Şeyx Zahid Gilaninin 800 illik yubileyi ilə bağlı Beynəlxalq simpozium keçirilib. .....                        Avropa həmrəylik korpusunun şərq tərəfdaşlığı ölkələri üçün açılış tədbiri keçiriləcək .....                        Prezident idman xadimlərini təltif etdi - Siyahı .....                        BDU-nun professoru vəfat etdi .....                        Dövlət başçısı: “Azərbaycan iqtisadi sahədə bütün vəzifələri uğurla icra edir” .....                        Gənc Tamaşaçılar Teatrının əməkdaşları təltif olunub .....                        Türkiyədə qatar qəzası nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb .....                        Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə .....                        Mədəniyyət naziri Ceyhun Hacıbəylinin ailə üzvləri ilə görüşüb .....                       
Tarix : 12-11-2018, 12:08
Ərzaq məhsullarının qiyməti bahalaşdı
Bu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6% bahalaşıb.
Butov.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Modern.az-a verilən xəbərə görə, bu ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının və qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb.
Ay ərzində un, makaron məmulatları, mal, qoyun və toyuq əti, kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları, pendir və yumurta, marqarin və zeytun yağları, banan, pomidor, badımcan, yerkökün, çuğundur, kartof, qəhvə, çay və kakao, tütün məmulatları və spirtli içkilərin qiymətlərində bahalaşma, manna və qarabaşaq yarması, limon, naringi, alma, armud, heyva, nar, xurma, göyərti, xiyar, göy lobya, kələm, sarımsaq, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində qeyri-ərzaq mallarından parçalar, geyim, ayaqqabılar, inşaat materialları, kiçik elektrik cihazları, minik avtomobilləri üçün ehtiyat hissələri, fərdi və planşet tipli kompüterlər, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınlar, kondisionerlər, tozsoranlar, mobil telefonlar, fotoaparatların qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oktyabr ayında sentyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən havanəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma, avtomobillərin təmiri, bərbərxana və kosmetoloji xitmətlərin qiymətləri, mənzillərin icarə haqqı, kompüter kurslarında təhsil haqqı bahalaşıb, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Paylaş



Bölmə: Sosial, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!