Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
Dünən, 09:16
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir


Azərbaycan qlobal enerji

bazarında mövqeyini gücləndirir


İyunun 1-də Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edib.
Dövlət başçısı bildirib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoyub və illər ərzində genişlənərək qlobal enerji gündəliyinin mühüm platformalarından birinə çevrilən Bakı Enerji Həftəsi formatını alıb. Prezident qeyd edib ki, 1996-cı ildə imzalanan Şahdəniz müqaviləsi Azərbaycanın müasir qaz tarixində yeni mərhələ açıb.
Prezident İlham Əliyev tədbirin qlobal enerji səhnəsində aparıcı mövqeyə malik olduğunu vurğulayaraq, tədbirlə bağlı məktub ünvanlayan ABŞ Prezidenti Donald Trampa, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Böyük Britaniyanın Baş naziri Kir Starmerə təşəkkürünü bildirib.
Dövlət başçısı çıxışında qeyd edib ki, dünya neft və qaz olmadan yaşaya bilməz və enerji təhlükəsizliyi ilə bərpaolunan enerji mənbələrinin inkişafı paralel şəkildə həyata keçirilməlidir. O vurğulayıb ki, Azərbaycan öz təbii sərvətlərindən düzgün istifadə etməklə iqtisadi və sosial inkişafını təmin edib.
Prezident xatırladıb ki, 1994-cü ildə Azərbaycan ağır iqtisadi və siyasi vəziyyətlə üz-üzə idi. Həmin dövrdə ölkədə yoxsulluq səviyyəsi yüksək, enerji asılılığı böyük idi və ərazilərin bir hissəsi işğal altında qalırdı. Lakin həyata keçirilən enerji strategiyası nəticəsində ölkə mühüm inkişaf yolu keçib.
Dövlət başçısının sözlərinə görə, hazırda Azərbaycanda yoxsulluq 5 faizə enib, işsizlik minimum səviyyədədir, xarici borc aşağı həddədir və strateji valyuta ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir.
Prezident İlham Əliyev bildirib ki, enerji gəlirləri ölkənin sosial-iqtisadi inkişafına, infrastrukturun yenilənməsinə və güclü ordunun qurulmasına imkan verib. O qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfənin əsas göstəriciləridir.
Dövlət başçısı vurğulayıb ki, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və onlardan 10-u Avropa İttifaqının üzvüdür. Yeni yataqların işlənməsi hesabına qaz ixracının daha da artırılması nəzərdə tutulur.
Prezident bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrə də toxunaraq bildirib ki, gələn ilin sonunadək günəş və külək enerjisi üzrə gücün 2 giqavata, 2032-ci ilin sonunadək isə 8 giqavata çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda hidroenerji layihələrinin uğurla icra olunduğu qeyd edilib.
Çıxışında enerji və nəqliyyat bağlantılarının genişləndirilməsinə də diqqət çəkən Prezident İlham Əliyev Qara dəniz Enerji Kabeli layihəsinin, eləcə də digər regional enerji və nəqliyyat marşrutlarının Avropa ilə əməkdaşlığı daha da gücləndirəcəyini bildirib.
Sonda dövlət başçısı əminliyini ifadə edib ki, Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələr və əldə olunacaq razılaşmalar enerji sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

Sevil Əliyeva
Abşeron rayonu, Güzdək qəsəbə tam orta məktəbin direktoru
27-05-2026, 08:41
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq

Kənd təsərrüfatında yeni

inkişaf modeli tətbiq olunacaq


Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib ki, bu sahənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Dövlət başçısı qeyd edib ki, 2004-cü ildən başlayaraq həyata keçirilən regional inkişaf proqramları nəticəsində bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra olunub, kəndlərin sosial-iqtisadi vəziyyəti yaxşılaşıb və kənd təsərrüfatının inkişafı üçün mühüm zəmin formalaşıb.
Prezident vurğulayıb ki, hazırda ölkədə qazlaşdırma səviyyəsi 96 faizə çatıb, elektrik enerjisi ilə təminatda problem aradan qalxıb, yeni avtomobil yolları, su anbarları və kanallar istifadəyə verilib. Taxtakörpü, Şəmkirçay və digər iri su layihələri kənd təsərrüfatının inkişafında mühüm rol oynayıb. Üzümçülük, pambıqçılıq, fındıqçılıq və digər sahələr üzrə qəbul olunan dövlət proqramları isə istehsalın daha da artmasına səbəb olub.
İlham Əliyev bildirib ki, subsidiyalar, güzəştli kreditlər, gübrə və yanacaq dəstəyi fermerlər üçün mühüm stimuldur. Dövlət başçısının sözlərinə görə, vaxtilə tənəzzülə uğrayan pambıqçılıq sahəsində aparılan islahatlar nəticəsində istehsal 20 min tondan 360 min tona yüksəlib, baramaçılıq və ipəkçilik də yenidən inkişaf etdirilib.
Prezident son illərdə kənd təsərrüfatında müşahidə olunan durğunluğun narahatlıq doğurduğunu qeyd edərək, 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramının hazırlanacağını bildirib. Onun sözlərinə görə, proqram həm dövlət, həm də özəl sektor investisiyalarını əhatə edəcək və kənd təsərrüfatında məhsuldarlığın artırılmasına xidmət edəcək.
Dövlət başçısı ərzaq təhlükəsizliyi məsələsinə də toxunaraq vurğulayıb ki, dünyada baş verən müharibələr, nəqliyyat zəncirlərinin pozulması və iqlim dəyişiklikləri bütün ölkələri daxili istehsalı artırmağa sövq edir. Prezident qeyd edib ki, Azərbaycan xüsusilə buğda, ət, süd və digər strateji məhsullar üzrə özünütəminetmə səviyyəsini artırmalıdır.
İlham Əliyev kəndlərdən şəhərlərə axının qarşısının alınmasının vacibliyini də qeyd edib. Prezident bildirib ki, əsas məqsəd şəhərlərdən kəndlərə qayıdış prosesinə nail olmaqdır. Bunun üçün bölgələrdə sosial infrastruktur, xidmət sektoru və məşğulluq imkanları daha da genişləndirilməlidir.
Çıxış zamanı aqroparkların yaradılması, müasir suvarma sistemlərinin tətbiqi, intensiv bağçılıq, istixana kompleksləri və soyuducu anbarların genişləndirilməsi istiqamətində görülən işlər də diqqətə çatdırılıb. Prezident qeyd edib ki, hazırda ölkədə 400 min ton tutumlu soyuducu anbar mövcuddur və əlavə 100 min tonluq infrastrukturun yaradılması nəzərdə tutulur.
Dövlət başçısı həmçinin bildirib ki, kənd təsərrüfatının inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası üçün dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq investisiya yatırılması planlaşdırılır.
Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Əmrah Abdullayev
Saray qəsəbə bələdiyəsinin sədr müavini
14-05-2026, 08:17
Neft ehtiyyatları azaldı


Neft ehtiyyatları azaldı

Ötən həftə ərzində ABŞ-də kommersiya neft ehtiyatları 4,306 milyon barel azalıb.
Butov.az xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi məlumat yayıb:
Benzin ehtiyatları bu həftə 4,08 milyon barel azalıb, digər neft ehtiyatları məhsulları isə 190 min barel artıb. Analitiklər orta hesabla xam neft ehtiyatlarının 2,1 milyon barel, benzin və neft ehtiyatları məhsullarının isə təxminən 2,85 milyon barel azalacağını proqnozlaşdırmışdılar.
NYMEX-də ticarət edilən xam neftin saxlandığı Kuşinq terminalındakı ehtiyatlar, əvvəlki həftə 648 min barel azalmadan sonra 1,7 milyon barel azalıb.
10-05-2026, 05:34
Qlobal neft ehtiyatları sürətlə azalır

Qlobal neft ehtiyatları sürətlə azalır

Şərqdə davam edən münaqişə səbəbindən qlobal neft ehtiyatları sürətlə azalır.
Yaxın Şərqdə davam edən münaqişə və Hörmüz boğazında gəmiçilik məhdudiyyətləri səbəbindən qlobal neft ehtiyatları sürətlə azalır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Morgan Stanley” investisiya bankı məlumat yayıb.
Qlobal neft ehtiyatları 1 martdan 25 aprelə qədər gündə təxminən 4,8 milyon barel azalıb ki, bu da əvvəlki minimum səviyyələri xeyli üstələyir.
Digər investisiya bankı “Goldman Sachs” isə ehtiyatların 2018-ci ildən bəri ən aşağı səviyyəsinə yaxın olduğu barədə xəbərdarlıq edib.
Qeyd olunur ki, sürətlə azalan ehtiyatlar daha kəskin qiymət artımları və çatışmazlıq riskinin artdığını göstərir və bunun nəticələrini dünya hökumətləri effektiv şəkildə aradan qaldıra bilməyəcəklər. Qlobal ehtiyatların kəskin şəkildə tükənməsi münaqişə bitdikdən sonra belə, dünya bazarında son dərəcə qeyri-sabit vəziyyətin yaranmasına səbəb ola bilər.

8-05-2026, 12:02
Hər atəşə bir dollar


Hər atəşə bir dollar

Neft qiymətləri cümə günü Yaxın Şərqdəki münaqişənin yeni eskalasiyası fonunda yenidən artıb.
Bu vəziyyət ABŞ–İran atəşkəsinin pozulması riskini artırıb və Hörmüz boğazının tezliklə açılacağına dair ümidləri zəiflədib.
Brent neftinin fyuçersləri Londonun ICE Futures birjasında 1,29 dollar (1,29%) artaraq bir barel üçün 101,35 dollara yüksəlib. Cümə axşamı Brent 1,21 dollar (1,2%) ucuzlaşaraq 100,06 dollar olmuşdu.
WTI markalı neftin iyun fyuçersləri isə Nyu-York NYMEX birjasında elektron ticarətdə 1,05 dollar (1,1%) artaraq 95,86 dollara çatıb. Əvvəlki sessiyada bu müqavilə 0,27 dollar (0,28%) ucuzlaşaraq 94,81 dollara düşmüşdü.
Dünən neft qiymətləri ABŞ və İranın münaqişənin həlli istiqamətində irəlilədiyinə dair siqnallar fonunda bir barel 5 dollar ucuzlaşmışdı.
28-04-2026, 20:32
Rəqəmsal pullar ənənəvi nağd pulu əvəz edə bilər?

Rəqəmsal pullar ənənəvi nağd pulu

əvəz edə bilər?


İnternet dövrünün yaranması ilə gündəlik həyatımızda istifadə etdiyimiz hər şey rəqəmsallaşıb və ya rəqəmsallaşmağa doğru yönəlib. Rəqəmsallaşan amillərdən biri də pul, valyutadır. Rəqəmsal pul, rəqəmsal valyuta- əsasən rəqəmsal kompüter sistemlərində, xüsusən də internet üzərindən idarə olunan, saxlanılan və ya dəyişdirilən hər hansı valyuta, pul və ya pula bənzər aktivdir.
Rəqəmsal valyuta növlərinə kriptovalyuta, virtual valyuta və mərkəzi bank rəqəmsal valyutası daxildir. Günümüzdə rəqəmsal valyutalardan (kriptovalyutalar, stabilkoinlər və mərkəzi bank rəqəmsal valyutaları - CBDC) istifadə həm qlobal miqyasda, həm də Azərbaycanda sürətlə artmaqdadır. Azərbaycan Mərkəzi Bankının 2025-ci il üzrə statistikasına görə, milli ödəniş sistemində əməliyyatların sayı və həcmi rekord həddə çatıb.
Qlobal statistikaya əsasən 2024-cü ilin sonuna olan məlumatlara görə, dünyada kriptovalyuta sahiblərinin sayı 560 milyonu keçib. Bu, əhalinin təxminən 7%-ni təşkil edir.
Bəs rəqəmsal pulun ənənəvi pulu əvəz edəcəyi gözlənilirmi?
Günümüzdə hələ də üstünlük ənənəvi valyutayadır. Rəqəmsal valyutaya keçid edilməsi üçün əlbəttə ilk olaraq əhalinin buna hazır olması və məlumatlı olması lazımdır. Bu da qısa zamanda hazır olacaq bir vəziyyət deyil. Həmçinin rəqəmsal valyutanın bir sıra təhlükəli və mənfi cəhətləri də var.
Rəqəmsal valyuta dedikdə ağla gələn əsas təhlükə kibertəhlükəsizlik riskləridir. Rəqəmsal pul kisələrinin oğurlanması, birjaların sındırılması və ya şəxsi açarların itirilməsi vəsaitlərin tamamilə itməsinə səbəb ola bilər. 2024 və 2025-ci illərə dair qlobal statistik nümunələr bu təhlükənin miqyasını aydın göstərir. FBI-ın 2025-ci il hesabatına görə, kriptovalyuta ilə bağlı fırıldaqçılıq itkiləri rekord həddə -11,36 milyard dollara çatıb. Bu, 2024-cü illə müqayisədə 22% artım deməkdir.
Beynəlxalq pul köçürmələri ənənəvi bank sistemlərində uzun vaxt tələb etdiyi halda, rəqəmsal valyutalarla bu proses dəqiqələr ərzində baş tutur. Buna baxmayaraq mənfi cəhətlərindən biri də kriptovalyutaların qiymətinin çox qısa müddətdə kəskin arta və ya azala bilməsidir. Bu, investorlar üçün böyük risk yaradır. Bir çox ölkədə hələ də rəqəmsal valyutalarla bağlı tam hüquqi baza yoxdur. Bu da istifadəçiləri dələduzluq hallarında müdafiəsiz qoyur. Məsələn, Azərbaycanda rəqəmsal aktivlərin alqı-satqısından əldə edilən gəlir fiziki şəxslərin gəlir vergisinə cəlb olunsa da, bu sahədə spesifik bir qanun ("Kriptoaktivlər haqqında qanun") hələ mövcud deyil. Bu qeyri-müəyyənlik həm böyük investorların bazara girməsinə mane olur, həm də sıravi vətəndaşları riskə atır.
Ümumiləşdirsək deyə bilərik ki, rəqəmsal pulun yaxın gələcəkdə ənənəvi nağd və bank pullarını tamamilə əvəz etməsi ehtimalı şox aşağıdır. Əsas səbəblər isə ilkin olaraq psixoloji amil və “nəsil fərqi” olması, texniki infrastruktur çatışmazlığdır.
Fatimə Aslanova,
Aləmzər İbrahimova

BDU Jurnalistika fakültəsinin tələbələri
28-04-2026, 09:24
“Brent” neft bahalaşmaqda davam edir


“Brent” neft bahalaşmaqda davam edir

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyul müqaviləsinin dəyəri 0,95% artaraq 1 barelə görə 102,66 ABŞ dolları təşkil edib. Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin iyun ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti isə 1,11% artaraq 97,44 ABŞ dollarına bərabər olub.
25-04-2026, 11:51
"Azeri Light" bahalaşır

Neftinin qiyməti bahalaşır

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95 ABŞ dollar artıb.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95 ABŞ dolları və ya 1,74 % artaraq 113,97 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
25-04-2026, 08:52
Çin maşınlarına maraq azalıb

Çin maşınlarına maraq azalıb

Ölkəmizdə 4 il ərzində hibrid və elektromobillərin rüsumdan azad olunması həm sahibkarlar, həm də vətəndaşlar üçün əlverişli şərait yaratdı. Bu dövrdə həm də Çindən çoxlu sayda avtomobil idxal edildi və bazarda təklif tələbi üstələdi. Sonradan güzəştlər başa çatdı, qanunvericilik dəyişdi və idxal əvvəlki qədər sərfəli olmadı. Hazırda bazarda Çin istehsalı avtomobillər kifayət qədərdir. Marağın azaldığını deməzdim – hər avtomobilin öz alıcısı var. Burada əsas rol qiymət və seqmentə aiddir.
Statistikaya görə, Çindən idxal olunan avtomobillərin sayında əvvəlki illərlə müqayisədə fərq var:
“Yaponiya istehsalı avtomobillər isə ölkədə populyarlığını qoruyur. Bu, əsasən rəsmi diler şəbəkəsi, servis və ehtiyat hissələrinin əlçatanlığı ilə bağlıdır. “Toyota”, “Mazda” və “Nissan” etibarlılığı ilə seçilir və ikinci əl bazarında dəyərini daha az itirir.
Çin avtomobillərində qiymət artımı əsasən yeni idxal olunan modellərdə müşahidə olunur, 2024–2025-ci illərdə gətirilənlər isə hazırda daha münasib qiymətə təklif edilir.
Çin markaları Azərbaycan bazarında dominant deyil. Bazar müxtəlif markalar arasında bölünüb və hər birinin öz payı var”.
23-04-2026, 20:43
Rusiyaya  sanksiya paketi

Rusiyaya sanksiya paketi

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul edib. Aİ-nin sanksiya paketində Rusiyaya tətbiq olunan məhdudiyyətlər məlum olub.
Enerji sahəsində tətbiq olunan məhdudiyyətlərə görə, Aİ Rusiya neftinin dəniz yolu ilə daşınmasını qadağan etməsə də, gələcəkdə belə bir qadağa üçün hüquqi əsas yaradıb. Rusiyanın 46 tankeri qara siyahıya salınıb. ​​Onların ümumi sayı hazırda 632-dir.
2027-ci ilin yanvar ayından etibarən LNG terminallarına Rusiya şirkətlərinə xidmət göstərmək qadağan olunub.
Rusiya LNG tankerlərinə və buzqıran gəmilərinə texniki xidmət və digər xidmətlərin göstərilməsi də qadağan olunub.
Murmansk və Tuapse limanları, eləcə də İndoneziyanın Karimun limanındakı neft terminalı ilə əməliyyatlara da qadağa tətbiq olunub.
Maliyyə sahəsindəki sanskiyalara gəldikdə isə, 20 Rusiya bankı ilə əməliyyatlara qadağa qoyulub.
Bundan əlavə, kripto aktivlərinin mübadiləsinə icazə verən Rusiya platformalarına qarşı sektoral sanksiyalar da tətbiq olunub. RUBx kriptovalyutası ilə əməliyyatlar qadağan olunub.
Avropa İttifaqı rəqəmsal rublun inkişafına hər hansı dəstəyi qadağan edib.
İdxal və ixrac sahəsində məhdudiyyətlərə isə Rusiyaya 360 milyon avro dəyərində bir sıra malların və 570 milyon avro dəyərində Rusiya mallarının idxalına qadağa daxil edilib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!