142 yaşın mübarək! .....                        Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir .....                        Atəşkəs rejimi 132 dəfə pozulub .....                        Elmlər Akademiyasının nizamnaməsində dəyişikliklər edilib .....                        Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub .....                        "Şah İsmayıl Xətainin heykəli götürüləcək” - Mais Ağayev .....                        Pirallahı qəsəbəsinin baş planı hazırlanıb .....                        "İndi dəyərmi, bir evə görə o gözəl qəlbini sıxmağına, Ana?!" - Elxan Şükürlü .....                        İlham Əliyev Bakının Pirallahı rayonunda “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub .....                       
Tarix : 17-06-2017, 16:44
“Ekologiyadan əvvəlki “ekologiya” adlı monoqrafiya işıq üzü görüb - FOTO

Ölkəmizdə ekologiyanın tarixi indiyədək əhatəli öyrənilməyib. Əhalinin ətraf mühitə münasibətinin tarixi kökü çox qədimlərə gedib çıxır və onu öyrənməyin ekoloji problemlərin həll edilməsində əhəmiyyəti vardır. İndiyədək bu sahədəki mövcud boşluğu aradan qaldıra biləcək yeni monoqrafiya işıq üzü görüb.

Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru, “Şöhrət” ordenli professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki Qara Mustafayev, Bakı Dövlət Universitetinin dosenti, şair-publisist Аnar Məmmədov və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı Yusif Mahmudovun həmmüəllifliyi ilə “Ekologiyadan əvvəlki “ekologiya” adlı monoqrafiya işıq üzü görüb.

Məlum olduğu kimi, ekologiya – 1866-cı ildə E.Hekkel tərəfindən yaradılıb, canlıların öz aralarında və ətraf mühit komponentləri ilə qarşılıqlı əlaqələrini öyrənir. Müasir dövrdə ekologiya bütün elmlərə inteqrasiya olunur və sürətlə inkişaf edir. Lakin, əhalinin qədim dövrlərdən bəri ətraf mühitə pozitiv və ya neqativ təsirləri olub. Monoqrafiyada ekologiyanın mahiyyəti, elm kimi tarixi və müasir bölmələri, qədim zamanlardan başlayaraq əhalinin ətraf mühitlə qarşılıqlı münasibətlərindən bəhs edilir. Müəlliflər bu münasibətləri “Ekologiyadan əvvəlki “ekologiya”” adlandırıblar. Yaşamaq və özünü qorumaq üçün ətraf mühitdən istifadə edən əhalinin fəaliyyəti ekoloji baxımdan təhlil edilərək, bu uzun yolda nəyin inkişaf, nəyin gerilik olduğu nəzərə çatdırılır. Bu məqsədlə Azərbaycanın tarixi qaynaqlarında, tarixi - mədəniyyət abidələri və qədim sənət nümunələrində təbii sərvətlərə münasibət açıqlanır. Folklorumuzda, o cümlədən ağız ədəbiyyatı nümunələrində, şifahi xalq ədəbiyyatında, dastan və nağıllarda, atalar sözləri və el məsəllərində, bayatı, tapmaca və laylalarda, aşıq sənəti, xalq mahnıları və xalq rəqslərində ətraf mühitə münasibət araşdırılır. Qədim türk abidələri və şumernamələrdə, “Avesta” qanunlar toplusunda, “Kitabi - Dədə Qorqud” dastanında təbiətə münasibət, Novruz bayramının ekoloji aspektləri ön plana çəkilir. İslam dinində ətraf mühit komponentlərinə qayğıkeş münasibətin nümunəviliyi xüsusi vurğulanır. Monoqrafiyada həmçinin Azərbaycanın fəlsəfi fikir tarixində, eləcə də XI - XIX əsrlərdə yaşamış klassik şair və yazıçıların əsərlərində təbiətə münasibət geniş şərh edilir. Alimlərin, səyyahların və müxtəlif peşə sahiblərinin ölkə təbiəti haqqında qeydləri təqdim edilir. Azərbaycanda ətraf mühitn qorunması tədbirləri və respublikada ekologiyanın başqa elmlərə müasir inteqrasiyası sadalanır.

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan bu monoqrafiyanın elmi redaktorları akademiklər Vasim Məmmədəliyev və Yaqub Mahmudov, rətçiləri akademik Urxan Ələkbərov, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov, pedaqoji elmləri doktoru, professor Vidadi Xəlilov və filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlıdır.

“Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiya ali və orta məktəb müəllimləri, tələbələr, magistrlər, doktorantlar, ümumiyyətlə ekologiya ilə maraqlanan müxtəlif peşə sahiblərinin istifadəsi üçün nəzərdə tutulub.
“Ekologiyadan əvvəlki “ekologiya” adlı monoqrafiya işıq üzü görüb - FOTO






Bölmə: Sosial, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!