AQTA xəbərdarlıq edir .....                        İt nəfsi Poema (İxtisarla) .....                        Bakı xilaskarı Nuru Killigil . .....                        Azərbaycan Dillər Universitetində seminar: “XX əsr Çin tarixi” .....                        Ədalət hakimi yoxsa?! .....                        Bakının azad olunmasının 100 illiyi ilə bağlı sərgi .....                        "Küsmüşəm məhəbətindən" .....                        Dövlət Turizm Agentliyinin dəstəyi ilə beynəlxalq layihəyə start verilib .....                        İlham Əliyev Putinlə görüşəcək- Bir sıra sənədlər imzalanacaq .....                       
Tarix : 3-05-2016, 15:52
Dayanacaqda ödəmə terminalı problemi nə zaman bitəcək?!




Bakıda avtobusların və metronun vahid nəqliyyat kartına keçidindən sonra müəyyən irləliləyişlər olsa da ödəmə terminalları problemi hələlik tam həll edilməyib.

Butov.az Gün.Az-a istinadən xəbər verir ki, hazırda nəqliyyat vahid ödəmə kartı olan “BakıKart”lardan sadəcə “BakuBus” şirkətinə məxsus qırmızı rəngli avtobuslarda istifadə edilir.

Bu avtobusların keçdiyi bəzi dayanacaqlarda “BakıKart” ödəmə terminalı quraşdırılsa da, bir çox dayanacaqda sərnişinlər kartın balansını artırmaqda çətinlik çəkirlər.

Belə problemin yaşandığı ərazilərdən biri Bakının ən dinamik küçələrindən biri olan Neftçilər prospektidir. Şəhərdə sərnişinlərin ən çox istifadə etdiyi yollardan biri olan bu küçədə bir neçə dayanacaq var. Amma həmin dayanacaqlarda “BakıKart” ödəmə terminalı yoxdur. Kartında gediş haqqı olmayan sərnişin də avtobusdan istifadə edə bilmir.

Bu hələ ki, Bakının mərkəzində olan problemdir. Digər ərazilərdən danışsaq yəqin ki, mövzu çox uzanacaq.

Fakt budur ki, bir çox dayanacaqda problem var. Problemin həll edilməsi üçün işlər aparılsa da çox ləng gedir. Nəzərə alsaq ki, Azərbaycanda bir neçə ildir ki, nəqliyyatı intellektual idarəetmə sisteminə keçid olub, o zaman yeni tətbiq edilən vahid ödəmə sisteminin texniki bazası da öncədən hazırlanmalıydı. Əgər bu vaxtında edilsəydi sərnişinlər indi çətinlik çəkməzdi.

Məsələ ilə bağlı “BakuBus” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, “BakıKart”dan münasibət öyrənək. Biz də ora zəng etdik. Onlar da öz növbəsində “BakuBus”a zəng etməyimiz istədilər. Nəticə etibarilə iki qurumdan da cavab ala bilmədik.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) münasibət öyrənmək cəhdimiz də nəticəsiz qaldı.


Paylaş



Bölmə: Sosial, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!