MEK İldırım Bəyazid Universiteti Kitabxanası ilə memorandum imzalayıb .....                        ABŞ diplomatı ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşdü .....                        Teymur Kərimli: Vahid elektron məlumat sisteminin yaradılması çox əhəmiyyətlidir .....                        “Xətai” stansiyasında hansı yeniliklər olacaq? .....                        Himnlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb .....                        Himnlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb .....                        Bakıda 53 yaşlı vəzifəli şəxs vəfat etdi .....                        Bakının magistral yollarında sürət həddi endirilib .....                        Avstraliyada çamadanda dələlərlə uçan şəxs saxlanılıb .....                       
Tarix : 19-11-2018, 09:06
Xərçəng xəstəliyi nədir? – ARAŞDIRMA
Xərçəng xəstəliyi hüceyrələrdə DNT-nin (Dezoksiribonuklein turşusu) zədələnməsi nəticəsində hüceyrələrin anormal və sistemsiz şəkildə böyüməsi və çoxalması nəticəsidə meydana gəlir.
Butov.az Deyerler.org-a istinadən bildirir ki, hər gün vücudumuzda (DNT-də) təqribən on min mutasiya prosesi getsə də, immun sistemimiz hər millisaniyədə vücudumuzu yoxlayır və xərçəng xəstəliyi törədə biləcək hüceyrələri məhv edir. Xərçəng xəstəliyi bədənimizdə olan hüceyrələrin sistemsiz bir şəkildə çoxalması və digər toxumalara təsir etməsi nəticəsində yayılır.
Xərçəngin yaranmasının səbəbi hüceyrələrin bölünməsi zamanı DNT quruluşunun dəyişməsi və fərqli hüceyrələrin yaranmasıdır.

Xərçəng xəstəliyini əmələ gətirən səbəblər:
- Rentgen şüaları, radioaktiv maddələrdən yayılan radiasiya və ultra-bənövşəyi şüalanma, qamma şüaları kimi "ionlaşdırıcı" şüalar xərçəng xəstəliyininin əmələ gəlməsinə səbəb olur. Çünki bu radiasiya şüalarının təsiri altında olan toxumalarda əmələ gələn ionlar yüksək reaktivlik nəticəsində DNT zəncirlərini qopararaq mutasiyaya səbəb olurlar.
- Bəzi kimyəvi maddələrin mutasiya potensialı çoxdur. Bunlara əsasən siqaret dumanındakı çoxlu sayda maddələr, asbest, kömür və gips tozu, mikrosilikat tozu daxildir.

Xərçəng xəstəliyi insan orqanizmində yayılması nisbəti aşağıdakı kimidir:
- Həzm sistemi - 25%
- Döş - 14%
- Dəri - 10%
- Tənəffüz yolları - kişilərdə 2%, qadınlarda 3%
- Qaraciyər və öd kisəsi - 3%
- Beynin və onurğa iliyi - 1%
- Digər orqanlar - 8%
Hüceyrələrin zədələnməsi və dəyişməsi nəticəsində əmələ gələn şiş iki cür olur: xoşxassəli və bədxassəli şişlər. Xoşxassəli şişlər (benign) xərçəng xəstəliyi deyil. Ətraf bölgələrə yayılmır. Sərhədləri müəəyəndir. Ətrafdakı toxumalara zərər yetirmir. Tamamilə təmizləndiyi zaman təkrarən əmələ gəlmir.
Bədxassəli şişlər (malign) isə xərçəng xəstəliyi sayılır. Qonşu orqan və toxumalara yayılır. Sərhədləri qeyri-müəyyəndir.

Xərçəng xəstəliyinin müalicə üsulları
İlk öncə xərçəngə qarşı ən yaxşı mübarizə üsulu daxili immunitetdir. Belə ki, əgər immun sistemi zəifdirsə, ilk öncə bunun bərpası üçün çalışmaq lazımdır. Bu xəstəliyin müalicəsi onkoloji (onkologiya - xərçəng xəstəliyinin əmələ gəlməsi, səbəbləri, müalicəsi, xərçəngdən qorunma vasitələri ilə bağlı tibb bölməsidir) mütəxəssislər tərəfindən həyata keçirilir. Bunun 4 əsas növü var:
Cərrahiyyə - şiş olan toxumaları və ətrafında şiş yaranma təhlükəsi olan sağlam toxumaları kəsib götürmək. Bəzi vəziyyətlərdə şiş olan toxumaları cərrahiyyə əməliyyatı ilə götürmək mümkün olmur. Bu vəziyyətdə şüalanma və kimyaterapiya üsullarından istifadə edilir.
Şüalanma - Müəyyən miqdarda şüa tətbiq etməklə xərçəng hüceyrələrini məhv etmək.
Kimyaterapiya - xərçəng hüceyrələrini öldürmək üçün dərmanlardan istifadə edilməsi.
Alternativ tibb - immun sistemini gücləndirmək, elmi cəhətdən təsdiqlənməmiş üsullardan istifadə etmək.


Paylaş



Bölmə: Sağlamlıq, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!