Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
24-08-2026, 12:10
ZAMANIN SINAĞINDAN   KEÇMİŞ DOSTLUQ


ZAMANIN

SINAĞINDAN

KEÇMİŞ DOSTLUQ


Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə səfəri Özbəkistan–Azərbaycan münasibətləri tarixində mühüm hadisədir. İki qardaş dövlət rəhbərlərinin görüşləri, səmərəli danışıqlar və xüsusilə “Əbədi dostluq haqqında” müqavilənin imzalanması xalqlarımız arasındakı əzəli yaxınlığı yeni tarixi mərhələyə çıxardı.
Həqiqətən də, özbək və Azərbaycan xalqlarını bir-birinə bağlayan tellər bu gün ya dünən yaranmayıb. Onların kökləri əsrlərin dərinliyinə gedib çıxır. Dil və qəlb yaxınlığı, ortaq tarix, mədəniyyət, adət-ənənə və dəyərlər iki xalqın mənəvi dünyasını əzəldən bir-birinə yaxınlaşdırıb. Bu səbəbdən özbək-Azərbaycan dostluğu təkcə siyasi maraqların tələbi ilə formalaşmış bir münasibət deyil, zamanın sınağından keçmiş qardaşlıqdır.
Bu gün dövlət rəhbərlərinin görüşləri, imzalanmış sənədlər və əldə olunmuş razılaşmaların siyasi-iqtisadi əhəmiyyəti haqqında kütləvi informasiya vasitələrində çoxlu materiallar dərc edilir. Biz isə bu tarixi hadisə münasibətilə iki xalqın dostluğunun daha bir mühüm və qədim səhifəsi – özbək və Azərbaycan ədəbi əlaqələri haqqında söz açmaq istədik.
Çünki xalqları bir-birinə siyasət və iqtisadiyyat yaxınlaşdıra bilər, amma onların qəlbini ədəbiyyat və mədəniyyət bağlayır. Özbək və Azərbaycan ədəbi əlaqələri tarixi də məhz belə bir mənəvi yaxınlığın parlaq ifadəsidir.
Klassik ədəbiyyatımızın tarixinə nəzər salsaq, bu mənəvi yaxınlığın köklərinin nə qədər dərin olduğunun şahidi olarıq. Böyük Nizami Gəncəvi yaradıcılığı əsrlər boyu özbək ədəbiyyatına səmərəli təsir göstərib. Qütb Xarəzmi Nizami ənənələrinin təsiri ilə “Xosrov və Şirin” dastanını yaratmışsa, Heydər Xarəzmi “Məxzənul-əsrar” əsərini yazmışdır. Sonralar Əlişir Nəvai Nizaminin əsasını qoyduğu xəmsəçilik ənənəsini yeni zirvəyə qaldıraraq, türk dilində mükəmməl “Xəmsə” yaratdı. Nəvai bu böyük sələfini özünə ustad hesab etmiş və onun dühasını yüksək ehtiramla etiraf etmişdir:

Asan deyil bu meydan içrə durmaq,
Nizami pəncəsinə pəncə vurmaq.


Bu mənəvi dialoq sonrakı əsrlərdə də davam etdi. Azərbaycan poeziyasının böyük nümayəndəsi Məhəmməd Füzuli Nəvai yaradıcılığına yüksək ehtiramla yanaşdığı kimi, özbək şairləri də Füzulini özlərinə ustad hesab etmişlər. Agahi, Əmiri, Üveysi, Muqimi və digər bir çox sənətkarların Füzuli ənənələrinə müraciət etməsi ədəbiyyatlarımız arasındakı təsir və yaradıcı dialoqun qırılmazlığından xəbər verir.
XX əsrə gəldikdə isə bu əlaqələr yeni məzmun qazandı. Bu dövrdə iki xalqın dostluğunu öz taleyi və yaradıcılığı ilə birləşdirən böyük simalardan biri Maqsud Şeyxzadə oldu. Azərbaycanda doğulub, taleyin hökmü ilə Özbəkistana gələn Mqasud Şeyxzadə bu torpağı öz Vətəni bildi, özbək dilində yazıb-yaratdı və XX əsr özbək ədəbiyyatının görkəmli nümayəndəsinə çevrildi. Onun “Cəlaləddin Manquberdi”, “Mirzə Uluqbəy”, “Daşkəndnamə” kimi əsərləri özbək ədəbiyyatının misilsiz xəzinəsinə çevrildi. Bu mənada, Maqsud Şeyxzadə təkcə böyük sənətkar deyil, həm də iki xalqın dostluğunun rəmzi timsalıdır.
Müstəqillik illərində ədəbi əlaqələr üçün yeni imkanlar açıldı. Azərbaycan ədiblərinin əsərləri özbək dilinə, özbək ədəbiyyatının bir çox nümunələri isə Azərbaycan dilinə tərcümə edildi. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Elçin, Ramiz Rövşən kimi sənətkarların əsərləri özbək oxucusuna çatdırıldığı halda, Abdulla Aripov, Erkin Vahidov, Osman Əzim və digər özbək yazıçı və şairlərinin əsərləri Azərbaycan oxucularına təqdim olundu.
Sevindirici haldır ki, son illərdə bu proses daha da canlanmışdır. İki ölkədə keçirilən mədəniyyət günləri, ədəbi görüşlər, yeni tərcümələr və kitab təqdimatları mənəvi əməkdaşlığın yeni səhifələrini açır. 2024-cü ildə Bakıda Özbəkistan elm və mədəniyyəti günləri keçirildiyi halda, Daşkənddəki Azərbaycan mədəniyyəti günləri çərçivəsində böyük Məhəmməd Füzulinin əsərlərinin təqdimatı təşkil olundu.
Özbək ədəbiyyatının Azərbaycanda öyrənilməsi və təbliğ edilməsində azərbaycanlı alimlərin də layiqli töhfəsi var. Xüsusilə, tanınmış ədəbiyyatşünas, professor Almaz Ülvinin (Binnətova) çoxillik elmi fəaliyyəti təqdirəlayiqdir. Onun özbək ədəbiyyatına, xüsusən də Əlişir Nəvai yaradıcılığına həsr olunmuş çoxsaylı tədqiqatları iki xalqın ədəbi əlaqələrinin elmi əsaslarını zənginləşdirməkdədir. “Əlişir Nəvainin əsri və nəsri” kitabının özbəkcə yeni nəşri də bu davamlı elmi dialoqun daha bir sübutudur.
Bu məqamda daha bir rəmzi hadisəni xatırlatmaq yerinə düşər. 2024-cü ildə Prezident Şavkat Mirziyoyev Bakıda azərbaycanlı şair və tərcüməçi Akif Bağırov – Akif Azalp ilə görüşdü. O, bir çox özbək sənətkarlarının əsərlərini Azərbaycan dilinə tərcümə edərək, ədəbiyyatımızı qardaş xalq arasında təbliğ edir. Dövlətimizin başçısı onun özbək ədəbiyyatının Azərbaycanda populyarlaşdırılmasına və mədəni əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəni xüsusi qeyd etdi.
Bu gün isə həmin çoxəsrlik mənəvi yaxınlıq dövlətlərimizin münasibətlərində yeni tarixi məzmun kəsb edir. Prezidentlər Şavkat Mirziyoyev və İlham Əliyev tərəfindən imzalanmış “Əbədi dostluq haqqında” müqavilə xalqlarımızın əsrlər boyu formalaşmış qardaşlığının məntiqi davamı oldu.
Nizamidən Nəvaiyə, Nəvaidən Füzuliyə, Maqsud Şeyxzadədən bugünkü yaradıcı insanlara və alimlərə qədər davam edən ədəbi dialoqun özü bu dostluğun nə qədər sarsılmaz olduğunu göstərir. Dövlətlər arasındakı müqavilələr müəyyən bir tarixi dövrdə imzalanır. Lakin xalqların qəlbinə həkk olunmuş dostluğun tarixi əsrlərlə ölçülür. Özbək və Azərbaycan xalqlarının dostluğu məhz belə – zamanın sınağından keçmiş və gələcəyə yönəlmiş əbədi dostluqdur.

Obidjon ŞOFİYEV,

Özbəkistan Respublikası, Termiz Dövlət Universitetinin gənclərlə iş və
mənəvi-maarifləndirmə məsələləri üzrə birinci prorektoru,
filologiya elmləri üzrə fəlsəfə doktoru (PhD), dosent


Azərbaycan dilinə tərcümə etdi: Atilla SÜLEYMANLI
16-08-2026, 08:33
“HERATA, BABAMIN HÜZURUNA!”

“HERATA,

BABAMIN HÜZURUNA!”


(SƏFƏRNAMƏYƏ DAİR TƏƏSSÜRATLARIM)

Səfərnamə janrı müasir ədəbiyyatşünaslıq və kultologiya nəzəriyyəsində sadəcə bəsit coğrafi məkanların, yeni şəhərlərin ekzotik təsviri və ya etnoqrafik elementlərin mexaniki qeydiyyatı ilə məhdudlaşmır. Janrın ən uğurlu və sanballı nümunələri coğrafi səyahəti mənəvi ucalığa, tarixi köklərə və sivilizasiya yaddaşına doğru daxili, intellektual bir köçə çevirə bilən, zaman və məkan hüdudlarını daxilən ləğv edən konseptual əsərlərdir. Bu baxımdan, müasir özbək poeziyasının və mediyasının gənc, istedadlı nümayəndəsi, Özbəkistanın yeni intellektual nəslinin parlaq siması Şəhriyar Şövkətin yenicə işıq üzü görmüş, özbək ədəbi-ictimai mühitində böyük əks-səda doğurmuş “Herata, babamın hüzuruna!” (“Hirotga, bobomning huzuriga!”) adlı fundamental səfərnamə-kitabı sıradan bir səyahətçi qeydləri və ya publisistik təəssüratlar məcmuusu olmaqdan tamamilə uzaqdır. Müəllifin Əfqanıstanın hər cür hərbi-siyasi təhlükələrlə, totalitar qadağalarla və sosiomədəni böhranlarla çulğalanmış mürəkkəb, ekstremal mühitinə daxil olaraq iyirmi günlük fədakar fəaliyyəti nəticəsində ərsəyə gələn bu əsər, bütöv bir türk-müsəlman Şərqinin mədəni yaddaşına, unudulmaqda olan intellektual-mənəvi düşüncə sisteminin izlərinə yönəlmiş irihəcmli, dərin nəzəri-fəlsəfi baxış və müasir komparativistika üçün qiymətləndirilməli olan mühüm sənədli-bədii mənbədir.
Müəllifin Herata və Əfqanıstanın digər qədim türk mərkəzlərinə getmək istəyi qəfil yaranmış keçici bir nostalji həvəs deyil, onun uşaqlıq və yeniyetməlik illərindən başlayaraq addım-addım formalaşan tarixi-milli şüurunun, sarsılmaz sənətkar vicdanının məntiqi nəticəsidir. Bu mənəvi yolçuluğun ilk qığılcımı, atasının onu uşaq yaşlarında Şəhrisəbzdə ulu cahangir Əmir Teymurun ilk məqbərəsinə aparması və uşaq təfəkkürü ilə böyük fatehin məqbərəsi qarşısında keçirdiyi o izaholunmaz, sakral həyəcanla alovlanmışdır. Bu ilk heyrət sonralar onun qəlbində ulu babaların mənəvi irsini yerindəcə ziyarət etmək, tarixlə bu gün arasında qırılmış əlaqələri bərpa etmək arzusuna çevrilmişdir. Şəhriyar Şövkətin böyüdükcə şeirə, klassik əruz vəzninə və söz sənətinə daxildən bağlanması, onun mənəvi dünyasında dahi mütəfəkkir Əlişir Nəvai obrazını mərkəzi mövqeyə çıxarmışdır. Coğrafiya dərslərində Nəvainin əslində Heratda doğulub-yaşadığını, dövlət idarəçiliyi və tükənməz xeyriyyəçilik fəaliyyəti ilə məşğul olduğunu və orada da dəfn olundığını öyrəndiyi gündən etibarən, gənc şairin daxilində illərlə sönməyən, totalitar sərhədləri yarmağa can atan bir istiqlal arzusu yaşamışdır. Əsərdə diqqətçəkən ən mühüm elmi və nəzəri məqamlardan biri müəllifin Nəvai sevgisini sadəcə romantik-abstrakt hisslərlə deyil, real tarixi, geosiyasi və hərbi-ideoloji maneələr kontekstində, obyektiv reallıq müstəvisində təqdim etməsidir. Səfərnaməçi haqlı olaraq vurğulayır ki, XX əsrin birinci rübünə qədər bu müqəddəs məkanları ziyarət etməyə yalnız yolun fiziki ağırlığı və coğrafi çətinlikləri əngəl yaradırdısa, sovet hakimiyyətinin qurulmasından sonra çəkilən “Dəmir pərdə” və siyasi sərhədlər, eyni mənəvi kökdən gələn xalqları bir-birindən uzun müddətə ayırmış, Heratı və Kabili özbək və Azərbaycan türklərinin canlı yaddaşından süni şəkildə qoparmağa çalışmışdır.
Səfərnamənin daxili ideya-bədii arxitekturasında, müəllifin bu çətin, həm də ölümün bir addımlığındakı elmi ekspedisiyaya çıxmasında və bu səfərin rəsmi kitaba çevrilməsində mənim birbaşa istiqamətverici, hərəkətverici və elmi-ideoloji qaynaq rolunu oynamağıma dair qeydlərlə rastlaşdım. Kitabda xüsusi bir sənətkarlıqla və yüksək minnətdarlıq hissi ilə qələmə alınmış “Şu ro'mol bilan Navoiy qabrtoshining gardini artib qo'ygin...”(“Bu yaylıqla Nəvainin qəbir daşının tozunu sil...”) adlı geniş və emosional bölmə, bilavasitə ümumtürk komparativistikasına və səfərin daxili mənəvi missiyasına göstərdiyim böyük elmi təsiri tam çəkisi ilə ortaya qoyub. Müəllif açıq şəkildə etiraf edir ki, onun bu təhlükəli Əfqanıstan coğrafiyasına getmək qərarı bəsit bir emosional həvəsdən deyil, Bakıdakı Əlişir Nəvai heykəli önündə və sonradan Daşkənddə reallaşan elmi görüşlərimiz zamanı Herat təəssüratlarımı, ulu babalarımızın məqamlarını böyük fəlsəfi heyranlıqla, məhəbbətlə nəql etməyimdən sonra onun daxilində oyanan müqəddəs bir “elmi həsəd” hissinin nəticəsidir. Ötən payızda Daşkənddə – “Cədid” qəzeti redaksiyasında Əfqanıstana 2016 və 2021-ci illər səfərimdən bəhs etmişdim. Hələ də Herat – Kabul təsir aurasından çıxmamış bir tərzdə. Hətta arada üzr istəyib deyirdim ki, sanki o torpaqlar Bakıdan 2 saatlıq qədər məsafədə məni hələ də öz kamına çəkməkdə davam edir (yeri gəlmişkən o iki saatlıq yolu 2016-cı ildə 30 saata, 2021-ci ildə isə 16 saata gedib çıxmışdım). İndi Şəhriyar kitabında bütün geosiyasi maneələri aşaraq iki dəfə Herata getməyimi, ulu mütəfəkkirin qəbir daşını öpərək milli sədaqət nümayiş etdirməyimi və özbək dünyasının digər bir nəhəng nəvaişünas alimi, Özbəkistan Qəhrəmanı Suyima Qəniyevanın vəsiyyət etdiyi müqəddəs yaylıqla Nəvainin məzarının tozunu silməsi faktını müəllif öz yaradıcılıq dünyasında sivilizasiya miqyaslı bir mənəvi vətəndaşlıq borcu arxetipinə çevirmişdir. Dünya nəvaişünaslıq məktəbinə verdiyim bu daxili, mənəvi enerji gənc özbək şairini hər cür viza və təhlükəsizlik qadağalarını yararaq, Allaha təvəkkül edib Heyrətan körpüsündən Əfqanıstan torpağına inamla qədəm basmağa sövq etmişdir.
Səfərnamənin daxili nəzəri strukturunu daha da dərinləşdirdikdə, özümün yalnız bir ilham mənbəyi kimi qalmadığım, Şəhriyar Şövkət Herat torpağına ayaq basdığı ilk gündən etibarən Bakıdan və ağır fiziki xəsarət alıb xəstə yatağından belə ona birbaşa elmi rəhbərlik, metodoloji koordinatorluq etdiyim mətndə tam dəqiqliyi ilə nümayiş olunur. Bakıda Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babur xatirəsinə həsr olunmuş böyük elmi konfransa tələsərkən bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb yatağa düşməyimə baxmayaraq, öz ağır fiziki durumumu unudaraq Şəhriyara telefon və video-zənglər vasitəsilə "Oğlum, indi Heratdasansa, mütləq İxtiyarəddin qalasına (Herat qalasına) get, Nəvainin şeir məclisləri qurduğu zala gir, orada öz-özünə şairin bir qəzəlini səsləndir, ulu babamız Babur şah 1506-cı ildə orada iyirmi gün qalmış, Nəvainin şəxsi kitabxanasından doyunca istifadə etmiş və bu anları “Baburnamə”də ömrünün ən şərəfli günləri adlandırmışdır" – deyə elmi istiqamət verməyim komparativistika tarixinin ən unudulmaz mənəvi hadisələrindən biridir.
Əfqanıstandakı özbək nəvaişünas alimlərinin, xüsusilə bölgənin ən yaşlı və qocaman fədakar tədqiqatçısı Məhəmməd Yaqub Vahidi Cüzcaninin mütləq tapılıb elmi fəaliyyətinin araşdırılması barədə verdiyim istək-tapşırıq, bu tədqiqatın elmi-metodoloji bünövrəsini təşkil edir. Şəhriyarın gündəlik sosial şəbəkələrdə paylaşdığı fotolara baxdıqca, onunla hər gün neçə dəfə telefonda danışdıqca bütün ağrılarımı unudurdum, sanki yataqda yox, Heratda, Kabulda, Məzari-Şərifdə, Bəlxdə gəzirdim. “O günlərdə cismim Azərbaycan torpağında – yataqda ağrılar içində qovrulsa da, ruhum Şəhriyarımla birgə Heratı qədəm-qədəm gəzirdi” ifadəsi, Azərbaycan və özbək ədəbi düşüncəsinin geosiyasi sərhədləri daxilən necə tamamilə ləğv etdiyini sübut edən uca bir fəlsəfi yekundur.

Şəhriyar Şövkətin Əfqanıstanda keçirdiyi iyirmi gün ərzində fərqli nəqliyyat vasitələri ilə, qorxulu hərbi postları və mürəkkəb keçid məntəqələrini yararaq təxminən 3 min kilometr yol qət etməsi və Qəndəhardan Herata, Bədəxşandan Kabilə qədər geniş bir coğrafiyanı dolaşması prosesi, ulu əcdadların müqəddəs məzarları önündə qarşılaşdığı fiziki və mənəvi məhrumiyyətlərin bədii təsviri ilə əsərin elmi dəyərini zirvəyə qaldırır. Şair ilk olaraq qədim Məzari-Şərif şəhərinə daxil olarkən, fevral ayının dondurucu və amansız şaxtasında, müqəddəs “Göy məscid” (“Rövzeyi-Şərif”) kompleksinin həyətindəki mərmər daşların soyuğu yalın ayaqlarındasa sətir-sətir işlədiyi halda, saatlarla növbə gözləmiş, yerli xidmətçilərin verdiyi bəsit rezin başmaqları geyərək məqbərəyə daxil ola bilmişdir. Burada o, telefonla video çəkiliş aparmaq istəyərkən silahlı nəzarətçilərin sərt və qəti qadağası ilə üz-üzə gəlmiş, daxili polis idarələrinə aparılaraq qırx dəqiqə boyunca sorğu-sual edilmiş, yalnız uzunmüddətli elmi izahatlardan və ağsaqqal İmamın xüsusi rəsmi icazəsindən sonra dahi əcdadların ucaltdığı o möhtəşəm memarlıq abidəsini lentə almaq şansını qazanmışdır. Səfərnamənin ən dramatik və canı bahasına başa gələn nöqtəsi isə qədim Bəlx şəhərində, İslam şərqinin ilk böyük ustad qadın şairi olan Rəbiyə Bəlxi qəbrinin və Teymuri məlikəsi Gövhərşad bəyimin ucaltdığı “Xoca Parso” məscidinin ziyarəti zamanı yaşanmışdır. Müəllif Rəbiyə Bəlxinin məqbərəsi önündə qədim əsrlərdən qalan pulları satan 70 yaşlı yerli bir əfqan ilə söhbət edərkən, ona bəsit bir jurnalist marağı ilə “Otaxon, ömrünüz boyu bu torpaqlarda neçə hökumət görmüsünüz?” sualını ünvanlamışdım. Lakin totalitar idarəetmə prinsiplərinin hakim olduğu bu coğrafiyada “hökumət”, “dövlət”, “əmirliyin vəziyyəti” kimi sözlərin işlədilməsi birbaşa siyasi casusluq və dövlət əleyhinə təxribat kimi qəbul edildiyi üçün, həmin dəqiqə ətrafda gizli nəzarət aparan, əbalara bürünmüş iki silahlı “mühtəsib” (əxlaq və siyasi nəzarət polisi) şairin və onun bələdçisi Hibatullanın üzərinə hücum çəkmişdir. Gənc özbək şairini hər iki biləyindən qanrılaraq, çiyinlərində tapança və Kalaşnikov avtomatları olan əsgərlər tərəfindən sürüyərək hərbi məhkəmə binasına aparmış, sürücünün isə yaxasından tutaraq divara sıxmışlar. Hərbi prokurorluğun soyuq, nəm və zəhərli qaz qoxuyan daxili otağında iki saat boyunca ağır psixoloji və mənəvi işgəncə altında sorğu-sual edilən Şəhriyar Şövkətin cib telefonu və şəxsi əşyaları müsadirə olunmuşdur. Onun çəkdiyi videoda siyasi ittiham axtaran nəzarətçilər özbək dilini bilmədikləri üçün gizli tərcüməçilər çağırmış, lakin mətndə yalnız Əlişir Nəvai və Babur dühalarına olan elmi ehtiram ifadələrini tapdıqdan və şairin pasportuna, barmaq izinə dair bütün rəsmi tarixləri qeydiyyata aldıqdan sonra onu sərbəst buraxmışlar. Ölümün gözünə dik baxan şair, azadlığa çıxan kimi daxilindəki sarsıntını ulu babaların mənəvi enerjisi ilə boğaraq, heç bir qorxu nümayiş etdirmədən birbaşa Bəlxin uca qala divarlarına doğru yoluna davam etmişdir.
Müəllifin qədim Qəznə şəhərində, böyük türk ensiklopedist alimi Əbu Reyhan Əl-Biruninin və dahi Sultan Mahmud Qəznəvinin məzarlarını ziyarət etməsi də analoji daxili sarsıntılar və fiziki məhrumiyyətlərlə müşayiət olunmuşdur. Şair bütöv bir gün boyunca ac-susuz, palçıqlı və kələ-kötür kənd yolları ilə, Əfqanıstanın yerli nəqliyyat vasitəsi olan üçtəkərli “rikşa” daxilində sümükləri sızıldayaraq hərəkət etmiş, dondurucu dağ havasının təsirindən bədəni tamamilə donmuş və güclü allergiya tutması nəticəsində başı ağırlaşaraq mənəvi xəstəlik həddinə çatmışdır. Birunini ziyarət etmək üçün getdiyi lay va palçıqlı xarabalıqlarda hər addımda qarşılaşdığı yoxsulluq, tənha uşaqların dilənçilik etməsi faktları onun humanist qəlbində böyük yaralar açmışdır. Hətta yol kənarındakı hərbi postlarda duran Taliban əsgərləri tərəfindən maşınları yoxlanılarkən, iki əsgərin qundağı doldurulmuş silahlarla birbaşa maşının salonuna daxil olub şairlə çiyin-çiyinə oturması, salona yayılan tər və qorxu qoxusu, hər bir sözün tərəzi ilə ölçüldüyü o hərbi-psixoloji atmosfer Şəhriyar Şövkətin daxili dünyasında dərin ekzistensial sarsıntılara yol açmışdır. Nəhayət, Herat şəhərinə və Musəlla kompleksinə – böyük ustad Əlişir Nəvainin əbədi uyuduğu müqəddəs torpağa çatanda isə şairin mənəvi iztirabları özünün ən pik nöqtəsinə yüksəlir. O, təyyarədən düşən kimi ulu babasının məzarına doğru elə bir eşqlə və ilahi divanəliklə qaçmaq istəyir ki, hətta ayaqqabılarını tamamilə çıxarıb, Herat küçələri boyunca Nəvainin gəzdiyi o müqəddəs torpağı yalın ayaqla, ağlaya-ağlaya, şairin qəzəllərini hayqıra-hayqıra keçmək qərarına gəlir. Lakin bələdçisi Hibatulla onu pencəyindən geriyə dartaraq kəskin şəkildə xəbərdar edir: “Ey igid, özünü yığışdır! Əgər əsgərlər səni bu vəziyyətdə yalın ayaqla, qışqıra-qışqıra qəzəl oxuyan görsələr, elə küçənin ortasındaca casus və ya divanə kimi həbs edib aparacaqlar, sonra səni tapmağa mənim bütöv ömrüm də bəs etməyəcək, romantikanı kənara qoy!”. Bu acı reallıq fonunda şair daxili fəryadını içinə gömərək, ssenariləşdirilmiş bu hərbi rejim daxilində addım-addım irəliləyir. Nəvainin məqbərəsinə daxil olanda isə onun qəlbi tamamilə parçalanır; çünki ulu mütəfəkkirin məqbərəsinin ətrafında paslı tikinti kranları, tamamlanmamış uçuq-sökük divarlar mənzərəsi, Şəhriyar Şövkətin “Gözüm çıxsın səni bu halda görməkdənsə, dilim qurusun səndən bu vəziyyətdə hesab soruşmaqdansa” – deyə göylərə ucalan fəlsəfi fəryadına çevrilir. O, Daşkənddən özü ilə gətirdiyi müqəddəs ipək dəsmalla Nəvainin qəbir daşının tozunu, qumunu və imperiya amneziyasının çirkini böyük bir vizual və mənəvi fədakarlıqla silərək göz yaşlarına boğulur.
Bu konseptual müstəvidə, Şəhriyar Şövkətin Məzari-Şərifdəki qədim “Göy məscidi” (“Rövzeyi-Şərif”) və Heratdakı bütöv Müsəlla kompleksini ziyarət edərkən irəli sürdüyü bədii-əks-sədalar, Teymurilər və Baburilər dövrü memarlığının Azərbaycan–Özbək ortaq mədəniyyət arxetipləri ilə eyniliyini linqvopoetik şəkildə sübuta yetirir. Şair bu tarixi qəbirlərin və dağıdılmış abidələrin sadəcə keçmişin bir yadigarı olmadığını, imperiya siyasətinin türk coğrafiyasını necə parçaladığını simvolik olaraq vizuallaşdırır. Bu təqdimatda şair, ulu babası Əmir Teymurun barmağından çıxarılan və bu gün ABŞ-ın Nyu-York şəhərindəki məşhur "Metropoliten" incəsənət muzeyində qorunan o sakral “Rosti rasti” (“Düz olsan, nicat taparsan”) möhürlü üzüyünün fəlsəfi itki tarixinə, Məhəmməd Zahir şah dövründə qəbirlərin gizli açılması hadisələrinə toxunaraq milli yaddaşın coğrafi mühacirətini və qəsb olunmasını böyük bir intellektual kədərlə təhlil edir. Səfərnamənin ən mühüm sosiolinqvistik töhfəsi isə Əfqanıstanın Əndxoy, Şəfirqan və fərqli bölgələrində yaşayan, hər cür assimilyasiya basqılarına, daxili siyasi qorxu mühitinə baxmayaraq, öz evlərində və xüsusi gizli “Yeni yol” məktəblərində özbək, türk dilini, Nəvai şivəsini və Babur şahın orijinal ləhcəsini göz bəbəyi kimi qoruyan yerli özbək ziyalılarının mənəvi dirənişinin bədiiləşdirilməsidir. Şəhriyar Şövkət bu bölgələrdə şahid olduğu sərt qadağaları – musiqinin, əl çalmağın, məzara gül qoymağın rəsmi yasaq edildiyi, əxlaq polisinin (“Amr bil ma'ruf va nahy anil munkar” və Muhtasiblərin) küçələrdə insanları sorğu-suala çəkdiyi, nikahsız münasibətlərin qamçı və daş-qalaqla cəzalandırıldığı dəhşətli sosiopolitik reallıqları qələmə alır. Məhz belə bir mütləqiyyət mühitində Əndxoyda və Heratda gizlicə təşkil olunan “Tongotar g'azalxonlik” (“Sübhə qədər qəzəlxanlıq”) məclislərində ağsaqqalların, gənclərin və ziyalıların əruz bəhrlərini, rəməl, həcəz və rəcəz vəznlərini heç bir ali təhsil almadan, sırf şifahi yaddaş kodu ilə mükəmməl şəkildə oxumaları, Məmməd Füzuli divanını və Şah Məşrəb irsini canları bahasına rəhbər tutmaları ümumtürk mənəvi müqavimətinin ən zirvə noktəsidir. Yerli özbək ziyalısı Qulam Səhi Vəkilzadə Yurddaşın və Məhəmməd Yaqub Vahidinin Şəhriyara təqdim etdiyi qədim əlyazmalar və onların dil uğrunda apardıqları mübarizə, totalitarizmin milli ruhu əsla məhv edə bilməyəcəyinin bariz isbatıdır.
Bu fundamental mənəvi zəncirin ən mühüm beynəlxalq həlqəsini və səfərnamənin 33–34-cü səhifələrində böyük bir minnətdarlıq hissi ilə qeyd edən, Şəhriyar Şövkət yuksək qədirbilənliklə etiraf edir ki, onu bu çətin, hər anı ölümlə qarşılaşan Əfqanıstan səfərinə sövq edən baş hərəkətverici qüvvə – məhz Bakı və Daşkənd şəhərlərində mənimlə keçirdiyi dərin elmi söhbətlər və 2016-cı ildə Nəvai şəhərində keçirilən beynəlxalq konfransda – bütün dünya nəvaişünaslarının elmi auditoriyası qarşısında rəsmi olaraq ayağa qalxaraq – “Bu salonda Əfqanıstana gedib, Heratda həzrət Əlişir Nəvainin məqbərəsini, müqəddəs qəbir daşını şəxsən ziyarət edən bircə nəfər var, o da mənəm!” – deyərək nümayiş etdirdiyim böyük elmi və milli qürura olan sonsuz heyranlıq hissidir. Dahi şairin ziyarətindən qayıtdıqdan sonra, Özbəkistan Qəhrəmanı Suyima Qəniyeva ilə görüşərkən, ustadımın məni qucaqlayaraq: “Bu mənim uzun illər boyu ürəyimdə qalan ən böyük arzum idi, sən buna nail oldun, xatirin xoş olsun, qızım. Əgər bir də yolun ora düşərsə, mənim bu ipək yaylığımla həzrət Nəvainin müqəddəs qəbir daşının tozunu silərsən” – deyə bəxş etdiyi o sakral əmanəti 2021-ci ildə ikinci dəfə Herata gedərək dahi mütəfəkkirin məzarını silməyim və “Suyima opam Sizə salam yolladılar, həzrətim” – deyə pıçıldamağım, ümumtürk elmi təfəkküründə müxtəlif müstəqil dövlətlərin inzibati hüdudlarında yaşasalar da, qəlbində yeganə mənəvi Vətən – Turan ideyasını daşıyan böyük alimlərin sarsılmaz mənəvi vəhdət körpüsüdür.
Şəhriyar Şövkətin bu qiymətli sənədli əsəri və mətndə nəvaişünaslıq məktəbi prinsiplərinə verilən yuksək ehtiramım, Azərbaycan və özbək xalqlarının ortaq sivilizasiya kimliyini qorumaq yolunda hansı böyük fədakarlıqlara və mənəvi zəhmətlərə qatlaşdığını dövlət miqyasında rəsmi şəkildə isbatlayan fundamental elmi-kulturoloji sənəddir. Yolun həmişə açıq, Nəvai babamızın ruhu mədədkarın, mədədkarımız olsun, Şəhriyarım!

Hörmət və mənəvi ehtiramla, Almaz Ülvi,
nəvaişünas, Özbəkistan Respublikası “Dostluq” ordeni mükafatçısı
Avqust, 2026
1-08-2026, 14:19
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır


Azərbaycan–Qırğızıstan

münasibətlərində

yeni mərhələ başlayır


Prezident İlham Əliyevin iyulun 31-də Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar iki dost və qardaş ölkə arasında əməkdaşlığın artıq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha nümayiş etdirdi.
Dövlət başçıları arasında keçirilən görüşdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, müttəfiqlik münasibətləri böyük məsuliyyət tələb edir və Azərbaycan bu məsuliyyəti bölüşməyə tam hazırdır. Prezident qeyd etdi ki, bundan sonra da iki ölkə beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi davam etdirəcək, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcək.
Prezident İlham Əliyevin sözlərinə görə, səfər zamanı imzalanan sənədlər paketi əməkdaşlığın geniş istiqamətlərini əhatə edir və əldə olunan razılaşmalar Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin daha da dərinləşməsinə yeni imkanlar yaradacaq.
Səfərin iqtisadi nəticələri də xüsusi diqqət çəkir. Tərəflər Azərbaycan - Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması barədə razılığa gəliblər. Bu qərar Fond vasitəsilə həyata keçirilən layihələrin miqyasını genişləndirəcək, yeni istehsal müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına və qarşılıqlı investisiyaların həcminin yüksəlməsinə əlavə stimul verəcək.

Səfər çərçivəsində İssık-Kul gölünün sahilində inşa olunan beşulduzlu "Baku Resort & Spa" hotelinin açılışı da baş tutdu. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə tikilən və "Bakı" adını daşıyan bu layihə iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu nümunələrindən biri olmaqla yanaşı, turizm sahəsində tərəfdaşlığın da yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Prezident İlham Əliyev çıxışında humanitar əməkdaşlığın münasibətlərin ayrılmaz hissəsi olduğunu vurğuladı. Dövlət başçısı Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstəyi yüksək qiymətləndirərək Ağdam rayonunda inşa edilən və "Manas" adını daşıyan məktəbi qardaşlıq münasibətlərinin parlaq rəmzlərindən biri adlandırdı. Onun sözlərinə görə, bu layihə Qırğız xalqının işğaldan azad olunmuş ərazilərin bərpasına verdiyi mühüm töhfəni əks etdirir.
Prezident İlham Əliyev xalqlarımızı ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərin birləşdirdiyini diqqətə çatdıraraq Bakıda Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın yaradılmasını, Bişkekdə isə Qırğızıstan-Azərbaycan Dostluq Parkının salınmasını dostluğun və qarşılıqlı hörmətin rəmzi kimi qiymətləndirdi. Həmçinin qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi və humanitar əlaqələrin genişlənməsi iki ölkə xalqlarını daha da yaxınlaşdıran mühüm amillərdən biri kimi dəyərləndirildi.
Dövlət başçısı çıxışında Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının genişləndiyini də vurğulayaraq, ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qəbul olunmasına görə Qırğızıstan Prezidenti Sadır Japarova və digər Mərkəzi Asiya liderlərinə təşəkkürünü ifadə etdi.
Səfər çərçivəsində iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin daha bir göstəricisi kimi qarşılıqlı ali dövlət təltifləri təqdim olundu. Prezident İlham Əliyev Qırğız Respublikasının ən ali mükafatlarından olan I dərəcəli "Manas" ordeni ilə təltif edildi. Eyni zamanda Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın ali dövlət mükafatı – "Heydər Əliyev" ordeninə layiq görüldü. Bu addım Azərbaycan–Qırğızıstan dostluğunun və strateji tərəfdaşlığının yüksək səviyyəsinin rəmzi kimi qiymətləndirilir.
Səfərin mühüm siyasi nəticələrindən biri də Çolpon-Ata Bəyannaməsinin qəbul edilməsi oldu. Bəyannamə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyərək siyasi dialoq, iqtisadi inteqrasiya, enerji, nəqliyyat, logistika və humanitar əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər açır.
İmzalanan sənədlər, qəbul edilən qərarlar, qarşılıqlı etimad və ortaq strateji baxış iki qardaş ölkənin gələcək əməkdaşlığının daha da möhkəmlənəcəyinə və Türk dünyasında birliyin güclənməsinə mühüm töhfə verəcəyinə əminlik yaradır.

Vüqar Bəşirov
Abşeron RİH başçısının Aşağı Güzdək qəsəbə İƏD üzrə nümayəndəsi
24-06-2026, 18:42
Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ

Azərbaycan və Türkmənistan

münasibətlərində yeni mərhələ


Azərbaycan Prezidenti İlham Əliyev iyunun 22-də Azərbaycanda səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşdən sonra mətbuata bəyanatla çıxış edib.
Dövlət başçısı Azərbaycan-Türkmənistan münasibətlərinin tarixi, mədəni və mənəvi bağlar üzərində qurulduğunu vurğulayaraq, iki qardaş ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirib. Qarabağın bərpasına göstərilən dəstəyə görə Türkmənistana və Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədova təşəkkür edib. Qeyd olunub ki, Qurbanqulu Berdiməhəmmədovun ötən ilin iyulunda Azərbaycana səfəri zamanı Füzuli şəhərində məscidin tikintisi təşəbbüsü irəli sürülüb və hazırda layihənin icrasına başlanılıb.
Prezident İlham Əliyev iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat-logistika, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsinin aparıldığını, müvafiq qurumlara konkret tapşırıqlar verildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiyanın iclasında bu tapşırıqların icrası müzakirə olunacaq və yeni birgə layihələrin reallaşdırılması üçün növbəti addımlar müəyyənləşdiriləcək.
Dövlət başçısı humanitar əlaqələrin ölkələr arasında münasibətlərin mühüm tərkib hissəsi olduğunu vurğulayaraq, son illərdə qarşılıqlı Mədəniyyət Günlərinin uğurla keçirildiyini qeyd edib. Bildirilib ki, bu ilin əvvəlində Aşqabad və Arkadağ şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri təşkil olunub, ötən il isə Türkmənistanın mədəniyyət nümayəndələri Bakıda və Gəncədə keçirilən tədbirlərdə iştirak ediblər. Prezident həmçinin Bakı və Aşqabadın, eləcə də Füzuli və Arkadağ şəhərlərinin qardaşlaşmış şəhərlər olduğunu xatırladaraq, bunun iki xalqın birliyinin və yaxınlığının növbəti təzahürü olduğunu bildirib.
İlham Əliyev Türkmənistanın Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul edilməsinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Prezident bu addımı tarixi hadisə kimi dəyərləndirərək, Azərbaycanın coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməsə də, region ölkələri ilə ortaq tarixi, mədəni və iqtisadi bağlara malik olduğunu vurğulayıb. Dövlət başçısının sözlərinə görə, nəqliyyat-logistika layihələri və regional əməkdaşlıq böyük Mərkəzi Asiya məkanının vahid geosiyasi və geoiqtisadi bölgə kimi formalaşmasına xidmət edir.
Prezident nəqliyyat və logistika sahəsində əməkdaşlığın strateji əhəmiyyət daşıdığını bildirərək qeyd edib ki, Azərbaycan və Türkmənistanın birgə səyləri nəticəsində regionda etibarlı və təhlükəsiz nəqliyyat marşrutları formalaşıb. Onun sözlərinə görə, siyasi qarşılıqlı fəaliyyət olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı. Tərəflər yükdaşımaların həcminin artırılması və üçüncü ölkələrdən tranzit yüklərin cəlb olunması məqsədilə bu sahədə koordinasiyanın daha da gücləndirilməsi barədə razılığa gəliblər.
Dövlət başçısı enerji sahəsində əməkdaşlıq perspektivlərinə də toxunaraq bildirib ki, Azərbaycan və Türkmənistan zəngin enerji ehtiyatlarına malik ölkələr kimi bu istiqamətdə səylərini birləşdirmək niyyətindədirlər. Prezident, həmçinin Türkmənistanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, ölkədə həyata keçirilən infrastruktur və turizm layihələrinin rəhbərliyin uzaqgörən siyasətinin nəticəsi olduğunu qeyd edib.
İlham Əliyev çıxışının sonunda Azərbaycanın Türkmənistanın beynəlxalq arenadakı uğurlarına sevindiyini və ölkənin neytrallıq siyasətini daim dəstəklədiyini vurğulayıb.
Səfər çərçivəsində Azərbaycan və Türkmənistan arasında müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanaraq mübadilə olunub. Tərəflər siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, nəqliyyat-logistika əməkdaşlığının və humanitar münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində qarşılıqlı iradə nümayiş etdiriblər.

Faiq Xosrovlu
Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin direktoru
8-06-2026, 04:03
Zakir Şakirov və türkologiya dilçiliyinin inkişaf konsepsiyası

Pərvanə Məmmədova

Filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Texniki Universiteti
Bakı, Azərbaycan



Zakir Şakirov və türkologiya

dilçiliyinin inkişaf konsepsiyası


Məlum olduğu kimi, 1926-cı il 26 fevral-5 mart tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayı SSRİ-də yaşayan türk xalqlarının tarixi, etnogenezi, mədəniyyəti, dili və ədəbiyyatı sahələrinin inkişafında əvəzsiz rol oynamışdır. Qurultay latın əlifbasına (yanəlifə) keçid və terminologiyanın unifikasiyası ilə bağlı tarixi əhəmiyyətli qərarlar qəbul etmiş, bu da iştirakçıların sonradan repressiyalara məruz qalmasına baxmayaraq, mədəni-etnik inteqrasiyaya və konsolidasiyaya mühüm pozitiv təsir göstərmişdir.
Birinci Ümumittifaq Türkoloji Qurultayı SSRİ-də yaşayan türk xalqlarını (azərbaycanlılar, başqırdlar, qazaxlar, qaraçaylılar, qırğızlar, malkarlar, tatarlar, özbəklər, Krım tatarları, yakutlar və s.), həmçinin aparıcı rus akademiklərini və xarici ölkələrdən olan mütəxəssisləri təmsil edən və türkologiya sahəsində çalışan alimləri, ədəbiyyatçıları, dilçiləri, etnoqrafları və tarixçiləri bir araya gətirmişdir. Qurultayın bir çox nümayəndələri haqqında elm-ictimaiyyəti məlumatlı olsa da, Başqırdıstan MSSR-ni və digər regionları təmsil edən başqırd alimlərinin taleyi və fəaliyyəti ilə bağlı məlumatlar olduqca azdır. Bunu nəzərə alaraq, biz Azərbaycan ictimaiyyətini Birinci Türkoloji Qurultayın başqırd nümayəndələri ilə tanış etməyi məqsədəuyğun hesab edirik.
Stenoqrafik materiallardan məlum olur ki, qurultayda başqırd ziyalılarını təmsil edən səkkiz nəfər iştirak etmişdir: 1) Atnaqulov Salah Sədri oğlu – “Qajur” nəşriyyatının müdiri və baş redaktoru (Kazan); 2) Bilyalov Məcid Masaqutoviç – Başqırd Xalq Maarif Komissarlığı (Moskva); 3) Manatov Şərif Əhmədoviç – pedaqoq (Tiflis); 4) Qabitov Həbibulla A.-Kağıroviç – pedaqoq (Ufa); 5) Vildanov Qabduləhət Fazıloviç – 1925–1927-ci illərdə başqırd dili komissiyasının üzvü (Ufa); 6) İdelqujin Kərim Abdulloviç – Başqırd Xalq Maarif Komissarlığı (Ufa); 7) Şakirov Zakir Şakiroviç – Xalq Təhsili İnstitutu (Ufa); 8) Mryasov Sağit Qubaydulloviç – Başqırdıstanı Öyrənmə Cəmiyyəti (Ufa).
Materialların təhlili göstərir ki, faktiki olaraq Başqırdıstanı rəsmi şəkildə altı nəfər təmsil etmişdir. Bu yazıda biz onlardan biri – görkəmli başqırd maarifçisi, pedaqoq-tarixçi Zakir Şakiroviç Şakirovun (1881–1968) həyat və fəaliyyətindən bəhs etməyi zəruri hesab etmişik.
Zakir Şakirov Ufa quberniyasının Birsk qəzasının Karasay-Yelqa kəndində anadan olmuşdur. O, ömrü boyu təhsil və başqırd dili problemləri ilə məşğul olmuş, sovet dövründə Başqırd MSSR Xalq Maarif Komissarlığında çalışmışdır. 2007-ci ildə Ufada “Başqırdıstan pedaqoji jurnalı kitabxanası” seriyasından Y.V. Erginin “Z.Ş. Şakirov (1881–1968)” adlı kitabı nəşr edilmişdir . Bu əsərdə onun həyatı və fəaliyyəti geniş şəkildə işıqlandırılmışdır.
Kitabda onun uşaqlıq illəri, təhsili, “Mühəmmədiyyə” mədrəsəsində oxuması, A.L. Şanyavski adına Moskva Universitetində təhsil alması, Ufa quberniya idarələrində fəaliyyəti, muzeyə rəhbərliyi, elmi ekspedisiyalarda iştirakı, başqırd dili dərsliklərinin və terminologiyasının yaradılmasında rolu kimi mövzulara nəzər salınmışdır.
XX əsrin 20-ci illərində başqırd dilinin dövlət dili kimi hüquqi status alması ilə həm də bu dil üzrə dərsliklərin yaradılmasına başlarılmışdır. Lakin dilçilik kadrlarının çatışmazlığı və elmi tədqiqatların azlığı bu prosesi çətinləşdirirdi. Buna baxmayaraq bu sahədə həmin dövrlərdə Başqırdıstanda fəaliyyət göstətərən, N.K.Dmitriyev adlı böyük alimin mühüm rolun etməliyik.
Zakir Şakirov öz dövrünə görə yüksək səviyyəli təhsil almışdır. O, 1902-ci ildə “Mühəmmədiyyə” mədrəsəsini bitirmiş, 1912–1915-ci illərdə Moskvadakı A.L.Şanyavski adına universitetdə təhsilini davam etdirmişdir [1, s. 18]. Daha sonra müxtəlif təhsil müəssisələrində çalışmış, 1931–1951-ci illərdə Maarif İnstitutunda başqırd dili və ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir. O, həmçinin dərsliklər, lüğətlər, proqramlar müəllifi olmuş, başqırd ədəbi dilinin, terminologiyasının və orfoqrafiyasının formalaşmasında böyük işlər həyata keçirmişdir.
Zakir Şakirov dövrünün tanınmış türkoloq alimləri və ziyalıları ilə, o cümlədən Kayum Nasiri, Məcid Qafuri və professor N.F.Katanovla dostluq etmişdir. O, Şərq ədəbiyyatını dərindən öyrənmiş, İbn Sina, Ömər Xəyyam və başqa bu kimi klassikləri gərəyincə mütaliə etmişdir.
1907-ci ildə onun tatar şairi Qabdulla Tukay ilə görüşü olmuş və bu dostluq Tukayın ölümünə qədər davam etmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, Zakir Şakirov 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda iştirak etmiş və türk dillərinin latın qrafikasına keçirilməsi məsələlərinin müzakirəsində əsaslı təkliflərlə çıxış etmişdir .
O, bu misli görünməyən tədbirdən daha öncə yazıb nəsr etdirdiyi “Türkoloji qurultay haqqında” məqaləsində türkologiya ilə bağlı mühüm təkliflər irəli sürmüşdür. Bu təkliflərdə o, türk dillərinin xüsusiyyətlərinin müəyyənləşdirilməsi, ortaq terminologiyanın hazırlanması, dialektlərin öyrənilməsi, vahid yazı sisteminin qurulması və xüsusi ilə Elmi İnstitutunun yaradılması kimi ilə bağlı məsələlərin vacibliyindən bəhs etmişdi .
Şakirov Başqırdıstan Elmi-Tədqiqat İnstitutunda çeşidli sahə lüğətlərinin hazırlanmasında da fəal iştirak etmişdir. O, botanika, kimya və riyaziyyat üzrə terminoloji lüğətlərin ya ayrıca müəllifi, ya da müəlliflərindən biri olmuşdur.
Elmi ekspedisiyalar zamanı o, başqırd xalqının dili, folkloru və maarif tarixi ilə bağlı mühüm materiallar toplamış, Akmulla kimi milli klassiklərin yeni əsərlərinin aşkara çıxarılmasında aparıcı rol oynamışdır.
Araşdırmalar göstərir ki, Zakir Şakirov başqırd dilçiliyi tarixində mühüm yeri olmuş tanınmış şəxsiyyətlərdən öncülü olmaqla Əmək qəhrəmanı (1928), Əməkdar elm xadimi (1944) kimi yüksək mükafatlara layiq görülmüşdür.
27-05-2026, 11:20
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının “Gül dəftəri”


VI Türk Dünyası Ədəbiyyat və

Kitab Festivalının “Gül dəftəri”


Ölkəmizdə keçirilən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının bu gün sonuncu günüdür.
Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, AMEA, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Ədəbi-bədii kompozisiyalarla davam etdirilən festivalın ilk günü Azərbaycan-Türkiyə, ikinci günü Özbəkistan-Türkmənistan, üçüncü günü Qazaxıstan-Qırğızıstan, dördüncü günü Macarıstan-Şimali Kipr Türk Respublikası, sonuncu günü isə Türk Dünyası - Yunus Əmrə günü adlandırılıb.
Dünən, 25 may tarixində, festivalın dördüncü günü Macarıstan-Şimali Kipr Türk Respublikasına həsr edilmiş “Gül dəftəri” adlı poeziya saatında tanınmış yazıçı Narıngül Nadirin moderatorluğu ilə yazar və şairlər - Gülnar Ümid, Seyid Aynur, Arzu Nehrəmli, Sara Selcan və Mina Rəşid iştirak edirdilər.
“Gül dəftəri” adlı poeziya saatı xatırladaq ki, Aqnes Nemes (Macarıstan) və Urkiyyə Minə Balmanın (Şimali Kipr) yazarlarının əziz xatirəsinə həsr edilmişdi.
Mina RƏŞİD

26-05-2026, 08:58
Zakir Şakirov və türkologiya dilçiliyinin inkişaf konsepsiyası

Pərvanə Məmmədova
Filologiya üzrə fəlsəfə doktoru,dosent
Azərbaycan Texniki Universiteti


Başqırd alimi Zakir Şakirov və

türkologiya dilçiliyinin inkişaf konsepsiyası


Məlum olduğu kimi, 1926-cı il 26 fevral – 5 mart tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayı SSRİ-də yaşayan türk xalqlarının tarixi, etnogenezi, mədəniyyəti, dili və ədəbiyyatı sahələrinin inkişafında əvəzsiz rol oynamışdır. Qurultay latın əlifbasına (yanəlifə) keçid və terminologiyanın unifikasiyası ilə bağlı tarixi əhəmiyyətli qərarlar qəbul etmiş, bu da iştirakçıların sonradan repressiyalara məruz qalmasına baxmayaraq, mədəni-etnik inteqrasiyaya və konsolidasiyaya mühüm pozitiv təsir göstərmişdir.
Birinci Ümumittifaq Türkoloji Qurultayı SSRİ-də yaşayan türk xalqlarını (azərbaycanlılar, başqırdlar, qazaxlar, qaraçaylılar, qırğızlar, malkarlar, tatarlar, özbəklər, Krım tatarları, yakutlar və s.), həmçinin aparıcı rus akademiklərini və xarici ölkələrdən olan mütəxəssisləri təmsil edən və türkologiya sahəsində çalışan alimləri, ədəbiyyatçıları, dilçiləri, etnoqrafları və tarixçiləri bir araya gətirmişdir. Qurultayın bir çox nümayəndələri haqqında elm-ictimaiyyəti məlumatlı olsa da, Başqırdıstan MSSR-ni və digər regionları təmsil edən başqırd alimlərinin taleyi və fəaliyyəti ilə bağlı məlumatlar olduqca azdır. Bunu nəzərə alaraq, biz Azərbaycan ictimaiyyətini Birinci Türkoloji Qurultayın başqırd nümayəndələri ilə tanış etməyi məqsədəuyğun hesab edirik.
Stenoqrafik materiallardan məlum olur ki, qurultayda başqırd ziyalılarını təmsil edən səkkiz nəfər iştirak etmişdir: 1) Atnaqulov Salah Sədri oğlu – “Qajur” nəşriyyatının müdiri və baş redaktoru (Kazan); 2) Bilyalov Məcid Masaqutoviç – Başqırd Xalq Maarif Komissarlığı (Moskva); 3) Manatov Şərif Əhmədoviç – pedaqoq (Tiflis); 4) Qabitov Həbibulla A.-Kağıroviç – pedaqoq (Ufa); 5) Vildanov Qabduləhət Fazıloviç – 1925–1927-ci illərdə başqırd dili komissiyasının üzvü (Ufa); 6) İdelqujin Kərim Abdulloviç – Başqırd Xalq Maarif Komissarlığı (Ufa); 7) Şakirov Zakir Şakiroviç – Xalq Təhsili İnstitutu (Ufa); 8) Mryasov Sağit Qubaydulloviç – Başqırdıstanı Öyrənmə Cəmiyyəti (Ufa).
Materialların təhlili göstərir ki, faktiki olaraq Başqırdıstanı rəsmi şəkildə altı nəfər təmsil etmişdir. Bu yazıda biz onlardan biri – görkəmli başqırd maarifçisi, pedaqoq-tarixçi Zakir Şakiroviç Şakirovun (1881–1968) həyat və fəaliyyətindən bəhs etməyi zəruri hesab etmişik.
Zakir Şakirov Ufa quberniyasının Birsk qəzasının Karasay-Yelqa kəndində anadan olmuşdur. O, ömrü boyu təhsil və başqırd dili problemləri ilə məşğul olmuş, sovet dövründə Başqırd MSSR Xalq Maarif Komissarlığında çalışmışdır. 2007-ci ildə Ufada “Başqırdıstan pedaqoji jurnalı kitabxanası” seriyasından Y.V. Erginin “Z.Ş. Şakirov (1881–1968)” adlı kitabı nəşr edilmişdir . Bu əsərdə onun həyatı və fəaliyyəti geniş şəkildə işıqlandırılmışdır.
Kitabda onun uşaqlıq illəri, təhsili, “Mühəmmədiyyə” mədrəsəsində oxuması, A.L. Şanyavski adına Moskva Universitetində təhsil alması, Ufa quberniya idarələrində fəaliyyəti, muzeyə rəhbərliyi, elmi ekspedisiyalarda iştirakı, başqırd dili dərsliklərinin və terminologiyasının yaradılmasında rolu kimi mövzulara nəzər salınmışdır.
XX əsrin 20-ci illərində başqırd dilinin dövlət dili kimi hüquqi status alması ilə həm də bu dil üzrə dərsliklərin yaradılmasına başlarılmışdır. Lakin dilçilik kadrlarının çatışmazlığı və elmi tədqiqatların azlığı bu prosesi çətinləşdirirdi. Buna baxmayaraq bu sahədə həmin dövrlərdə Başqırdıstanda fəaliyyət göstətərən, N.K.Dmitriyev adlı böyük alimin mühüm rolun etməliyik.
Zakir Şakirov öz dövrünə görə yüksək səviyyəli təhsil almışdır. O, 1902-ci ildə “Mühəmmədiyyə” mədrəsəsini bitirmiş, 1912–1915-ci illərdə Moskvadakı A.L.Şanyavski adına universitetdə təhsilini davam etdirmişdir [1, s. 18]. Daha sonra müxtəlif təhsil müəssisələrində çalışmış, 1931–1951-ci illərdə Maarif İnstitutunda başqırd dili və ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir. O, həmçinin dərsliklər, lüğətlər, proqramlar müəllifi olmuş, başqırd ədəbi dilinin, terminologiyasının və orfoqrafiyasının formalaşmasında böyük işlər həyata keçirmişdir.
Zakir Şakirov dövrünün tanınmış türkoloq alimləri və ziyalıları ilə, o cümlədən Kayum Nasiri, Məcid Qafuri və professor N.F.Katanovla dostluq etmişdir. O, Şərq ədəbiyyatını dərindən öyrənmiş, İbn Sina, Ömər Xəyyam və başqa bu kimi klassikləri gərəyincə mütaliə etmişdir.
1907-ci ildə onun tatar şairi Qabdulla Tukay ilə görüşü olmuş və bu dostluq Tukayın ölümünə qədər davam etmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, Zakir Şakirov 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda iştirak etmiş və türk dillərinin latın qrafikasına keçirilməsi məsələlərinin müzakirəsində əsaslı təkliflərlə çıxış etmişdir .
O, bu misli görünməyən tədbirdən daha öncə yazıb nəsr etdirdiyi “Türkoloji qurultay haqqında” məqaləsində türkologiya ilə bağlı mühüm təkliflər irəli sürmüşdür. Bu təkliflərdə o, türk dillərinin xüsusiyyətlərinin müəyyənləşdirilməsi, ortaq terminologiyanın hazırlanması, dialektlərin öyrənilməsi, vahid yazı sisteminin qurulması və xüsusi ilə Elmi İnstitutunun yaradılması kimi ilə bağlı məsələlərin vacibliyindən bəhs etmişdi .
Şakirov Başqırdıstan Elmi-Tədqiqat İnstitutunda çeşidli sahə lüğətlərinin hazırlanmasında da fəal iştirak etmişdir. O, botanika, kimya və riyaziyyat üzrə terminoloji lüğətlərin ya ayrıca müəllifi, ya da müəlliflərindən biri olmuşdur.
Elmi ekspedisiyalar zamanı o, başqırd xalqının dili, folkloru və maarif tarixi ilə bağlı mühüm materiallar toplamış, Akmulla kimi milli klassiklərin yeni əsərlərinin aşkara çıxarılmasında aparıcı rol oynamışdır.
Araşdırmalar göstərir ki, Zakir Şakirov başqırd dilçiliyi tarixində mühüm yeri olmuş tanınmış şəxsiyyətlərdən öncülü olmaqla Əmək qəhrəmanı (1928), Əməkdar elm xadimi (1944) kimi yüksək mükafatlara layiq görülmüşdür.
23-05-2026, 20:23
Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib

Bakıda Özbəkistan Universitetlərinin

III Təhsil Sərgisi keçirilib


Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib . Tədbir "İngla İnternational ETC", Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunub.
Tədbirin açılış mərasimində çıxış edən Milli Məclisin Eım və Təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, Özbəkistan və Azərbaycan dost-qardaş dövlətlərdir: "Amma uzun illər həm Çar Rusiyası dövründə, həm də Sovet dönəmində bu əlaqələrin inkişafına süni əngəllər var idi. Hər iki dövlət öz müstəqilliyini əldə etdikdən sonra bu münasibətlər sürətlə inkişaf edir. Bu münasibətlərin inkişafında Azərbaycan və Özbəkistan  əhalisinin, o cümlədən jurnalistlərin də böyük xidməti var".
Milli Məclisin deputatı Ceyhun Məmmədov tədbiri bayram kimi səciyyələndirib: Bu gün həm də bayramdır. Türk dünyası arasında əlaqələr yüksək səviyyədədir. Bu əlaqələr son illər daha da inkişaf edib. Ümumiyyətlə, Azərbaycanla Orta Asiya və Türk dövlətləri arasında əlaqələr yeni mərhələyə daxil olub. Bu, təhsil sahəsində əlaqələrdə də özünü göstərir.  Odur ki, İngla Scoolun təşkilatçılığı ilə keçirilən sərgilərin davamlı olmasını arzu edirik. Hər birimiz bu prosesə töhfə verməliyik".
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov xatırladıb ki, bizim ailəmiz Türk dünyasıdır: "Bunu gündəlik fəaliyyətimizlə də təsdiq edirik. Humanitar sahədə əməkdaşlıq davam edir. Ümid edirəm ki, bu sərgi əlaqələrin daha inkişafına təkan verəcək".
Milli Məclisin deputatı Müşviq Cəfərov bildirib ki, Özbəkistan Azərbaycan təhsil müəssisələrinə xüsusi maraq göstərir:
"Tələbə mübadilələri, qarşılıqlı layihələr də bunu təsdiq edir. Düşünürəm ki, əlaqələrimiz daha da inkişaf edəcək".
İngla İnternational ETC-nin direktoru Aytən Məmmədli bu sərgilərin təhsil sahəsində ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini və artıq ənənə halını aldığını diqqətə çatdırıb.
Sərgidə Özbəkistanın 20-yə yaxın dövlət və özəl universitetinin, ümumilikdə 50-ə yaxın rəsmi nümayəndə iştirak edib.
Qeyd edək ki, Özbəkistan Universitetlərinin I Təhsil Sərgisi Bakıda ötən il təşkil olunmuşdu. II sərgi isə bu ilin yanvar ayında keçirilib.
21-05-2026, 17:23
Parlamentlərarası əməkdaşlıq güclənir


Parlamentlərarası

əməkdaşlıq güclənir


Tacikistan parlamentində Azərbaycan nümayəndə heyəti ilə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətləri müzakirə olunub.
Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının Azərbaycanla dostluq və əməkdaşlıq qrupunun rəhbəri Qayrat Əzizzadə Azərbaycan Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və onu müşayiət edən heyətlə görüşüb. Görüşdə 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından etibarən Tacikistan və Azərbaycan arasında dostluq əlaqələrinin davamlı şəkildə inkişaf etdiyi, bu münasibətlərin hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi bildirilib. Qeyd olunub ki, bu nailiyyətlər Tacikistan Prezidenti Emoməli Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyev arasında formalaşmış səmimi dostluq münasibətlərinin, qarşılıqlı etimadın və güclü siyasi iradənin nəticəsidir.

Görüş zamanı ölkələr arasında əlaqələrin dövlətlərarası, hökumətlərarası və idarələrarası səviyyədə imzalanmış 94-dən artıq beynəlxalq sənəd və sazişə əsaslandığı diqqətə çatdırılıb. Bunun tərəflər arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini və diplomatik münasibətlərin səmərəli nəticələr verdiyini göstərdiyi vurğulanıb.

Tərəflər parlamentlərarası əlaqələrin inkişafının ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd ediblər. Deputatlar arasında qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin genişləndirilməsinin qanunvericilik fəaliyyəti baxımından faydalı olduğu bildirilib.
Sonda Qayrat Əzizzadə Tacikistan Nümayəndələr Palatasının bundan sonra da iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini, həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın inkişafına dəstək verəcəyini vurğulayıb.
19-05-2026, 22:36
Özbəkistan universitetləri yenidən Bakıda toplaşacaq

Özbəkistan universitetləri

yenidən Bakıda toplaşacaq


Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçiriləcək. Tədbir "İngla İnternational ETC", Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunacaq.
Sərgidə Özbəkistanın 20-yə yaxın dövlət və özəl universitetinin, ümumilikdə 50-ə yaxın rəsmi nümayəndənin iştirakı gözlənilir. Hazırda müraciət prosesi davam edir.
Özbəkistandan gələn qonaqlar Azərbaycandakı ali məktəblərdə görüşlər keçirəcək, buradakı təhsil və elmi mühitlə tanış olacaqlar.
Tədbirdə Azərbaycanın rəsmi şəxsləri, millət vəkilləri, elm-təhsil, ictimai-siyasi xadimlər, eləcə də QHT və media nümayəndələri iştirak edəcəklər. Sərgidə, həmçinin, iki mindən çox gəncin iştirak edəcəyi gözlənilir.
Crossmedia.az Analitik İnformasiya Portalı sərginin media tərəfdaşıdır.
Tədbir mayın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək.
Qeyd edək ki, Özbəkistan Universitetlərinin I Təhsil Sərgisi Bakıda ötən il təşkil olunmuşdu. II sərgi isə bu ilin yanvar ayında keçirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!