"Sədərək”də yanan mağazanın 1,5 milyona yaxın borcu varmış? .....                        Dağlıq ərazidə yanğın başladı .....                        Xocavənddə yanğına səbəb olan şəxs tutuldu .....                        ABŞ İraqda iki bazanı tərk edir .....                        Zelenskidən Azərbaycanla bağlı paylaşım .....                        Dəhşətli yanğında 12 nəfər tüstüdən zəhərlənib - RƏSMİ .....                        Çayda batan 3 nəfərin meyiti tapıldı .....                        Rusiyaya güzəştə getməyəcəyik - Zelenski .....                        Qəzzada 16 fələstinli öldürüldü .....                       
19-08-2025, 19:26
Daha bir əməliyyat görüntüsü yayıldı - Nazirlikdən REAKSİYA


Daha bir əməliyyat görüntüsü yayıldı - Nazirlikdən REAKSİYA

Estetik əməliyyatla bağlı yayılan görüntülərdə adı hallanan müəssisənin qanunsuz fəaliyyəti araşdırılacaq
Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı daxil olan müraciətlər əsasında araşdırmalar aparılır və qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbədə Əlqismət qızının adı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.
Daxil olan sorğularda əməliyyatın "Dost Estetik Mərkəzi"ndə keçirildiyi bildirilir. Digər müraciətdə isə həmin şəxsin “UĞUR Estetik Mərkəzi 777” adlı müəssisədə çalışdığı qeyd olunur. Hər iki müəssisə tibb müəssisəsi deyil və müvafiq tibbi fəaliyyət göstərmək üçün lisenziyaları yoxdur.
“Dost Estetik Mərkəzi”nin adı Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrinin bazasında, eləcə də Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında mövcud deyil.
Araşdırma zamanı müəyyən edilib ki, sahibkar Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” lisenziya olmadan tibbi fəaliyyət göstərir. Yoxlama zamanı kosmetoloji xidmətlər göstərilən, tibbi avadanlıqlarla təchiz edilmiş otaqlarda pasiyent qəbulu və prosedurların icrası faktları aşkarlanıb. “UĞUR Estetik Mərkəzi 777” ilə bağlı AEM tərəfindən 2023-2025-ci illər ərzində dəfələrlə plandankənar yoxlamalar aparılıb, aşkar edilən pozuntularla bağlı ümumilikdə 5 inzibati protokol tərtib edilərək Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 210.1-ci maddəsi üzrə cərimə olunması barədə qərar qəbul olunub.
Göstərilənlərlə yanaşı, müəssisə lisenziya olmadan fəaliyyətini davam etdirdiyindən, Səhiyyə Nazirliyi tərəfindən hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılaraq Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” müəssisəsinin qanunsuz fəaliyyətinin araşdırılması ilə bağlı müraciət edilib.
24-07-2025, 17:32
Uşaqlar arasında yoluxucu xəstəlik - Nazirlik məlumat yaydı


Uşaqlar arasında yoluxucu xəstəlik - Nazirlik məlumat yaydı

Ölkə ərazisində uşaqlar arasında yoluxucu xəstəlik yayılıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, ölkə üzrə yoluxucu xəstəliklərlə bağlı səhiyyə müəssisələrinə edilən müraciətlərin sayında nəzərəçarpacaq artım qeydə alınmayıb.
"Uşaqlarda rast gəlinən hallar əsasən yüngül simptomlarla müşayiət olunur və qısa müddətdə sağalma ilə nəticələnir.
Dövlət Sanitariya Nəzarəti müəssisələri epidemioloji durumu daim nəzarətdə saxlayır və zəruri profilaktik tədbirlər görülür.
Valideynlərdən xahiş olunur ki, uşaqların gigiyenası, qidalanması, uzun müddət qızmar günəş altında qalmasına və immun sistemini dəstəkləyən rejimlərinə diqqət yetirsinlər".
5-07-2025, 00:45
Koronavirusun təhlükəli ştamı yayılıb


Koronavirusun təhlükəli ştamı yayılıb

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi ( UKHSA ) COVID-19-un yeni, daha yoluxucu ştammının yayıldığını təsdiqləyib.
XFG.3 və XFG virusları COVİD-19-un 40%-ni təşkil edirdisə, may ayında bu rəqəm təxminən 10%-dir.
Ekspertlər vurğulayıblar ki, hazırda Britaniyada COVID-19-a yoluxma halları azalır.
XFG ştammı Omicron ştammının nəslindəndir. Tədqiqatçılar xəbərdarlıq etdilər ki, Stratus əvvəlki COVID-19 variantlarından daha yoluxucu ola bilər, çünki virusun mutasiyaları ona immunitet müdafiəsindən yayınmaq üçün bir yol tapmağa kömək edir.
30-06-2025, 15:00
Dərmanların qiyməti ilə bağlı yeni qərar


Dərmanların qiyməti ilə bağlı yeni qərar

Tarif (qiymət) Şurasının 30 iyun 2025-ci il tarixində növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib.
İclasda yeni dövlət qeydiyyatına alınan 207 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 3 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 79 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərar iyulun 7-dən qüvvəyə minir.
20-06-2025, 19:10
Burun əməliyyatından sonra ölən Nəzrinlə bağlı yeni DETALLAR


Burun əməliyyatından sonra ölən Nəzrinlə bağlı yeni DETALLAR

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı təqsirləndirilən həkim Sənan Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Sənan Mehdiyev ifadə verib.
O bildirib ki, Nəzrin Mansurlu burun əməliyyatı üçün müraciət edən zaman ona burun çəpərinin əyriliyi diaqnozu qoyulub:
"Xəstəxanaya gələndə onun yanında heç kim yox idi. Əməliyyat bitəndə də xəstə yaxınlarından heç kimi görməmişəm. Əməliyyatdan sonra dəfələrlə onun yaxınları ilə danışmışam. Onlar mənə Nəzrinin baş ağrısı olduğunu və çox yatdığını demişdilər. Bunlar xəstədə çox rast gəlinən normal haldır. Mən də xəstənin yatıb dincəlməyini məsləhət gördüm. Əgər mənə başqa məqamların olduğunu desəydilər, mən ona evdə dincəlməyi məsləhət görməzdim. Mən Tibb Universitetini 2002-ci ildə bitirmişəm. Bununla yanaşı, İran, Türkiyə və Almaniyada ixtisas artırmaq üçün kurslar keçmişəm".
Sonra məhkəmə istintaqının başlanıldığı və ittiham aktı elan olunub.
İttihama görə, Sənan Mehdiyev 2025-ci ilin yanvar ayında Nəzrin Mansurlunu septoplastika əməliyyatı edən zaman onun alın, xəlbir və ön çənə sümüklərinə əlavə sınıq xəsarətləri yetirib.
İttihamda göstərilib ki, həkim apardığı vizual müayinənin nəticələrini yetərli hesab edərək əməliyyatın nəticələri haqqında mütləq tibbi tədbirlərin təyinatını dəqiqləşdirməyib və onun nəzarət altında qalmasını təmin etməyib.
Belə ki, N.Mansurlu 2025-ci ilin yanvarın 12-də vəziyyəti ağırlaşdığı üçün yerləşdirildiyi xəstəxanada həkim Sənan Mehdiyevin əməliyyat zamanı burun, alın, xəlbir sümüklərinin sındırması nəticəsində aldığı xəsarətlərdən ölüb.
Sənan Mehdiyev ittihama münasibət bildirərkən özünü təqsirli hesab etməyib.
Məhkəmənin növbəti iclası iyunun 30-na təyin edilib.
Xatırladaq ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mansurlunun müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham
olunur.
20-06-2025, 18:35
Qobustan sakinləri tibbi xidmət üçün digər rayonlara üz tutmayacaq


Qobustan sakinləri tibbi xidmət üçün digər rayonlara üz tutmayacaq

“Qobustan Rayon Mərkəzi Xəstəxanasında (RMX) tibbi xidmətlərin həcmi genişləndirilib, xəstəxana ən müasir avadanlıqlarla təchiz edilib, kadr potensialı gücləndirilib”.
Bu barədə Qobustan RMX-da baş tutan mediatur çərçivəsində jurnalistlərlə müsahibəsində xəstəxananın direktoru Günay Muradova məlumat verib. O bildirib ki, regionlarda vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarının artırılması istiqamətində sistemli tədbirlər görülür:
“Bu məqsədlə 30-a yaxın Mərkəzi Rayon Xəstəxanası yenidən qurulub. Qobustan RMX-da da ftalmoloji, travmatoloji, uroloji, LOR, endokrinoloji cərrahiyyə xidmətləri yaradılıb. Artıq əhalinin bu xidmətlərdən yararlanmaq üçün digər şəhər və rayonlara üz tutmasına ehtiyac qalmayıb”
G.Muradovanın sözlərinə görə, son 1 il yarım ərzində xəstəxana ən müasir tibbi avadanlıqlarla təchiz olunub, laborator imkanları gücləndirilib:
“60-a yaxın laborator əməliyyat icra edilib. Cərrahi əməliyyatların əksəriyyəti minimal kəsiksiz üsullarla aparılır. Uroloji əməliyyatlardan biri 91 yaşlı xəstəyə, çanaq sümüyü əməliyyatı isə 94 yaşlı pasiyentə uğurla icra edilib. Bu faktlar TƏBİB-in və regionlardakı tibb müəssisələrinin imkanlarının artdığını göstərir”.
Günay Muradova həmçinin vurğulayıb ki, Qobustan RMX-da kadr məsələsi də diqqət mərkəzində saxlanılır. Son bir il yarımda 50 faizdən çox yeni tibb işçisi kollektivə cəlb olunub:
“25-dən artıq həkim işə qəbul edilib. Onların sırasında ixtisaslı cərrahlar da var. Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndərişi ilə uzman cərrahlar, professor və tibb elmləri doktorları xəstəxanada fəaliyyət göstərir”.
Direktor əlavə edib ki, xəstəxana Azərbaycan Tibb Universitetinin tədris bazalarından biri kimi də fəaliyyət göstərir:
“Əvvəllər həkimlərin Bakıya gedib-gəlməsi tələb olunurdusa, artıq bu ehtiyac aradan qalxıb. Qobustan yerləşmə baxımından da paytaxta yaxın olduğu üçün kadr axını baxımından üstünlük təşkil edir. Hazırda xəstəxanada kadr çatışmazlığı yoxdur. Əksinə, yeni ixtisaslar - neyrocərrah, ürək-damar cərrahı üzrə vakansiyalar elan edilməsi planlaşdırılır”.
3-06-2025, 16:59
Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi


Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi

Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.
Bununla bağlı Səhiyyə Nazirliyi sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə müraciət edib.
Müraciətdə bildirilib ki, kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə edin, əl gigiyenasına ciddi riayət edin, gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verin, geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın.
Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır.
13-05-2025, 15:09
Aborta görə cəzalar sərtləşdirilir


Aborta görə cəzalar sərtləşdirilir

Qanunsuz abort zamanı şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vuranlar 1 ilədək həbs ediləcək.
Bu, Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vurulduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni zamanda layihəyə əsasən, həmin əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qüvvədə olan Məcəlləyə əsasən, nəzərdə tutulmuş əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
9-05-2025, 16:24
Bu dərmanları pulsuz alacağıq


Bu dərmanları pulsuz alacağıq[/size]

Azərbaycanda bir sıra dərman vasitələrinin icbari tibbi sığortaya daxil edilməsi gözlənilir.
Bu barədə İcbari Tibbi Sığorta Agentliyindən məlumat verilib.
Qurumdan bildirilib ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulub. Lakin 2025-ci ilin ikinci yarısından ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır.
Bununla yanaşı, ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı Xidmətlər Zərfinin genişləndirilməsi, yeni tibbi xidmətlərin əlavə edilməsi, mövcud xidmətlərin çeşidinin artırılması nəzərdə tutulub.
7-05-2025, 18:30
Bakıda mühüm sənəd imzalandı


Bakıda mühüm sənəd imzalandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayuın 7-də “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ı qəbul ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!