Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb .....                        Cəlilabadda dağlıq ərazidə yanğın məhdudlaşdırıldı - YENİLƏNİB .....                        Polisdən sürücülərə daha bir müraciət .....                        Ukrayna bu sazişdən çıxdı .....                        İranla Rusiya arasında əlaqələr pisləşib .....                        Tramp Zelenskini Moskvanı vurmağa çağırıb? - Ağ Evdən AÇIQLAMA .....                        Ermənistan Fransaya hərbi attaşe təyin etdi .....                        Nüşabə səni təbrik edirik! .....                        Zelenski Trampla danışıqlar apardı .....                       
Dünən, 15:01
36 yaşlı qadın bıçaqlandı


36 yaşlı qadın bıçaqlandı

Sumqayıtda baş verən insident nəticəsində 36 yaşlı qadın bıçaq xəsarətləri alıb.
Hadisə İnşaatçılar qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, 2004-cü il təvəllüdlü Kamran Dadaşlı şəxsi mübahisə zəminində qonşusu, 1989-cu il təvəllüdlü Mehriban Abdullayevaya bıçaqla xəsarət yetirib. Yaralı dərhal Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata əsasən, qadına sol bazunun və sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda onun vəziyyəti stabildir və zəruri tibbi yardım göstərilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
11-07-2025, 17:43
Qazinin arvadı 8-ci mərtəbədən yıxılıb öldü - Cinayət işi açıldı


Qazinin arvadı 8-ci mərtəbədən yıxılıb öldü - Cinayət işi açıldı

İyunun 30-da Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Könül İbrahimlinin yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
"Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq",- məlumatda deyilir.
11-07-2025, 15:41
Bakıda 10 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO


Bakıda 10 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

DİN BNMİ-nin növbəti əməliyyatı zamanı Bakıda 10 kq narkotik dövriyyədən çıxarılıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonunda keçirilən növbəti əməliyyat zamanı 1986-cı il təvəllüdlü Emin Səmədov tutulub. Ondan 10 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
E Səmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Sabunçu rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
7-07-2025, 11:14
Qaynata gəlnini öldürdü, yoldaşını isə yaraladı


Qayınata gəlnini öldürdü, yoldaşını isə yaraladı

İyulun 6-sı saat 18 radələrində Qobustan rayonunda qətl törədilib.
Rayonun Təklə kəndindəki evdə 2001-ci il təvəllüdlü Günel Rasim qızı Ağabəyli bıçaqlanaraq öldürülüb. Onun qayınanası 1959-cu il təvəllüdlü Sevil Ağayevanın isə baş və əl nahiyələrinə bıçaqla xəsarətlər yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən G.Ağabəylinin qayınatası 1957-ci il təvəllüdlü Orucağa Sətdar oğlu Ağayev polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə saxlanılıb.
Xəstəxanaya yerləşdirilmiş S.Ağayevanın vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
5-07-2025, 23:17
Daşkəsəndə 21 yaşlı gənc öldürüldü


Daşkəsəndə 21 yaşlı gənc öldürüldü

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Gəncə sakini, 2004-cü il təvəllüdlü İ. Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
O, xəstəxanada əməliyyat zamanı dünyasını dəyişib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Onun hansı şəraitə bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
3-07-2025, 17:15
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl oğurlandı


Sulutəpədə evlərdən 10 min manatlıq qızıl oğurlandı

Bakının Sulutəpə qəsəbəsində iki evdən ümumilikdə 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən 48 yaşlı Ramil Əsgərov da saxlanılaraq istintaqa təqdim edilib.
Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
2-07-2025, 18:47
Yanmış evdən tapılan qadın meyitinə görə tutulan var


Yanmış evdən tapılan qadın meyitinə görə tutulan var

Samux rayonu Burunqovaq kəndində 88 yaşlı qadını qətlə yetirməkdə şübhəli şəxs müəyyən olunub.
İyunun 29-da Yahuzə Bəkirovanı qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini 38 yaşlı Arzu Alıyevi polis əməkdaşları hadisədə şübhəli olduğuna görə aparıblar.
Qeyd edək ki, qadının meyiti ona məxsus yandırılmış evdə aşkarlanıb.
1-07-2025, 15:58
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr saxlanıldı


Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb.
Dəstə üzvlərinin Rusiya vətəndaşları olduğu bildirilir.
Həmin şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
27-06-2025, 14:25
“Cibinə siqaret al, qoy” sözünə görə 20 illik dostunu öldürüb


“Cibinə siqaret al, qoy” sözünə görə 20 illik dostunu öldürüb

Naxçıvanda 49 yaşlı Fərzalı Behbudovun qətli ilə bağlı məhkəmə araşdırması hadisənin maraqlı detallarını üzə çıxarıb.
Ağır cinayətin “qəhrəmanları” 20 illik dost olublar.
Fərzalı Rəhman Bayramovdan 10 yaş balaca olsa da, gənc vaxtlarından dostluq ediblər. Onlar mütəmadi olaraq bir-biri ilə görüşüb, ailəvi qonaq gedib-gəliblər. Son görüş də elə yeyib-içmək üçün təşkil edilib. Məclis Rəhmanın evində baş tutub.
İstintaq materiallarında yazılandan və məhkəmədə danışılanlardan məlum olub ki, həmin gün Fərzalı ilə Rəhman xeyli içki qəbul edib, tam sərxoş vəziyyətdə olublar. Bu məqamda Rəhman Fərzalıdan 1 ədəd siqaret istəyib. Elə bu istək onların mehriban dostluğunun sonu olub.
Fərzalı üzünü turşudaraq Rəhmana “cibinə siqaret al, qoy”, dedikdən sonra mübahisə başlayıb. Dostlar bir-birinə qarşı nalayiq sözlər işlədiblər, əsəblərini cilovlaya bilməyən Rəhman stolun üstündən bıçaq götürərək Fərzalını qətlə yetirib.
Rəhman məhkəmədə həmin günü belə xatırlayıb: “Yeyib-içdikdən sonra ürəyim siqaret istədi. Dedim bir siqaret ver. Qayıdıb dedi ki, “sən heç vaxt cibinə siqaret qoymursan”. Onun etdiyi hərəkət düzgün deyildi. Özünə də dedim. Əsas da söyüş söydüyü üçün dava etdik. Qalanı da məlumdur…”
Məhkəmə istintaqı zamanı toplanmış sübutlar, həmçinin şahidlərin ifadələri ilə ittiham təsdiqini tapıb.
Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Bayramov qəsdən adam öldürməkdə təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilib.
26-06-2025, 17:42
Bakıda narkotik satan ata-oğul saxlanıldı


Bakıda narkotik satan ata-oğul saxlanıldı

Bakıda narkotik maddələr satan ata və oğlu saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, onlar narkotikləri soyuducuda saxlayıblar.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Keşlə qəsəbəsində narkotiklərin satışını həyata keçirən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Dilavər Məlikov və oğlu 38 yaşlı Emil Məlikov saxlanılıblar.
Onların yaşadıqları ünvandan soyuducuda satış məqsədi ilə saxladıqları bükümlər formasında olan marixuana və metamfetamin aşkarlanıb.
D.Məlikov və E.Məlikov Keşlə, eləcə də ətraf qəsəbələrdə narkotik vasitələrin satışını təşkil edən əsas şəxslər olublar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!