Prezident İlham Əliyev dövlət proqramları ilə bağlı Fərman imzalayıb .....                        İransayağı davranışa nə deyərsiz?! .....                        Bu günə qədər Azərbaycanda 390 min 489 nəfər peyvənd olunub .....                        Baş Qərargah rəisi: "Azərbaycan-Ermənistan sərhədi ən yüksək səviyyədə qorunur" .....                        Rəsulzadənin anım günüdür .....                        Mən əsas mükafatımı Təbrizdə alacam .....                        Prezident: “Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək” .....                        Azərbaycan XİN erməni nazirə cavab verdi .....                        Elçin Quliyev Pakistanın Baş Qərargah rəisini qəbul edib .....                       
Tarix : 26-12-2015, 14:56
“Borçalı Cəmiyyəti” möhtəşəm həmrəylik bayramı keçirdi

“Borçalı Cəmiyyəti” möhtəşəm həmrəylik bayramı keçirdi

Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində dekabrın 25-də Bakının Xudafərin Şadlıq Sarayında Borçalı İctimai Cəmiyyətinin təşkilatçılığı ilə ənənəvi Gürcüstan Türkllərinin Həmrəylik Bayram mərasimi keçirilib. Mərasim Dövlət Himni və Azərbaycan, Gürcüstan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə bir dəqiqəlik sükutla başlanıb. Aparıcılar Elbəyi Cəlaloğlu və Güllü Seyidlinin Həmrəylik Bayramının önəmi haqda qısa çıxışlarından sonra giriş nitqi ilə söz Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verilib. Natiq mərasim iştirakçılarını təbrik etdikdən sonra Azərbaycan- Gürcüstan münasibətlərdə Borçalı Cəmiyyətinin hər zaman konstruktiv mövqeyinə işarə edərək bu prinsipin heç zaman dəyişməyəcəyini bildirib və Gürcüstan hökumətinin də son zamanlar Borçalı Cəmiyyətinə qarşı qeyri-məntiqi yanaşmasının tezliklə dəyişəcəyinə ümidvar olduğunu ifadə edib.
“Borçalı Cəmiyyəti” möhtəşəm həmrəylik bayramı keçirdi

Sonra ötən ilin sonuclarına görə mükafatlandırma mərasimi başlanıb. Öncə akademik Zahid Xəlilov adına Türklüyə Xidmət Mükafatları sahibləri -professor Telman Əliyev, millət vəkili Qənirə Paşayeva,xalq artisti Flora Kərimova, Güney Azərbaycanlı tanınmış ozan Araz Elsəs və Gürcüstanın əski millət vəkili Ramiz Bəkirova təqdim olunub.
“Borçalı Cəmiyyəti” möhtəşəm həmrəylik bayramı keçirdi[/center]
“Borçalı Cəmiyyəti” möhtəşəm həmrəylik bayramı keçirdi

Təqdimat zamanı çıxış edən tanınmış ictimai xadim Şirməmməd Hüseynov Borçalı Cəmiyyətinə Gürcüstan - Azərbaycan münasibətlərinə və dövlətçilik ənənəsinə xidmətini yüksək dəyərləndirərək bu fəaliyyətlərin davamlı olmasını diləyib. Yüksək mükafatı almasından qürur duyduğunu ifadə edən Qənirə Paşayeva isə Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmaması ilə bağlı qərarın tezliklə götürülməsi üçün əlindən gələni edəcəyini dilə gətirib.
ilin Şərəf Medalı nominasiyalarına isə mərkəzi İsveçdə yerləşən Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir, Axısxa Türkləri Birliyinin sədri İbrahim Burhanov, Borçalının saz və söz ustaları Savalan Əhmədoğlu, Mirzə Maşov, Akif Qaralov, Neli Məmmədova, Murad Sarıyev, habelə Anar Rafiqoğlu, Kanal13Tv-nin yaradıcı kollektivi, Azad Azərbaycan Tv-nin əməkdaşı Vaqif Aydınoğlu, Məhəmməd Mustafayev, Türkiyədən Yıldıray Aydemir, Şuşa-Elat Muğam üçlüyü layiq görülüblər.
[center]“Borçalı Cəmiyyəti” möhtəşəm həmrəylik bayramı keçirdi
[center]“Borçalı Cəmiyyəti” möhtəşəm həmrəylik bayramı keçirdi
Qocaman aşıq Mahmud Məmmədov və şair Ələddin Qaradağlıya uda fəxri diplomlar təqdim olunub. Şah İsmayıl Xətai fondunun təsis etdiyi "Türk Dünyası Dostluq Ordeni" də ilk sahiblərinə qovuşub. Fondun sədri Təvəkkül Səfəvi tərəfindən ordenlər Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Qars Sərhəd Boyları Dərnəyinin sədri Məhərrəm Yıldız və Dünya Qarapapaq Türkləri Birliyinin sədri Seyfullah Türksoya təqdim edilib.
Mərasim bədii hissə ilə davam edib.
Rufat Muradlı


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
Şəhid Baş leytenant Azad Hümbətova həsr olunmuş qısa metrajlı film çəkildi

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!