"Moskva göz yaşlarına inanmır" filminin aktrisası vəfat etdi .....                        Suriyada yeni valyuta buraxılır .....                        Ermənistandan Azərbaycan benzini ilə bağlı AÇIQLAMA .....                        Daha bir sabiq məmur saxlanıldı .....                        Kral Milad müraciətini Ukrayna mahnısı ilə başa vurdu .....                        Zelenski Trampın adamları ilə danışıqlar apardı .....                        Müəllimlərin sertifikasiya ilə bağlı vacib xəbər .....                        Son söz dedilər... .....                        Prezident Everesti fəth edən Vəfanı da təltif edib .....                       
Tarix : 31-05-2020, 11:14
Azərbaycanda ilk dəfə bu idman növündə yarışlar bərpa olunacaq

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq icazəsindən sonra ilk yarışı Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) keçirəcək.
Butov.az xəbər verir ki, bu barədə "Report"a AzVİF-in mətbuat katibi Pərviz Musayev məlumat verib. O bildirib ki, turnir gələn həftəsonu - iyunun 6-da və ya 7-də olacaq.
Musayev yarışın Respublika Velotrekində təşkilinin mümkünlüyünü vurğulayıb: "Bunun trek və ya şose yarışı olacağına sabah aydınlıq gələcək. Yarışı Velotrekdə də, Veloparkda da keçirə bilərik. Amma həftəsonuna yarışın olacağı dəqiqdir. Əsas məqsəd ondan ibarətdir ki, karantin dövründə idmançıların ev şəraitində necə məşq etdiklərini görək. Biz onlara velosiped və digər avadanlıqlar vermişdik ki, ev şəraitində formalarını saxlasınlar. Bir növ idmançıların fiziki durumlarını yoxlamaq niyyətindəyik".
Federasiya rəsmisi hələ yarışın adını müəyyənləşdirmədiklərini əlavə edib: "Bu, Bakı və ya Federasiya Kuboku ola bilər. İyundakı yarışlar çox vacibdir. Çünki iyulun 1-dən beynəlxalq yarışlar bərpa olunur. Qarşıdakı ay ərzində mümkün qədər çox turnir keçirəcəyik ki, beynəlxalq yarışlara hazır olaq".
Mətbuat katibi mövsümün təqvimi ilə bağlı iyunun 1-də məşqçilər korpusu ilə toplantı keçirəcəklərini də diqqətə çatdırıb: "Mövsümün təqvimi alt-üst olub, yenidən işləməliyik".
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!