman jurnalistikasında çalışan Oqtay Bayramov 1966-1967-ci illərdə Kuba Respublikasında tərcüməçi işləyib. 1965-1995-ci illərdə "İdman-Sport" qəzetləri redaksiyasında tərcüməçi, ədəbi redaktor, xüsusi müxbir, şöbə müdiri, redaktor müavini, baş redaktorun birinci müavini vəzifələrində çalışıb. 1995-ci ilin noyabrından "Xalq qəzeti"nin əməkdaşıdır. 1980-1986-cı illərdə Yuqoslaviya, Çexoslovakiya, Macarıstan və Meksikada basketbol, həndbol və futbol üzrə Avropa və dünya çempionatlarının, 1993-cü ildə isə Hollandiyada gənclərin Avropa Olimpiya Həftəsini birbaşa yarış meydanından işıqlandırıb. Bir neçə kitabın müəllifi, redaktorudur. Elə bu yaxınlarda da “Heydər Əliyev və Azərbaycan şahmatının zəfər salnaməsi adlı” növbəti kitabı işıq üzü gördü. Düşünürəm ki, bu kitabı ərsəyə gətirməklə Oqtay müəllim jurnalistikadakı 50-ci ili münasibətilə(1 iyul) ən böyük hədiyyəni özü özünə verdi. Amma o, nə jurnalistikadakı yarım əsrini, nə də yeni kitabının çapdan çıxmasını təmtəraqla qeyd etmir. Belə şeylərdən çox uzaqdır. Sadəcə təbrik edənlərə “çox sağ ol” deməklə kifayətlənir.

Bəlkə, bu sətirləri də Oqtay müəllim elə işdə oxuyacaq. Eynəyini taxıb hər cümləni diqqətlə nəzərdən keçirəcək və sonra da yenidən yarımçıq qoyduğu işə davam edəcək. İşi heç qurtarmır-nə evdə, nə də redaksiyada. İdmançılarımızın parlaq uğurları davam etdikcə onun da işi qurtarmayacaq. İnanıram ki, hələ 60, 70 il və daha çox o, öz qələmi ilə idmançılarımızın qələbə yollarına işıq salacaq. Bu yolda sənə daha böyük uğurlar, qranit kimi möhkəm addımlar arzulayıram, baba! Mənim səndən öyrənəcəyim hələ çox şey var.

P.S: Necə xoş təsadüfdür ki, biz həm də milli mətbuat günü ərəfəsindəyik (22 iyul). Fürsətdə istifadə edib idman jurnalistikamızın ağsaqqallarından biri olan Oqtay müəllimi bu münasibətlə də ən xoş arzularla təbrik edirəm.

Kənan Novruzov



Paylaş



Bölmə: İdman, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!