Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
Tarix : 16-06-2020, 12:22

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib.
Butov.az xəbər verir ki, Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, komitə sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri daxil edilib.
Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” qanun “Əhalinin sağlamlığın qorunması” haqqında 2019-ci il 27 iyun tarixli 1628-VQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Həmin Qanuna əsasən tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri ambulator xidmət göstərən tibb müəssisələri üçün 2000 manat, stasionar xidmət göstərən tibb müəssisələri üçün isə 4000 manat müəyyənləşdirilib. Sənətdə akkreditasiyaya görə dövlət rüsumunun xüsusiyyətləri öz əksini tapıb.
İclasda bildirilib ki, “İnzibati Xətalar Məcəlləsinə”, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və həmin Qanuna 1 saylı Əlavədə “dərman qutuları” sözlərinin “ilk tibbi yardım qutusu” sözləri ilə əvəz edilməsi təklif edilir. Belə ki, əksər xarici dövlətlərin də təcrübəsi nəzərə alınaraq ilkin tibbi yardım zamanı zərərçəkənlərə ixtisasca həkim olmayan şəxslər tərəfindən hər hansı dərman vasitələrinin verilməsi məqbul hesab edilmədiyinə və dərman vasitəsinin avtomobildə saxlanması şəraitinin (temperatur, rütubətlik və sairə amillər baxımdan) onun keyfiyyətinin pozulmasına səbəb ola biləcəyinə görə nəqliyyat vasitələrində (avtobusda, minik və yük avtomobillərində, təkərli traktorda) dərman vasitələrinin saxlanılması məqsədəmüvafiq hesab edilmir. Bunu nəzərə alaraq, ilk tibbi yardım qutusunda yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım göstərilməsinə kifayət edə biləcək qədər və çeşiddə tibbi ləvazimatlar və dərman vasitələri nəzərdə tutulmalıdır.
İclasda komitə üzvləri Rəşad Mahmudov, İlham Məmmədov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, Ülvi Quliyev, Müşfiq Məmmədli, Kəmaləddin Qafarov, Kamilə Əliyeva, Anatoliy Rafailov, Sədaqət Vəliyeva qanun layihələri ilə bağlı öz fikirlərini bildirdilər.
Müzakirələrdən sonra hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Nərdanə NURULU


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!