Məsud Pezeşkiyan: “Onların ev dustaqlığında saxlanılmasının davam etməsi ölkənin xeyrinə deyil” .....                        Livan hərbçiləri ABŞ silahlarını ələ keçirib .....                        Atəşkəs rejimi 121 dəfə pozulub .....                        Rövşən Lənkəranskinin anım günüdür .....                        Balakən “ABAD”çılarının məhsulları satışa çıxarılıb .....                        Müdafiə Nazirliyi məlumat yayıb .....                        "Belə halla rastlaşanda şikayət edin!" - Azər Həsrət .....                        Müəllimliyə vakansiya seçiminin nəticələri açıqlanıb .....                        Vicdanı “CÜCƏRMİŞ” valideynlər! .....                       
Tarix : 7-06-2017, 10:17
“MEK MARKALAR KOLLEKSİYASININ TƏQDİMATINI KEÇİRDİ” - FOTOLAR
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) markalar kolleksiyasının təqdimatını keçirdi.

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova markalar haqqında hər kəsin məlumatlı olduğunu söyləyib. L.İmanovanın dediyinə görə markalarda ölkənin tarixi, önəm verdiyi məqamlar, faktlar və yaxud başqa ölkənin digəri barədə vermək istədiyi məlumatlar əks olunur. Direktor Azərbaycan Filatelistlər İttifaqının üzvlərinin kolleksiyalarının unikal olduğunu, həmin kolleksiyaları rəqəmsal versiyada MEK-ə təqdim etməyi təklif etdi. Gələcək perspektivdə markaların rəqəmsal versiyasının mübadiləsinin mümkünlüyündən danışdı.

Təqdimatçı MEK-in Nadir kitab fondunun əməkdaşı Leyla Ələkbərli təqdimatla geniş çıxış etdi. Kolleksiyanın tematikasının müxtəlif çalarlı 648 ədəd markadan ibarət olduğunu və Nadir kitab fondunda mühafizə edildiyini bildirdi. Poçt markalarının yaranma tarixindən danışan L.Ələkbərli Azərbaycanda ilk dəfə markanın Azərbaycan Xalq Cumhuriyyətinin yaranması münasibətilə çap edildiyini, üzərində əlində üçrəngli bayraq olan əsgər təsvir olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. 1919-23-cü illərdə çap olunan 10 ədəd markanın fondda qorunub saxlanıldığını qeyd etdi. Təqdimatçı 2016-cı ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən çap edilmiş, “Azərmarka” şirkətinin yaranmasının 20-ci ildönümünə həsr olunmuş Azərbaycan Respublikasının poçt markalarının kataloqu və DVD diskinin MEK-ə təqdim edildiyini xatırlatdı. Bu markalarda siyasi motivlərə, dövlət hakimiyyətinin atributlarına, görkəmli xadimlərə, idmana, flora və faunaya, memarlığa, vətənimizin tarixinə və beynəlxalq əməkdaşlığa dair zəngin təsvirlərə geniş yer verildiyini, dünya miqyasında istifadə edilən filateliya kataloqlarına, jurnallara göndərildiyini, beynəlxalq filateliya sərgilərində nümayiş olunduğunu, bir sıra diplom və medallarla təltif olunduğunu vurğuladı. Kolleksiyada ümummili lider Heydər Əliyevə həsr olunmuş poçt markalarının xüsusi yer tutduğunu bildirdi. Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş konsulluğun təşəbbüsü və dəstəyi ilə Azərbaycan klassik musiqisinin qurucusu, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik, vokal sənətimizin əvəzsiz təmsilçisi Rəşid Behbudovun isə 100 illik yubileyi ilə əlaqədar ABŞ-da 2015-ci ilin 16 sentyabr tarixində xüsusi poçt markaları buraxıldığını, sözügedən markaların nüsxələrinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən kitabxanaya təqdim olunduğunu söylədi. L.Ələkbərli poçt markalarının elektron kataloqunun yaradıldığını, rəqəmsalaşdırılaraq Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini qeyd etdi.

Azərbaycan Filatelistlər İttifaqının üzvü Fuad Abdulrəhimzadə filateliyanın dünyada dərin məzmunlu bir elm sahəsi kimi tanındığını və peşəkar kolleksiyaçıların məlumatlılıq baxımından alimlərlə bərabər olduqlarını bildirdi. Kolleksioner kiçik yaşlarından markalara qarşı maraq oyandığını, lakin əvvəllər yalnız post-sovet məkanında buraxılan poçt markalarını topladığını qeyd etdi. Azərbaycan müstəqillik qazandıqdan və “Azərmarka” şirkəti yarandıqdan sonra müxtəlif tematikalı, Azərbaycanda və xaricdə dövriyyə buraxılan markaları asanlıqla əldə etdiklərini dedi. Kolleksiyaçı Cahangir Bağırov XX əsrin 50-ci illərindən bu günə qədər marka topladığını dedi.

MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Hüseynovanın markalar kolleksiyanın toplanılmasında, elektron kataloqa salınmasında xüsusi əməyinin olduğunu vurğuladı.

MEK-də mühafizə olunan marka kolleksiyasının təqdimatı əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə başa çatdı.
“MEK MARKALAR KOLLEKSİYASININ TƏQDİMATINI KEÇİRDİ” - FOTOLAR
“MEK MARKALAR KOLLEKSİYASININ TƏQDİMATINI KEÇİRDİ” - FOTOLAR
“MEK MARKALAR KOLLEKSİYASININ TƏQDİMATINI KEÇİRDİ” - FOTOLAR
“MEK MARKALAR KOLLEKSİYASININ TƏQDİMATINI KEÇİRDİ” - FOTOLAR

“MEK MARKALAR KOLLEKSİYASININ TƏQDİMATINI KEÇİRDİ” - FOTOLAR






Bölmə: Sosial, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!