Novruz Məmmədov bu qərarları ləğv etdi .....                        Milli Məclisin İntizam komissiyasının tərkibi yenidən formalaşdırılır - SİYAHI .....                        Xalq artisti Hacı İsmayılovun 75 illiyi qeyd olunub .....                        Bu gün güclü külək əsəcək .....                        Tarif Şurasının katibliyi kreditorlara müraciət edib .....                        AŞPA Mehman Hüseynovun işi üzrə qətnamə qəbulundan imtina edib .....                        Səhiyyə Nazirliyi Azərbaycana küləklə birlikdə donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlara münasibət bildirdi .....                        Ramiz Mehdiyevin kitabının təqdimat mərasimi keçirildi .....                        Bakı metrosunda küləyin təsirinə məruz qala biləcək qurğular yoxlanılıb .....                       
Tarix : 9-01-2019, 15:15
Şeyxülislam səfirlə görüşdü
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri ilə görüşüb.
Bu barədə QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.
A.Paşazadə Haməd bin Abdullah bin Səud bin Xudeyrini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar diləyib. Səfirin görüşmək təşəbbüsündən məmnunluğunu bildirən QMİ sədri A Paşazadə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mövcud qardaşlıq münasibətlərinin xalqlar və dövlətlər üçün böyük dəyər kəsb etdiyini bildirib.
A.Paşazadə vurğulayıb ki, dövlətlər arasında siyasi, iqtisadi əlaqələrin inkişafı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənməsi xalqlarımız arasında mənəvi sahədə qarşılıqlı anlaşma və ehtiramı artıran amillərdəndir.
QMİ sədri bildirib ki, işğal olunmuş Azərbaycan torpaqlarında məscidlərin, qəbirstanlıqların dağıdılması, İslam irsinə qarşı həyata keçirilən vandalizm aktlarına qarşı mübarizədə Səudiyyə Ərəbistanının beynəlxalq müstəvidə nümayiş etdirdiyi İslam həmrəyliyi təqdirəlayiqdir.
A.Paşazadə ümummilli lider Heydər Əliyevlə, habelə Azərbaycan Prezidenti İlham Əliyevlə bərabər Səudiyyə Ərəbistanına, müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri xatırlayıb, həmin səfərlər zamanı Azərbaycanlı ali qonaqlara göstərilmiş özəl diqqət və xüsusi münasibəti məmnunluqla yada salıb. Belə ki, A.Paşazadə Məkkədə Kəbə Evinin daxilinə, Mədinədə Peyğəmbər məscidinin mübarək məqamlarına Azərbaycanın dövlət rəhbərlərinin daxil olma imkanının yaradılmasını olduqca böyük əhəmiyyət kəsb edən qardaşlıq münasibətinin təzahürü kimi dəyərləndirib.
Haməd bin Abdullah bin Səud bin Xudeyri Azərbaycan və Səudiyyə Ərəbistanı arasında münasibətlərin hər iki dövlət üçün böyük önəm daşıdığını bildirərək, bu əlaqələrin bütün istiqamətlər üzrə inkişafı üçün səfir olaraq əlindən gələni əsirgəməyəcəyini bildirib.
O, Azərbaycanın haqq işinin Səudiyyə Ərəbistanı Krallığı tərəfindən dəstəklənməsini qardaşlıq borcu, şərəf məsələsi hesab etdiklərini vurğulayıb. Səudiyyəli səfir Azərbaycanın stabil inkişaf edən ölkə kimi görməkdən məmnunluğunu qeyd edib və digər ölkələrlə müqayisədə Azərbaycanda müşahidə etdiyi etnik və dini sabitliyin mövcudluğunu dəyərləndirib.
O qeyd edib ki, bu sabitliyin əldə olunmasında müdrik dövlət siyasətinin və dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin düzgün fəaliyyətinin xüsusi rolu var. Bu baxımdan, səfir Haməd bin Abdullah bin Səud bin Xudeyri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin QMİ ilə əlaqələrini daha yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirib.
Şeyxülislam A. Paşazadə, öz növbəsində, bu istiqamətdə əlaqələrin genişlənməsinin xalqlar, dövlətlərin mənafeyinə xidmət edəcəyini, ümumən islami maraqların nəfinə olacağına əminlik ifadə edib.
Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.


Paylaş



Bölmə: Siyasət, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!