İranda güclü partlayış - 4 nəfər öldü, yüzlərlə yaralı var .....                        Polkovnik xəstəxanaya baş həkim təyin edildi .....                        Saatlıq minimum əməkhaqqına keçidə hazırlıq gedir - Nə qazanacağıq... .....                        Qəzada yaralanan uşaq 3 gün sonra öldü .....                        Bayramovla Sinirlioğlunun müzakirə etdiyi mövzular .....                        Zelenski Trampa cavab verdi .....                        İstanbul yenidən silkələndi .....                        Ermənilərin məhkəməsində yeni faktlar AÇIQLANDI .....                        Putin Trampın nümayəndəsi ilə nədən danışdı... .....                       
20-04-2025, 06:48
Tenqriçiliklə dinlərin fərqi.

Törə - Türk Anayasası.
Tenqriçiliklə dinlərin fərqi.
Dünyanın gəlişmiş xalqlarından geri qalmağımıın səbəbi-düşüncəmizin geriçi olmasıdır. Düşüncəmiz niyə geridir? Çünki, düşüncəmizi körpəlikdən ta bu günəcən, VII əsrdə, savadsız ərəb Məhəmmədin qondardığı, bizi də əsarətinə almış geriçi Ərəb İslam Dini formalaşdırır, baxmayaraq ki, biz artıq XXI əsrdə yaşayırıq...
Dünya xalqlarının öncülləri artıq 236 ildir ki, uydurma Xristian Dini qaydalarıyla yox, gəlişmiş dünyəvi qanunlar əsasında yaşayırlar, uğurları da göz qabağındadır.
VII əsrdə, aramsız davam edən ərəb işğalları-Qaba Gücü sonucunda, 199 il Ərəb İslam Dini-Yumçaq Gücü qaydalarına ardıcıl zorlanan türklər isə, çoxlu cəhdlərə baxmayaraq, gömüldükləri bu geriçi, cahil islam düşüncəsindən sonadək qurtula bilməmişlər...
Türklər, ərəb işğallarına qədər panteist tək Tanrıçı inancında olsalar da öz birliklərini, dövlətlərini özəl dünyəvi gələnəkdən qaynaqlanan düşüncəyə əsaslanan 33 bəndlik Törə-Anayasa-Əsas Qanun-Konstitusiya əsasında idarə etmişlər. Türklər bu Törə əsasında “25 min illik dövlətçilik tarixlərində 25 İmperiya, 152 Dövlət, 9 Mixtar Respublika, 5 Muxtar Vilayət yaratmışlar.” (f.d.Aydın Qasımlı). Türklərin Tanrıçı inancı, öz aydınları-Şamanlarla ötürülən, Türk ulusunun ilk birlik qurumu, sosial özəyi olan Ailəyə, Dövlətə, dövlətin ideoloji əsası olan Dövlətçilik düşüncəsinə, Ulusun zamana uyğun yaşamına xidmət etmişdir. Ərəblərin kimi İslam dini funksionerlərinin dələduzluq şəbəkəsi kimi formalaşmamışdır.
Ərəblərdə inanc - özlərinin qayırdığı simvolik, panteist bütlərə, VII əsrdən isə zorakı Ərəb İslam dini uydurmasına olmuşdur. Ərəb Xilafətində inanc - İslama xidmət etmək adı altında başqa inancda olanların malını yağmalamağı, onları öldürməyi, kölə etməyi, əsarətini, cariyə qadınları zorlamağı halal sayılmışdır. Göründüyü kimi ərəblər İslamı hakimiyyətə gedən yolda idarə üsulu, alət kimi kullanmışlar, indi də kullanırlar. Ona görə də Məhəmməd başda olmaqla İslamla zorla düşüncəsi qandallananların hamısı tabeçilikdə olanlara, kasıblara əslində olmayan “O dünya keflərini” nisyə vəd edib şirnikləndirməklə aldatsalar da, özləri real yaşamlarında nağdı keflərindən qalmamışlar, elə indi də qalmırlar...
Ərəb işğalçıları türkləri ərəb ümmətçiliyində asan əridə bilmək, ərəbləşdirmək üçün Türkün və başqa xalqların bütün ələ keçən gələnəklərini, mədəni irsini-Yumşaq Gücünü məhv etməyə çalışmış, ərəbləşdirmişlər.
Ərəb işğalınadək, türk toplumunun yaşam əsası kimi qüvvədə olan Türk Törəsini oxuduqca heyran olmaya bilmirsən, sanki 1948-ci aralıq-dekabr ayının 10-da, BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş, 30 maddəlik, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, VIII əsrdəki, təbii seçmə əsasında formalaşmış Türk Ulu Babası, daha arı-saf təməl prinsipləri ilə tanış olursan, sadəcə sonuncu, kapitalizmin sosial münasibətləri çərçivəsində olan insan hüquqlarını qoruyur.
Əziz oxucu, indi mən səni çox qısa şərhlərlə bu Törə ilə tanış edəcəm, oxu və düşün, mötərizələrdəkilər şərhçinindir. Beləliklə, FB-də 27.02.2024, yaydı dostum Rovshan Kebirli, Erdal Çakmakci-"Türk atalarımız taşa kazıyıp yazmışlar” Bilge Kağan Yasası: En eski Türk Anayasası “Töre”:
1. Tengri (yaratan) Tektir.(Bu, türklərin bilgisizlikdən irəli gələn, başqa dinlər kimi şəbəkələnməmiş, dələduzluğa çevrilməmiş, yaradan haqda bəsit, sübutsuz, panteist inanclarıdır, dünya görüşüdür.)
2. Her kim ki, Tengri'den kut (türk inancına görə bədəni canlandıran müqəddəs enerji, qüvvə) almak dilerse, başkasına yakarmasın (yalvarmasın).
3. Bir İl (El), bir Kağan (Xaqan), bir Tengri...(Özünü qorumanın Birlik formulu)
4. Bir kına iki kılıç girmez. Bir hatun iki er alamaz ve bir budunda (tayfa, ulus, xalq, millət) iki töre olmaz. Töre tektir. Töre kesin (yegin, qəti, birdibli) ve keskindir. Kim ki, töreye uya kutlanır (uğurlanır, xoşbəxt olur, bir yerə toplanır). Kim ki, töreye kıya katlanır (sınır, ad sanını itirir).
5. Kimse töreden üstün değildir. Dirlik ve birlik için töre budur.
6. Bir çoban sürüsünden, bir er ailesinden, bir Kağan budunundan sorulur.(Özünü, toplumu ayaqda tutmaq, gəlişdirmək, qiymətləndirmək üçün sorğulama formulu)
7. Her er eşine, atına, pusatına (silahına, büsatına-ad, sanına,nüfuzuna) sahip çıkacak. (öz varlığını, soyunu, birliyini qoruma tapşırığı)
8. Ana, babaya ve ataya sayğı, tazim duyulacak. (Ailə özəyinin, qurluşunun, soyun, sosiallaşmanın iç qorunma qaydası)
9. Hısmına (soybağı, soy ağacı, qan bağı, qohum-əqrabasına) sarılacak, komşusunu gözetecek. (Tayfanın iç qorunma, sosiallaşma qaydası)
10. Er kişi yalan söylemeyecek. (Düzlüyün-bütün əyriləri kəsən formulası)
11. Mal çalan, mülk çalan misliyle ödeyecek. Hesabı ya malıyla ya canıyla sorulacak. (Sosial ədalət formulu)
12. Kim ki, bir ırza (namus, ismət, iffət, şərəf) toxunsa, canından olacak.
13. Her kim olursa olsun haksız, aldatıcı iş tutarsa hesabı hemen sorulacak. (Qanun şahdır, şah qanun deyil, prinsipi)
14. Savaşdan beri duran ya da kaçan tamuya (tamaq-cehennem) uçacak (Düşmə, ədalətsizliyə qarşı mübarizənin formulası).
15. Aman dileyene kılıç üşürülmeyecek (çəkilməyəcək), sığınana arka dönülmeyecek. (Savaşın Humanist törəsi, sivil qaydası)
16. Baş kaldıranın başı alınacak, hak isteyenin hakkı veriləcek.(İç düzəni qoruma, şikayətlərə düzgün baxılması törəsi, qaydası)
17. Kimse kimseye üstünlük taslamayacak (mənəmlik etməyəcək, lovğalanmayacaq). Ne ak etin karadan, ne karanın kızıldan, ne kızılın sarıdan farkı olmayacak. (Qanun qarşısında bərabərlik, sosial bərabərlik, ədalət törəsi - hüququ)
18. Kin ve gururdan uzak olunacak.(Mənəvi təmizlik, arı-saflıq qaydası)
19. Mazluma merhamet, zalime azap duyulacak (sosial ədalət hüququ).
20. Zayıfa, yaralıya, çocuğa ve kadına el kaldırılmayacak. (Humanizm)
21. Kızı isteyen Kağan da olsa, bey de olsa, kız istediğine verilecek.(Qadın şəxsiyyətinə sayğı, insan hüququ, gender bərabərliyi)
22.Gereksiz yere ağaç kesmeyeceksin, suyu kirletmeyeceksin.(Canlıların, həyatımızın əsasını-Ekoloji tarazlığı qoruma prinsipi)
23. Bilmeyip de bildim demeyeceksin, bilene danışacaksın.(Sosial ədalətin prosesual təmini mexanizmi.)
24. Bugünün işini yarına bırakmayacaksın.(Çalışma, yaşam prinsipi)
25. Kusur görmeyecek, kusur aramayacaksın (Yalandan, əsassız qüsur axtarmayacaqsan).
26. Güçlüyken affet, zayıfken sabret. (Humanizm, gərəkli dözüm prinsipi)
27. Yazgına asi olma. (Humanizm, zəifi qoruma prinsipi)
28. Yaptığın iyiliği unut, yapılan iyiliği unutma. (Ərdəmlik, alicənablıq, kişilik, obyektivlik prinsipi)
29. Herkes adaletle iş görecek.(“Ədalət mülkün təməlidir” M.K.Atatürk)
30. Her ne edersen et, yargılanacağını her daim akılda tut.(Cavabdehlik, məsuliyyətli olma, kimsənin qanundan qaça bilməyəcəyi prinsipi)
31. Milletine yaban (yabançı, vəhşi, yırtıcı) kalma (olma). İpeğin iyisine, sözün güzeline kanma (aldanma), onlara boyanma (bulaşma) (Öyüd).
32. Kağan odur ki, adaleti üstün tutsun, töreyi yaşatsın. Töre yok olursa, İl (El) yok olur, İl (El) olmazsa, budun (xalq) kul olur. (Sosial qoruyucu prinsiplər)
33. Ey Türk Oğuz beyleri, ey milletim işitin! "Üstte mavi gök çökmedikçe, altta yağız (qara, qarabuğdayı, əsmər) yer delinmedikçe senin İlini (Elini) ve töreni kim bozabilir?"
(#BilgeKağanYazıtı – 730.#OrhunIrmağı yakınları, #Ötügen-#Moğolistan)
“Daha (hələ) İslamiyet Türk toplumuna gelmeden Türk'ün tek tanrı inancı ve töresi...”
“Bu Yazıt, Bilge Kağanın ölümünden (734) bir yıl sonra (735), kendi oğlu olan Tenqri Kağan tarafından diktirilmişdir. Bu yazıtta da konuşan, Kül Tigin yazıtında olduğu gibi Bilge Kağandır. Moğolustanda Orhon irmağı yakınlarında bulunmakdadır. Bilge Kağan Yazıtı ile Kül Tigin Yazıtı arasındakı uzaklık bir kilometredir. Göktürk yazısı ile yazılmıştır. Bazı bölümleri Kül Tigin Yazıtından aktarılmıştır. Ondan farklı olarak Kül Tiginin ölümünden sonrakı olayları da anlatmıştır. Kül Tiginin kitabelerinin çevresinde Bilge Kağanın mezarının etrafında da balballar vardır. Bunları Yolluq Tigin yazmıştır. Bilge Kağan Yazıtının yüksekligi 3.80 metrdir. Bilge Kağan Yazıtının kopyası Türkiye Gazi Universitesindedir.”(Vikipedya)
Türk Törəsinin inanc tərəfi keçilən bir düşüncə, siyasi nəzəriyyə tarixidir, dünyəvi tərəfi isə, uydurma olmadığından gərəklidir, bu gün də yaşadılmalıdır, çünki çağımızla uzlaşır. Göründüyü kimi Türk Törəsi 1295 il qabaq yazılmasına baxmayaraq azca fərqlə bu gün də sosial dəyərini saxlayır və anlaşılandır. Sevindirici haldır ki, bu abidələrin olduğu yerlərə ərəb vəhşilərinin əli çatmamışdır. İndi görün ərəblər işğal etdikləri yerlərdə nə qədər maddi və mədəniyyət abidələrimizi məhv etmişlər...
Tenqri-qədim türklərdə məna yüküycə bütün canlılara həyat verən enerji, qüdrət, güc anlamındadır. Tenqri-dünyəvi düşüncəyə, yəni varlığın fiziki çəkmə və itələmə xassəsinə, xarakterinə, maqnit qüvvəsinə, qravitasiya, əksliklərin vəhdəti, başqa sözlə varlığı oluşdurma şərtlərinə çox yaxın anlamdadır. Bu baxımdan Tenqri-dinlərin uydurduğu, əslində olmayan Budda, İsanın Allahın oğlu olması , Allah (Ay Tanrısı Əl-İlah) və sair cəfəngiyyatlardan uzaq, reallığa yaxın olduğu qədər fərqli anlamdadır.
Tenqri-tenqriçilik-panteist, yəni doğaya, təbiətə münasibətdən irəli gələn, güman edilən düşüncədir. Tenqri-tenqriçilik-panteist düşüncə, Homo Sapiens adlı canlı-insan növünün yaranışından, onun dış, xarici qüvvələr qarşısında gücsüzlüyündən irəli gələn ziyançəkmə, qorxu faktorundan qurtulmaq ümidi və yaşamaq istəyindən doğur, oluşur. Bəzi panteist düşüncə - doğanın güman edilən ziyanından, təhlükəsindən “qorunmaq”, onları özünə qarşı “zərərsiz etmək”, “neytrallaşdırmaq” üçün nəinki heyvanları, hətta insanları qurban-“rüşvət” verir, özlərinin uydurduqları ayinləri icra etməklə özlərinə arxayınlıq imitasiya edir, özlərini toxtatmağa çalışırlar. Ancaq, Tenqriçilikdə qurbanvermə ayinləri məlum deyil.
Tenqri-tenqriçilik-başqa sözlə, açunun-dünyanın materialist düşüncə əsasında qavranmasının, öyrənilməsinin yanlış da olsa ən ilkin, ibtidai formasıdır desək, yəqin səhv etmərik. Bu baxış içərikcə, yəni mahiyyətcə bilgi verə bilməsə də real görünəndən, faktlardan, təcrübədən irəli gələnləri yanaşı düzərkən fərqləri görməklə, gücsüzlükdən, əlacsızlıqdan, çıxılmazlıqdan çıxış yolunu– fikrən təbiət qüvvələrinə tapınmada görür, qəbul edir. Bu panteist baxışında qəsdən uydurma, yalan yoxdur, qorxudan, əlacsızlıqdan tapınma, səmimi-vicdanlı yanılma, güman var, yəni qavramda adamın ağlı bundan artığını kəsmir... ona görə də bu baxış sonuc etibarilə yanlış olsa da, lakin keçilən düşüncə sürəci, prosesi, yolu səmimi, vicdanlı yanılma olduğundan bilimə, elmi düşüncəyə gedən dünyəvi yolun ilkin aşaması, mərhələsi kimi qiymətləndirilə bilər. Başqa sözlə, adam “bilmir ki, bilmir, (elə bilir ki, bilir...X.Ə.)”(Nəsrəddin Tusi,1201-1274).
Dövləti olmayan bu günkü qəbilələrin, tayfaların, xalqların təsirli, dağıdıcı təbiət qüvvələrinə münasibəti, düşüncəsi də eynən buna oxşar səviyyədədir. Bu olay, məsələ “Siyasi nəzəriyyələr tarixi” fənnində daha ətraflı öyrədilir.
Dinlərdə isə bunun əksidir. Çünki, dinlərdə iddialarına məntiqi sübut gətirilmədən, bilərəkdən, qəsdən yalan uydurulur, yalan danışılır, uyğun faktlar saxtalaşdırılır, öz dələduzluq marağına, niyyətinə uyğun təhrif edilir. Dinlər - uydurulduqları vaxtdan aldatdığı başqaları üzərində üstünlük əldə etmə xarakterli vasitədir, maşadır. Dinlər, ona uyanların, aldananların hesabına parazitcəsinə maddi və mənəvi gəlir əldə edən dələduzların şəbəkələnmiş, kriminal birliyidir.
Topluma xeyirliliyi, faydalı iş əmsallığı baxımından Tenqriçilik, dinlərlə müqaisədə daha az ziyanlıdır. Məsələn, Tenqriçiliyə, dinlərdəki kimi kriminal birlik demək olmaz, çünki onun daşıyıcıları,funksionerləri sayılan şamanlar (təkcə Türküstanda 12 min tenqriçi-şamanı ərəb Küteybə öldürmüşdür), baxış sistemi-tenqriçilik-şamanizm başqasının hesabına yaşayan parazitlər kimi təşkilatlanaraq dələduzluq şəbəkəsinə, mütəşəkkil kriminal dəstəyə, kriminal dövlətə, kriminal imperiyaya çevrilməmişdir. Əksinə, bunlar xüsusi qabiliyyətli bireylər-fərdlər-şəxslər şəklində, ayrılıqda fəaliyyət göstərmiş, Türk ağıl böyüklərimizin davamçıları, təbliğatçıları kimi soyun, tayfanın, xalqın, dövlətin birlik İdeologiyasını, Törəsini yaratmış, formalaşdırmış, qorumuş, yaymaqla yaşatmışlar.
Məsələn, Törədə, Tenqriçilikdə başqa dinlərdə, xüsusilə də Ərəbin İslam Dinində olduğu kimi - fərqli inancda olanları öldürmək, yandırmaq, işgəncə vermək, kütləvi qırmaq, kölə etmək, zorlamaq, ailəyə əsgər soxmaqla zorlamaq, cariyə etmək, ələ keçirilən düşmən malını, əmlakını, canını qənimət kimi halal saymaqla, alıb, satmaq, insan alveri üçün kölə bazarları yaratmaq kimi insanlığa, ləyaqətə, savaş qaydalarına sığışmayan vəhşiliklər, barbarlıq yoxdur. “Türk millətinin döyüşdə məğlub edib, məğlubiyyətini etiraf edən döyüşçülərin belə, mülkiyyət hüququnu tanıyıb ona əməl etməsi türk millətinin hüquq, humanizm, ədalət anlayışı və mədəni səviyyəsi indiyədək mövcud olmuş və mövcud olan bütün millətlərdən fərqini ortaya qoyur.” (f.d.Arif Rəhimli)
Xaqan titulu hamıdan bacarıqlı, birləşdirici olmaqla, bir növ Tenqrinin yerdəki real insan obrazı kimidir.
Yazdıqlarımın düzgünlüyünü bilmək üçün ərəbin Quranı ilə, türkün 33 bəndlik Törəsini oxumaq yetərlidir.
Tarixdən bildiyimiz kimi Bilgə Kağanın Törədəki 33-cü Tapşırmasını, VII əsrdə, zəifləmiş Türk ulusunu yenən Ərəb İslam Orduları və Ərəb İslam Dini-Yumşaq Gücü pozmuşdur. Məntiqlə, özəl dünyəvi düzənimizi qaytarmaq, bilimə, dünyəviliyə, inkişafa, mədəniyyətə, başqa sözlə özümüzə dönmək üçün hər cür dindən, o cümlədən Ərəb İslam Dinindən, onun geriçi düşüncəsindən, yaşam tərzindən imtina edilməli, bilimə-elmə sarılmalıdır. Əziz oxucu indi seçim özünündür...

(Məmməd)Xan ƏZİZXANLI,
keçmiş prokuror, əmək veteranı.
09.04.2025.
14-04-2025, 18:23
Türkiyənin ticarət nazirinin müavini  Qarabağda

Türkiyənin ticarət nazirinin müavini Qarabağda

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Türkiyə Respublikasının ticarət nazirinin müavini Mustafa Tuzcu və onun rəhbərlik etdiyi nümayəndə heyəti öncə Xocalı rayonunda olub, burada aparılan tikinti-quruculuq işləri ilə maraqlanıblar. Onlara şəhərdə aparılan işlər barədə geniş məlumat verilib. Sonra qonaqlar Xankəndində Qarabağ Universiteti ilə tanış olublar. Xankəndi şəhərində, Ağdərə və Xocalkı rayonlarında Prezidentin Xüsusi nümayəndəliyinin əməkdaşları onlara burda təhsil alan tələbələrin sayı barədə, görülmüş və görüləcək işlər haqqında məlumat veriblər. Qonaqlar Xankəndi şəhəri Zəfər medyanında da olub və burada aparılan tikinti- quruculuq işləri, yeni layihələrlə maraqlanıblar. Nümayəndə heyətini qarşılayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qonaqlara bildirib ki, işğaldan dərhal sonra Xankəndi şəhərində geniş tikinti quruculuq işlərinə start verilib. Türkiyə Ticarət Nazirinin müavini Mustafa Tuzcu da bildirib ki, Türkiyə işğaldan azad edilən torpaqların bərpasında iştirak edəcək.”Bizim şirkətlərimizin Qarabağa verəcəyi dəstək təkcə ticari-iqtisadi fəaliyyətlərdən ibarət deyil, bu bizim üçün həmdə bir məsuliyyətdir. Biz qardaş dövlət və millət olaraq əlimizdən gələni edəcəyik.”


4-04-2025, 07:04
"MILLƏTLƏR ƏDƏBIYYATINI KƏRPIC-KƏRPIC INŞA EDIR"

"MILLƏTLƏR ƏDƏBIYYATINI KƏRPIC-KƏRPIC INŞA EDIR"

Bugünkü qonağımız tanınmış Alban şairi, yazıçı, tərcüməçi, ədəbiyyat tənqidçisi və jurnalist, "Kryefjala" dərgisinin redaktoru Rifat Ismilidir.
Söhbətimiz ədəbiyyat, yaradıcılıq, poeziya oxu mədəniyyəti, şəxsi baxışlar və həyat yolları barədə oldu.

-Ədəbiyyata marağınız nə vaxt başladı? Gəncliyinizdə hansı kitabları oxudunuz və sizi hansı yazıçılar ilhamlandırdı?
-Oxumağa olan marağımın necə başladığını dəqiq demək çətindir, çünki çox vaxt keçib və zaman keçdikcə insan öz şəxsi mifini həqiqətdən kənarda qurmağa başlayır. İnsanlar əvvəlcə əhəmiyyətsiz olan şeylərə sonradan yeni mənalar verirlər, amma bu şeylər sonradan əsas əhəmiyyət kəsb edir və insanın zehni aləmində yer tuturlar. Mənim oxumağa olan marağım əlifba hərflərini öyrəndiyim zaman başladı və çox keçmədi ki, insanlar mənim haqqında "Bax, bu çox kitab oxuyan balaca oğlan" deməyə başladılar. O dövrdə oxuduğum ilk kitabları dəqiq xatırlamıram, amma məktəb oxu kitablarının yanında, mən həm də Albaniya nağılları, Hans Kristian Andersenin nağılları, Brüder Grimmin nağılları, Mark Tven və başqalarını oxudum. Sonra böyüdükcə, çox gənc yaşlarımda oxuduğum Cek Londonun kitabları məni ilhamlandırdı. Mən həmçinin Tomas Hardy-nin "Tess of the d'Urbervilles" romanını və "Montezumanın Qızı" adlı romanı da oxudum. Ailəmdə oxumağa meyilli insanlar var idi, onların otağında kiçik bir kitab küncü var idi, mən də onların ardınca oxuyardım. O dövr oxuduqlarım mənim yaddaşımda həyati bir oazis kimi qalıb.
-Kitab oxuma ilə yaradıcı düşüncə arasındakı əlaqə barədə fikriniz nədir? Oxucuların şairlər və yazıçılar üçün rolu haqqında nə düşünürsünüz?
-Oxuma və yaradıcı düşüncə bir sənətkar və ya yazıçı üçün paralel gedir; onlar eyni prosesin bir hissəsidir. Heç bir yaradıcı oxucusuz tamamlanmış deyil və əksinə, yaxşı və diqqətli oxucu olmadan uğurlu və təsirli yaradıcı düşüncə ilə təcrübə keçmək mümkün deyil. Mənim üçün oxuma, sehrli bir dünyanın arxasında gizli olan bir qapı kimidir, bu dünyaya hər kəs daxil ola bilməz.
Yalnız həssas və azad ruhlar bu dünyaya səyahət edə bilər. Oxumaqla biz özümüzü zənginləşdiririk və daxili bir filtrasiya prosesi baş verir, bu təkcə həyat üçün vacib oksigenin daxil olması və zəhərli maddələrin atılması kimidir.
-Bir şair və yazıçı olaraq cəmiyyətə qarşı öz məsuliyyətinizi necə hiss edirsiniz?

-İnsan cəmiyyətində hər bir insan özünə və öz vətəninə qarşı məsuliyyət daşıyır, lakin yaradıcı insan daha böyük məsuliyyət daşıyır, çünki o, ictimai şəxsiyyətdir və kütlələrə birbaşa təsir edir. Bir yaradıcı, adi insanlardan daha çox məlumatlı olduğuna görə, həm də öz xalqının müstəqilliyini, insan haqlarını, sülh və harmoniya kimi dəyərləri qorumaq üçün ikili məsuliyyət daşıyır. Mən bunu öz məsuliyyətim hesab edirəm və sənətimlə insan haqlarının, qadınların, uşaqların və ehtiyacı olanların müdafiəsi üçün güclü bir səs olmağa çalışıram.
-Şairlər və yazıçılar cəmiyyəti necə dəyişə bilər? Onların sosial məsuliyyəti barədə nə deyə bilərsiniz?
-Yazıçılar icraedici gücə malik deyillər; bu, hökumətlərə aiddir.
Lakin yazıçılar, insan ruhunun təsir edənləri olaraq, dünyanı dəyişə bilərlər, köhnə və ya dayanmış zehinləri yeni, insan dəyərləri xidmətinə yönəldərək.
Ədəbiyyat əsərləri və müxtəlif müzakirələr vasitəsilə hər bir yazıcı işıq üzü görən çıraq olmalıdır. Yazıçı hər bir insana daha yaxşı bir həyat inamını aşılamağa çalışmalıdır. Eyni zamanda, yaşadığı cəmiyyətin pis vərdişlərini və neqativ cəhətlərini vurğulamalı və tənqid etməlidir.
-Şairlər və yazıçılar üçün ən vacib məqsədlər nədir?
-Yazıçı, öz təbiətinə görə, ideallara sahibdir və bu ideallar ona cəsarət, qətiyyət və ilham verir. Doğulandan bütün həyat boyu, sənətkar insan həyatını diqqətlə müşahidə edən, gələcəyi proqnozlaşdıran və həmişə öz yaşadığı cəmiyyətdən bir addım öndə gedən bir insandır. Yazıçıya xas olan fəlsəfə insanı və vətəni sevməkdir. Lakin bundan əlavə, onlar həm də naməlum olanı, görünməyəni və ali olanı axtaran insandır -insan təcrübəsinin digər tərəfində olanı. Yazıçı iki güzgü arasında yaşayır - yer üzünü və göyü və hər ikisinə məxsusdur.
Onlar üçün hər şey önəmlidir; hətta bir yarpağın düşməsi və ya bir quşun uçması onları dərindən düşündürə bilər.
- Bu günki yaradıcı insanlarda nə çatışmır, onlar üçün ən böyük çətinliklər nədir?
-Məncə, bu günkü yaradıcı insanlar keçmişdəki yaradıcı insanlarla müqayisədə heç nə itirməyiblər. Sadəcə olaraq, əlverişsiz dövrlər gəlib və onların əksəriyyəti yeni reallığa uyğunlaşmağı öyrənməlidir. Bəlkə də yazıçılara daha böyük məsuliyyət düşür ki, daha yaxşı yazsınlar. Bu, özünü tənqid etməklə başlayır və reallığı olduğu kimi görməklə, nəfsani və kiçik bir yanaşma ilə deyil, obyektiv bir şəkildə.
- Hazırkı oxuma mədəniyyətini necə qiymətləndirirsiniz?
-Bu gün oxuma mədəniyyəti azalmaqdadır, bunun bir hissəsi yeni texnologiyaların kitablar və oxuma ilə mübarizə aparmasıdır. Keçmişdə insanlar daha çox oxumağa meyilli idilər, amma bu o demək deyil ki, əvvəllər insanlar daha çox oxuyurdu – həmişə kitablarla maraqlanmayanlar olub – lakin daha az medianın diqqəti olduğu üçün insanlar əvvəlki dövrlərdə kitablara daha çox vaxt ayırırdılar.
Buna baxmayaraq, oxumaq həmişə dünyaya açıq olan, nəcib ruhlar üçün bir vərdiş olub.
- Albaniya ədəbiyyatı ilə digər millətlərin ədəbiyyatı arasında əlaqə necədir?
-Bütün millətlər öz ədəbiyyatlarını kərpic-kərpic inşa edirlər və zaman keçdikcə onu keçilməz bir qala halına gətirirlər. Biz albanlar da eyni şeyi etməyə çalışırıq. Bir vaxtlar izolyasiya olmuşduq, amma indi sərbəst yaşayırıq, başqalarına qoşulmağa, əməkdaşlıq etməyə və müsbət nəticələr əldə etməyə imkanımız var.
Biz digər ədəbiyyatlara çox açıq insanlarıq, bəlkə də bəzən lazım olduğundan daha çox.
-Bugün Albaniya ədəbiyyatı necə inkişaf edir?
-Müasir Albaniya ədəbiyyatı inkişaf edir və getdikcə digər mədəniyyətlərlə inteqrasiya yolunda irəliləyir, onlardan ən yaxşılarını alır. Hər hansı bir yenidənqurma prosesində olduğu kimi, çatışmazlıqlar var, amma bu anlaşılandır.
Hər şey mükəmməl ola bilməz. Lakin ümumilikdə vəziyyət müsbətdir və Albaniya yazıçıları özlərinə çox tələbkardırlar.
-Azərbaycanla ədəbi əlaqələr qurmaq üçün hansı planlarınız var?
-Mənim Özbəkistanda çox oxunaqlı jurnallarda tərcümə edilib çap olunmaq şansım oldu. Həmçinin, Türkiyədə də çap olundum. Azərbaycanda da ədəbi əlaqələrimin olmasını istəyirəm. Xalqlarımız arasında ünsiyyət və dostluq körpüsü yaratmaq arzusundayam. Mən inanıram ki, hər bir yazıçı bu arzuyla yaşayır.
-Yaradıcı icma daxilində dostluq və əməkdaşlığın əhəmiyyəti nədir? Digər yazıçılarla əməkdaşlıq yolu ilə hansı nəticələrə nail oldunuz?
-Mənim üçün və şəxsiyyətim və yaradıcı olaraq inkişafım üçün digər yaradıcılarla əməkdaşlıq çox önəmlidir. Əməkdaşlıq vasitəsilə biz biliklərimizi genişləndirir, yaradıcı və mənəvi stimullar əlavə edir və sevinc və ilham vəziyyətinə çatırıq. Gənc yaradıcı olduğum zaman, tanınmış yaradıcılarla apardığım söhbətlər mənə qanad verdi. Onların sözləri mənə güvən və inam verdi, yazmağa olan arzum və istəklərim daha da gücləndi. Mən başqa yaradıcılarla çox açığam və gənc yazıçılara kömək edirəm.
Onların əsərlərinin nəzərdən keçirilməsində, tövsiyə və redaktə edilməsi, həmçinin əsərlərinin çap olunmasında kömək edirəm, bu məqsədlə "Gjurmë Penash" və "Kryefjala" jurnallarımda onları dərc edirəm. Əsərlərinin müxtəlif dillərdə nəşr olunması qlobal ədəbiyyat və mədəniyyətin inkişafına necə töhfə verir?
-Son vaxtlar, mənim əsərlərim dünyada bir çox dillərə uğurla tərcümə olunub və paylanıb. Mən qiymətləndirildiyimi hiss edirəm və görünür ki, nəhayət, illərlə çəkdiyim zəhmət mükafatlandırılır.
-Gələcəkdə yeni əsərlər yaratmaq üçün necə hazırlaşırsınız?
-Mənim yaradıcılığım bir çox istiqamətlərdə irəliləyir, çünki mən hər zaman axtarışdayam. Müxtəlif janrlarda işləyirəm - məsələn, romanlar və hekayələr, amma həm də esse və ədəbiyyat tənqidi yazıram, poeziyanı unutmadan. Son illərdə uşaqlar üçün ədəbiyyatla məşğul olmuşam və bir neçə kitab nəşr etmişəm. Bundan əlavə, iki jurnal çap etməklə məşğulam, burada bir çox Albaniya və beynəlxalq yaradıcıların əsərləri yer alır. Bu il də nəşrlərlə dolu olacaq və yaradıcı məmnuniyyətlərlə zəngin olacaq.
-Həqiqi sənət və ədəbiyyatın diqqətini itirdiyi bir dövrdə yazıçılar bu dəyişikliklərə necə uyğunlaşmalıdırlar?
-Bəlkə çətin dövrlər gəlsə də, yazıçının sənəti heç vaxt yox olmayacaq. Ruhlarımızı idarə edən qüvvə mövcud olduqca, yazı hər zaman bizim ən dərin hisslərimizin bir əksinə və həqiqətə doğru bir bələdçi olacaqdır. Kitablar və yazı həmişə özünə tərəfdar tapacaq, özlərini qurban verən insanlar tərəfindən irəliləyəcək və gələcək nəsillər üçün bir miras olaraq qalacaq. Bu anın içində diqqət yaradıcı insanın bütövlüyünə, özünə qarşı məsuliyyətə və yüksək keyfiyyət tələblərinə cavab verən yaradıcı düşüncəyə yönəlməlidir.
Bu yolla itirilmiş oxucu geri qaytarıla bilər və oxucu ilə yaradıcı arasında möhkəm bir əlaqə qurula bilər-bu, hər bir ədəbi əsər üçün əsas olan bir əlaqədir.

Söhbətləşdi: Cahangir NAMAZOV,
“Bütöv Azərbaycan ”ın
Özbəkistan təmsilçisi.
4-04-2025, 06:16
GƏNCLƏR ÜÇÜN YENİ TƏŞƏBBÜSLƏR VƏ PERSPEKTİVLİ İSTİQAMƏTLƏR


GƏNCLƏR ÜÇÜN YENİ TƏŞƏBBÜSLƏR VƏ PERSPEKTİVLİ İSTİQAMƏTLƏR

Hörmətli Prezidentimiz Şavkat Mirziyoyevin gənclərlə görüşü və verdiyi açıqlamalar Özbəkistanda gənclərə yönəlmiş dövlət siyasətinin yeni mərhələyə yüksəldiyini göstərir. Prezidentimiz çıxışlarında gəncləri “Xalqımızın, Vətənimizin qızıl fondu” adlandırdı. Bu yanaşma gəncləri yalnız dövlətin gələcəyi kimi deyil, həm də indiki inkişafın birbaşa iştirakçıları kimi qəbul etmək baxımından fərqlənir. Bu kontekstdə, təhsil və elm sahəsində islahatların davam etdirilməsi, gənclərin sahibkarlığa cəlb olunması və onların sosial fəallığının artırılması dövlətin strateji məqsədlərindən biri kimi vurğulandı.
Prezidentimiz məktəb və ali təhsil müəssisələrində aparılan islahatlara diqqət çəkərək, aşağıdakıları qeyd etdi:
• Ali təhsildə yerlərin sayı 3 dəfə artırılıb və əhatə dairəsi 42 faizə çatıb.
• “El-yurt umidi” fondu vasitəsilə gənclərin xarici universitetlərdə təhsil alması üçün şərait yaradılır.
• Gənclər Agentliyi xaricdə təhsil alan tələbələrlə mütəmadi işləyəcək.
• Prezident məktəbinin qlobal müsabiqədə qalib gəlməsi Özbəkistanın təhsil sisteminin beynəlxalq aləmdə tanındığının sübutu kimi göstərildi.
Bu islahatlar gənclərin təhsil alma imkanlarını genişləndirməklə yanaşı, onların Vətənə qayıdaraq cəmiyyətin inkişafına töhfə verməsini təmin etməyə yönəlib.
Prezidentimiz gənclərin məşğulluq məsələsinə xüsusi diqqət yetirərək, hər il 600 mindən çox gəncin əmək bazarına daxil olduğunu və bu göstəricinin 2030-cu ilə qədər 1 milyon nəfərə çatacağını bildirdi. İşsizliyin azaldılması və gənc sahibkarların dəstəklənməsi üçün bir sıra təşəbbüslər irəli sürüldü. Belə ki, gənclərin sahibkarlıq fəaliyyətini inkişaf etdirməsi üçün 100 milyon dollarlıq fond yaradılacaq və 2,5 milyard so‘ma qədər güzəştli kreditlər ayrılacaq. Startap layihələr üçün isə 2 milyard so‘ma qədər investisiya qoyulacaq. Ali təhsil müəssisələrinin məzunlarının məşğulluğunu təmin etmək üçün yeni sistem yaradılacaq. Bu təşəbbüslər gənclərin sahibkarlığa cəlb olunmasını və onların innovativ ideyalarının real iqtisadiyyata tətbiqini təmin edəcək.
Prezident gənclərin ictimai həyatda fəallığını artırmaq məqsədilə 5 il əvvəl yaradılmış “Gənclər Parlamenti” təcrübəsinə diqqət çəkdi. Bu sistemin artıq öz effektivliyini göstərdiyi və onun çərçivəsində 250 gəncin yerli məclislərə, 2 nəfərin isə Ali Məclis deputatlığına seçildiyi vurğulandı. Bu, gənclərin siyasi proseslərdə fəal iştirak etməsi üçün yeni imkanlar açır.
Prezident gənclərin elmi və mədəni sahələrdə qazandığı uğurları da qeyd etdi:
• Elmi dərəcəyə malik gənclərin sayı 2 dəfə artaraq 4 357 nəfərə çatıb.
• “Gənc oxucu” müsabiqəsində iştirakçıların sayı 6 dəfə artaraq 3 milyon nəfərə çatıb.
• “MÜTALİƏ” layihəsi sayəsində 1 milyon gənc oxucu auditoriyası formalaşıb.
Bu göstəricilər gənclərin elm və mütaliəyə marağının artdığını və dövlət tərəfindən bu proseslərin dəstəkləndiyini nümayiş etdirir.
Prezidentimizin gənclərlə dialoqu göstərdi ki, Özbəkistan gəncləri yalnız gələcəyin nəsli deyil, həm də bugünkü inkişafın əsas hərəkətverici qüvvəsidir. Gənclərin təhsil alma imkanlarının genişləndirilməsi, onların sahibkarlıq fəaliyyəti üçün şəraitin yaradılması, siyasi proseslərdə iştiraklarının təmin edilməsi, eləcə də elm və mədəniyyət sahəsindəki fəallığının artırılması üzrə kompleks yanaşma mövcuddur. Bununla yanaşı, gənclərin məşğulluğu, təhsilin keyfiyyəti və innovasiyaların dəstəklənməsi sahəsində aparılan islahatların nəticələrini gələcək illərdə daha dərindən təhlil etmək və onların real təsirini öyrənmək vacibdir. Dövlət tərəfindən yaradılan imkanlardan səmərəli istifadə edilməsi isə gənclərin öz iradəsi, məqsədyönlülüyü və məsuliyyətindən asılıdır.
Şəxsi təcrübəmə əsaslanaraq bildirirəm ki, mən də “Liderliyə doğru” adlı müxtəlif layihə və forumlar həyata keçirərək gənclərin inkişafına töhfə verməyə çalışıram. İndiyədək 700-dən çox tələbənin inkişafına kömək etmişəm. 50-yə yaxın tələbəyə “İlin tələbəsi” və müxtəlif dövlət təqaüdləri üçün sənədlərin hazırlanmasında dəstək vermişəm. Onlardan 15 nəfəri “İlin tələbəsi” müsabiqəsində yüksək yerlər tutmuş, 13 nəfəri isə dövlət təqaüdünə layiq görülmüşdür. Hazırda Buxara Dövlət Pedaqoji İnstitutunun bütün fakültələrində dövlət təqaüdlərinə müraciət yolları və uğura nail olmaq üçün maarifləndirmə işləri aparırıq. Bundan əlavə, Türkiyənin “Günce” nəşriyyatı, ABŞ-ın Amazon KDP, Lulu nəşriyyatları, Avropanın Globe Edit və Just Fiction nəşriyyatları vasitəsilə gənclərin məqalə və antologiyalarını çap etdirmişik. Bu, özbək tələbələrinin beynəlxalq arenaya çıxışını təmin edib. Dünyanın müxtəlif qitələrində fəaliyyət göstərən qəzet və jurnallarda məqalələrim dərc olunub. Hazırda The Seoul Times qəzetinin Özbəkistandakı müxbiri kimi fəaliyyət göstərirəm və özbək tələbələrinin yaradıcılığını beynəlxalq səviyyəyə çıxarmağa çalışıram.
Türkiyənin Edebiyat Defteri platformasında “Özbek Yazarları” bloqunu idarə edərək, özbək yazarlarının şeirlərini təbliğ edirəm. Bundan başqa, türk və özbək yaradıcılarının görüşlərini təşkil edirik. Məsələn, Türkiyəli şair və yazıçı, “Türk ədəbiyyatının inciləri” 100 cildlik toplusunun 53-cü cildinin müəlliflərindən biri olan Coşkun Karabulut ilə Buxara gənclərinin Zoom vasitəsilə yaradıcılıq dialoqunu təşkil etdik.
Bütün bunlar Prezidentimizin biz gənclərə yaratdığı geniş imkanların nəticəsidir. Yeni Özbəkistanın qızıl fondu, şübhəsiz ki, biz – gənclərik!

Şoxijahon Urunov
Buxara Dövlət Pedaqoji İnstitutunun 4-cü kurs tələbəsi
1-04-2025, 23:41
TARIXI-MEMARLIQ ABIDƏLƏRI ILƏ ZƏNGIN BUXARA


Şoxijahon Urunov
Buxara Dövlət Pedaqoji İnstitutunun
4-cü kurs tələbəsi


TARIXI-MEMARLIQ ABIDƏLƏRI ILƏ ZƏNGIN BUXARA

BUXARA – QƏDIM VƏ TARIXI-MEMARLIQ ABIDƏLƏRI ILƏ ZƏNGIN OLAN GÖZƏL ŞƏHƏRLƏRDƏN BIRIDIR


Buxara dünyanın ən qədim və zəngin tarixi-mədəni irsə malik şəhərlərindən biridir. 1997-ci ildə şəhərin 2500 illik yubileyi beynəlxalq səviyyədə qeyd olunmuşdur. Buxara adı ilk dəfə IX əsr tarixçisi Nərşəxi tərəfindən qeyd edilmişdir. Bir çox tarixçi və dilçi alimlərin fikrincə, “Buxara” sözü sanskrit dilindəki “vixara” sözündən yaranmışdır və “qalа” mənasını ifadə edir. Qədim dövrlərdə şəhər “Nümicqat” və “Faxira” adları ilə də tanınmışdır. Buxara erkən orta əsrlərdən etibarən sənətkarlıq və ticarət mərkəzlərindən biri olmuşdur. Burada istehsal olunan məhsullar Asiya və Avropa ölkələrinə ixrac edilirdi. Ərəb işğalı dövründə şəhər “Madinat at-Tüccar” (“Tacarlar şəhəri”) və ya “Madinat as-Sufriya” (“Mis şəhəri”) kimi tanınırdı. 1996-cı ildə UNESCO Buxaranı dünya mədəni irsinə daxil edilmiş şəhərlər siyahısına əlavə etmiş və qoruma altına aldığını elan etmişdir.

Qədim Buxara tarixçilər və səyyahlar tərəfindən “şeir və əfsanələr şəhəri” adlandırılmışdır. Bu qədim şəhərin hər küçəsi, xiyabanı, meydanı və abidələri keçmişin izlərini yaşadır. Uca minarələr, tarixi məkanlar və qədim əşyalar insan zəkasının möhtəşəmliyini əks etdirir. Şərq və Qərbdə Buxara “açıq səma altında muzey, möhtəşəm tarixin parlaq aynası” kimi tanınır. Qədim Buxaranın Ərk qalasında yalnız hökmdarlar deyil, həm də böyük alimlər, şairlər və filosoflar yaşamış və qiymətli irs qoymuşlar. Buxara mədəniyyətinin ən parlaq dövrlərində burada Rudəki, Firdovsi, Əbu Əli İbn Sina, Fərabi, Ömər Xəyyam kimi dahilər fəaliyyət göstərmişdir. İbn Sina Buxara haqqında belə yazırdı: "...Bu yerin kitabxanasında elə kitablar tapdım ki, onları nə əvvəllər, nə də sonralar heç bir yerdə görmədim. Onları oxuduqca mənə dünyanın sirrləri açıldı..."
Arxeoloji qazıntılar nəticəsində alimlər bu qədim şəhərin eramızdan əvvəl bölgənin iqtisadi və mədəni həyatında mühüm rol oynadığı qənaətinə gəlmişlər. Tarixi mənbələrə görə, Buxara Çin ilə Roma arasındakı Böyük İpək Yolunun ən vacib kəsişmə nöqtələrindən biri olmuşdur. VIII əsrdə ərəb işğalı nəticəsində Buxarada İslam dini yayılmış və şəhər zaman keçdikcə mühüm dini mərkəzə çevrilmişdir. Buxara o dövrdən etibarən “Buxarayi-Şərif” (“Müqəddəs Buxara”) kimi tanınmağa başlamışdır. Buxara təkcə tarixi və dini baxımdan deyil, həm də siyasi-iqtisadi, mədəni-humanitar və diplomatik əlaqələri ilə də seçilən qədim şəhərlərdən biridir. Özbəkistan müstəqillik əldə etdikdən sonra, ata-babalarımızın mirasını qorumaq və inkişaf etdirmək üçün böyük səylər göstərilmişdir. Ölkədə İmam Buxari, İmam Tirmizi, Bahauddin Nəqşbənd, İmam Maturidi, Burhanəddin Mərğənani kimi böyük alimlərin adları yenidən canlandırılmış və onların irsinin öyrənilməsinə xüsusi diqqət ayrılmışdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin diqqəti nəticəsində tarixi və dini abidələrin bərpası istiqamətində geniş miqyaslı işlər aparılmışdır. Dövlət başçısı Buxara bölgəsinə səfərlərindən birinə Bahauddin Nəqşbəndin məqbərəsini ziyarət etməklə başlamışdır. Burada müqəddəs yerlərin abadlaşdırılması və ziyarətçilər üçün daha əlverişli şərait yaradılması istiqamətində göstərişlər verilmişdir.
Özbəkistan bu gün turizmin inkişafına böyük önəm verir və əcnəbi turistləri Buxara, Səmərqənd və Xivə kimi tarixi şəhərlərə cəlb etmək üçün geniş tədbirlər həyata keçirir. 2019-2025-ci illər üçün turizmin inkişafı konsepsiyası qəbul edilmiş və bu çərçivədə elektron vizaların verilməsi və viza rejiminin sadələşdirilməsi kimi addımlar atılmışdır. Buxaranın tarixi hissəsində böyük abadlıq işləri aparılmaqdadır. Burada qədim sənətkarlıq məhəlləsi yaradılacaq, Poyi Kalan və Mir Ərəb mədrəsələri bərpa ediləcək, şəhərin bəzi küçələri genişləndirilərək turistlər üçün gəzinti zonalarına çevriləcəkdir.
Buxara təkcə tarixi və dini abidələri ilə deyil, həm də zəngin mədəni irsi və inkişaf etmiş turizm infrastrukturu ilə dünya miqyasında diqqət çəkən bir şəhərdir. Qədim şəhər bu gün də özünün əzəmətini qoruyaraq, keçmişi və gələcəyi birləşdirən mədəniyyət mərkəzi kimi fəaliyyətini davam etdirir.



21-03-2025, 19:52
Azərbaycanda 20 mart nədən Novruz bayramı günü sayılır?


Azərbaycanda 20 mart nədən Novruz bayramı günü sayılır?

Türküstan - Orta Asiyadan Balkanlara, İran, Qafqazdan Pakistana qədər milyonlarla insan əsrlər boyu martın 21-ni təzə təqvim ilinin başlanğıcı - rəsmi təqvimin ilk günü (yəni 1 yanvar kimi) kimi bayram edib, hər zaman sevinclə, coşqu ilə qarşılayıb.
2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT Baş Assambleyasının 2010-cu ildə keçirilən 64-cü sessiyasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
https://azertag.az/xeber/21_mart___beynelxalq_novruz_gunudur-3472699
Novruz bayramı Türkmənistan, Qırğızıstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Əfqanıstan, İraq, İran və digər yaxın, uzaq ölkələrdə məhz martın 21-22-də qeyd edilir.
https://www.yenisafak.com/nevruz-bayrami-bugun-21-mart-mu-nevruz-nedir-ne-zaman-ve-kimler-kutlar-2025-nevruz-bayrami-hakkinda-bilgiler-h-4686537
Saytlarda, sosial mediada qonşu, dost türk, islam ölkələrində 21 martda Novruzun toy-bayran əhavli-ruhiyyəsi ilə qarşılanması barədə xəbərlər yayılır.
https://azertag.az/xeber/gurcustanin_dovlet_ve_hokumet_baschilari_marneulide_novruz_senliyinde_istirak_edibler-3473139
Bizim əziz Vətənimizdə isə 20 mart “Azərbaycanda Novruz bayramıdır”
https://azertag.az/xeber/azerbaycanda_novruz_bayramidir-3471999 20.03.2025 [08:00].
“2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır”.
https://nk.gov.az/az/azerbaycan/bayramlar.
İstinad olunan əsaslandırma isə budur: “Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a bildirilib ki, yaz fəsli Azərbaycana martın 20-si saat 13:01-də daxil olub. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Beləliklə, həmin andan Şimal yarımkürəsində astronomik yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq”.
https://azertag.az/xeber/azerbaycana_yaz_fesli_qedem_qoydu-3472015
On illərdir Qafqaz Müsəlmanları İdarəsi Ramazan fətvası ilə necə ki Ramazan bayramını 1 milyard müsəlmanın qeyd etdiyi eyni gündən dala-qabağa çəkib Azərbaycanda çaşqınlıq yaratdığı kimi, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası da Novruz gününü saat, saniyə, metr, santimetrlə hesablayıb gətirib salır 18, 19, 20 marta, daha düşünmürlər ki, bu ölçüb biçmənin nəticələri ancaq bir qrup astrofizik üçün maraqlı ola bilər, və təbii ki, həmin cihazlardan digər ölkələrdə də var və orada heç kimin xəyalına da gəlməz ki belə absurd elmi “fətva” verələr: “martın 20-si saat 13:01-də gecə ilə gündüz bərabərləşir...”.
Bu “elmi” yanaşmalar nəticəsində uzun illərdir Novruz bayramı münasibətilə paytaxtımızda ən yüksək səviyyədə keçirilən ümumxalq şənlikləri də heç zaman təzə ilin qismətinə düşməyib, köhnə ilin - 18, 19, 20 martın ayağına yazılıb.
https://azertag.az/xeber/prezident_ilham_eliyev_martin_19_da_novruz_bayrami_munasibetile_bakida_kechirilen_umumxalq_senliyinde_istirak_etmisdir-11037
Unuduruq ki, Ramazan, Qurban bayramı, Həcc ziyarəti kimi hər təqvim ilində günü dəyişən dini bayramlardan fərqli olaraq, Novruz min illərdir sabit, konkret, dəqiq, dünyanın mühüm bir hissəsində rəsmən qəbul və təsbit olunan gündür - 21 martdır. İnsanlara çox sayda acı sorunlar yaşadan qarlı, şaxtalı soyuq qışın sona yetməsini, baharın gəlişini – sanki ölünün yenidən dirilməsi kimi donmuş təbiətin və insan ruhunun da oyanmasını, təzələnməsini qədim dövrlərdən çox sayda xalq bayram kimi içdən gələn mərasimlərlə cani-könüldən qutlayıb, hələ türksoylular üçün bu bayrama sevgidən yaranan Ergenekon - Ərgənəqon dastanı kimi mifik təvayətləri, müqəddəsləşdirmələri də nəzərə alsaq görərik ki Novruzu islam dini ilə birləşdirmək cəhdləri əsassızdır. Eləcə də Novruzdan əvvəlki 4 çərşənbə ilə bağlı elmi əsası olmayan ərəb-fars düşüncəsindən qaynaqlanan uydurmalar, bir çox ayinlər də sonradan tər-təmiz Novruz qutlamalarına, adət-ənənələrimizə pərçim edilib və artqıq suveren Azərbaycanın humanitar siyasətinə rəhbərlik edənlər bu kimi məsələlərə diqqət yetirməlidir.
https://report.az/elm-ve-tehsil-xeberleri/meherrem-qasimli-tarixen-od-su-kulek-torpaq-cersenbeleri-adlari-olmayib/
Bu gün 21 martdır, telefon kontaktlarımda, feysbukda olan dost-tanışların hamısından artıq təbrik mesajları almışam, təbrik etməyə kimsə qalmayıb. Yaxın-uzaq türk, müsəlman ölkələri Novruzu – təzə ilin ilk 21 mart gününü təmtəraqla qeyd edir. Can Azərbaycanımız isə dünya türklərini, Türk Dilli Dövlətlər Təşkilatını, müsəlman ölkələrini birləşdirən bu birlik, bərabərlik bayramını, min illərin içindən süzülüb gələn bu əziz Novruz günümüzü də ümümtürk, bir milyard insanı birləşdirən islam nəhrindən ayırırıq, təzə ilimizi köhnə ildə kutlama vərdişimizdən ayrıla bilmirik, M.Ə.Sabir demişkən, hər işimiz belədir: “Çırmanarıq keçməyə çay gəlməmiş, Başlayırıq qızmağa yay gəlməmiş...”
Bu sətirlərin müəllifi ötən illərdə də bu barədə yazmışdı və sadə həqiqət cəmiyyətin düşünər qismində anlayışla qarşılanmışdı.
https://zengezur.com/index.php/kh-b-rl-r/250-21-mart-beyn-lkhalzh-novruz-zhunudur-bayram-n-z-mubar-k
Bu il də təzə - yeni günümüzü artıq köhnənin gözünə vurub rahatlanmışıq, hələ 7-8 gün də tv ekranlarından dadı-duzu çıxarılan şit verilişlərə baxa-baxa də şəkərbura, paxlava, boyat aşla baş-başa qalacağıq...
İnanırıq ki, növbəti il hökumətimiz bu yanlışlığı düzəldəcək, 21 martın - Novruzun halal haqqını özünə qaytaracaqdır. Qüsurumuzu bağışla, NOVRUZ!
Quzey, Güney Azərbaycanımızın və Dünya Türklərinin 21 mart Novruz bayramı - əziz günü mübarək!

Hacı Nərimanoğlu,
tarix üzrə fəlsəfə doktoru
18-03-2025, 17:25
"Türkmən QHT-ləri ilə əməkdaşlıqlar Azərbaycan xalqına fayda verəcək"

Könül Quliyeva: "Türkmən QHT-ləri ilə əməkdaşlıqlar Azərbaycan xalqına fayda verəcək"

"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin sədri Könül Quliyeva QHT.az-a açıqlamasında Azərbaycan xalqını ilaxır çərşənbə münasibətilə təbrik edib, həmçinin Türkman İrsi Vətəndaş Cəmiyyətlərinin Həmrəylik Forumunun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb:
"Tədbirdə millət vəkilləri, İraqın deputatı, həmçinin İraq, Suriyadan və Türkiyədən gələn vətəndaş cəmiyyətinin nümayəndələri çıxış edərək, gələcəkdə birgə əməkdaşlıq üçün təkliflər irəli sürdülər. Forum çərçivəsində iki panel müzakirə edildi, hər bir paneldə maraqlı çıxışlar səsləndi. Lakin diqqətimi daha çox, gələn qonaqların vətəndaş cəmiyyəti təmsilçilərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə etdikləri səfərlərin təəssüratları cəlb etdi. Xocalı, Xankəndi, Şuşa və Füzuli kimi tarixi yerləri ziyarət edən qonaqlar, bu ərazilərdən aldıqları təəssüratları bölüşdü və bu mənim üçün duyğusal bir an oldu".
Könül Quliyeva, bu əməkdaşlıqların Azərbaycan xalqına fayda verəcək uzunmüddətli təsir göstərəcəyini qeyd edib:
"Tədbirdə Türkman irsinin zənginliyi, Azərbaycan xalqının mədəniyyəti, mənəvi sərvətləri və poeziyasının mükəmməl nümunələri geniş şəkildə müzakirə olundu. Eyni zamanda, Türkmənlərin Qarabağa səfəri zamanı avtobusda kərkük şərqilərinin ifa etməsi iştirakçılarda böyük təsir yaratdı. Forumun sonunda, QHT-lərin nümayəndələri arasında yaxın əlaqələrin qurulmasına da şərait yaradıldı. İstanbuldan gələn Kərküklü qonaq Ali Yağmuroğlu ilə görüş planlaşdırılır. Bu görüşlər sayəsində Türkmən QHT-ləri ilə yerli QHT-lər arasında əməkdaşlıq əlaqələri qurulub və yeni təşəbbüslər formalaşdırılıb. Türkiyə, İraq və Suriyadan gələn Türkman QHT-ləri ilə qurulan əlaqələr, gələcəkdə birgə layihələr və təşəbbüslərlə zənginləşəcək".
Pərvanə Fərhadqızı
17-03-2025, 07:18
ŞEİR BÜTÜN DÖVRLƏRİN ƏBƏDİ MÖVZUSUDUR

ŞEİR BÜTÜN DÖVRLƏRİN ƏBƏDİ MÖVZUSUDUR

Həmsöhbətimiz Özbəkistan Yazıçılar Birliyinin üzvü Sənubər Mehmandır.

Söhbətimiz ustad-şagird ənənələri, Azərbaycan və özbək şeiriyyatı, təsəvvüf ədəbiyyatı, şair ilə şəxsiyyət arasındakı baxışlar haqqındadır.
- Şeirlərinizdə Mövlanə Rumi, Əhməd Yəsəvi, Baburəhim Maşrab kimi böyük ustadlarımızın işıqlı nəfəsi hiss olunur. Belə bir şans hər şairə nəsib olmur. Bu böyük və ilahi istedad yükünü daşımaq çətin deyilmi?
-Şeir bütün dövrlərin əbədi mövzusudur, niyə də olmasın...
Sualınız çox yerindədir-əslində, Sözün yükü çox ağırdır, çünki bu yük Sözün özü qədər qədim və qiymətlidir. Amma, müdrik xalqımızda:
"Allah yerin dağlarına baxıb qış göndərir" — deyə müdrik bir atalar sözü var. Böyük Yaradanımız söz demək cəsarətini və bacarığını verirsə, onu daşımaq üçün də güc verir. Bundan əlavə, bu dünyada məsuliyyət gözləri ilə baxsan, ən asan işin belə olmadığına rast gələ bilərsən, insan hər zaman, hər hansı bir halda da olsa insan olaraq qalmağın özü nə qədər çətin və əziyyətlidir! Amma insan hər zaman səbr və mətanət ilə özünü, özünün həqiqi qiymətini anlamağa çalışır.

-Ozod Şarofiddinov, Nəcmiddin Komilov kimi böyük ədəbiyyatşünaslar sizə öz yolunuzu tapmaqda necə kömək etdilər?
-20-ci əsr özbək ədəbiyyatının zirvələri olmuş-Özbəkistanın Qəhrəmanı Ozod Şarofiddinov, filologiya elmləri doktoru, professor Nəcmiddin Komilov haqqında danışmaq istəsək, onların nə qədər böyük Ustad, ensiklopedik bilik və yüksək təfəkkür sahibləri olduğunu söyləsək, bir suala cavab olaraq kitab yazmaq belə yetərli olmaz. Bu böyük ustadlarım ən əvvəl insanlıq elminin zirvələri idilər.
Kim ki, bu ruhani söhbətlərdən faydalanıbsa, şübhəsiz ki, ruhu işıqlanmış və təfəkkürü parlaq olmuşdur, bunlar arasında mən də bu uca varlıqların nəzərinə layiq görülməyimdən məmnun olaraq, bu sevgidən təəccüblənərək, özləri çağırmasalar belə getmişəm.
Doğrusu, deməliyəm ki, hər ikisi də mənim haqqımda özlərinin sevgi və etimad dolu məqalələri ilə-Özbəkistanın Qəhrəmanı Ozod Şarofiddinov müəllimi "Dünya Ədəbiyyatı" jurnalında, filologiya elmləri doktoru, professor Nəcmiddin Komilov müəllimi "Gülüstan" jurnalında yazıblar-amma mən hər ikisinin qarşısına getməkdən çox çəkinmiş və getməyə utanmışam, bu səbəbdən bu böyük ustadlarımdan dualar, səmimi sevgilər və gözəl bir yol arzuları ilə yazılmış ön sözlər mənim üçün miras qalmışdır.
Amma, aramızdakı bu ruhani münasibətlərdə heç bir dünya görüşü qarışmamışdır, yəni mən onların vəzifələrindən və ya mövqelərindən heç bir şəkildə maraqlanmadım, ya da şəxsi problemlərimi, məsələn, təhsil haqqını ödəyə bilmədiyim halda məktəbi tərk etməyim barədə onlara danışmadım.
Düzünü desəm, onların bu vəziyyəti hiss etmələrindən qorxmuşdum.
Mənim üçün onlar ədəbiyyatın, biliklərin yüksək səmasında yaşayırdılar və mən onların o yüksək səma üzərində qalmasını, yerin kiçik qayğılarına qarışmamalarını istəyirdim. Bəlkə də, bu düzgün deyildi, bunu bilmirəm, çünki o vaxtlar çox gənc idim, həmçinin "qanla girən canla çıxar"- dedikləri kimi mən hələ də o cür təvazökar və utancaq idim. Şeirlərimdəki azad və sərbəst ruh və insanı təbiətimdəki təvazökarlıq mənim üçün çox çətindir.
İlk sualın dəqiq cavabı burada ortaya çıxdı.

-Sizə görə təsəvvüfün tərifi nədir? Təsəvvüf şeirləri yazmaq prosesi zamanı hansı mənəvi halı hiss edirsiniz?
-Təsəvvüf əslində ruhun şeiridir. Onun içində ruh belə poetik yüksəlişlərdə yer və dünyadakı kiçik kədərləri rədd edir. Təsəvvüfün tərifi ilə yaşamaq, əslində bütün ömrü şairanə bir əhval-ruhiyyə ilə yaşamaqdır.
-Hər bir şairin, yazıçının ruhunun şairləri olur. Sizin ruhunuzu şairləri kimlərdir?
-Mən özbək ədəbiyyatının demək olar ki, bütün klassik şairlərini və Şərq ədəbiyyatının, Azərbaycan ədəbiyyatının böyük klassikləri Məhəmməd Füzulinin, fars-tacik ədəbiyyatından Hafiz Şirazi, Bədrəddin Hilolinin qəzəllərini, bu günün ən yüksək Ruhiyyə səviyyəsində yüksək məqamlar yazan bütün şairləri diqqətlə oxuyuram. Bundan əlavə, Qərb ədəbiyyatından Jorj Sand, Xulio Kortasar, Emili Dikinsonun və Yaponiya şairi İsakova Takubokunun heykəlləri, klassik və müasir yapon şairlərini, Yasunari Kawabata'nın nazik təbiət tərənnümlərini, ispaniyalı şair Federico Garcia Lorcanın cazibədar heyrətlərini sevirəm. Həmçinin, Azərbaycanın müasir şairi Ramiz Rövşən və Səməd Vurğunun gözəl tərcümələrini də axtarıb oxuyuram.
-Şair və şəxsiyyət kimi həyatınızdakı ən vacib qərarlar nə olub?
-Hər bir insanın öz həyat prinsipləri olmalıdır! Mənə görə prinsipi, qətiyyətli xarakteri və müəyyən sərhədləri olmayan insanın heç vaxt öz mənəvi kimliyi olmaz. Məni hər zaman tarazlıqda saxlayan qüvvə bu inamdır!
-Yaradıcı və şəxsiyyət kimi həqiqəti axtarmaq, söz və mənanı dəqiq göstərmək sizin üçün nə qədər vacibdir?
-Məhz bu sualınıza beşinci sualda özüm bilmədən cavab vermişəm (!!!)
İlahi, yüksək inamı və qətiyyətli prinsipi olmayan yaradıcı insanın mənəvi kimliyi olmaz, çünki mənəvi kimlik olmadığı halda, o yaradıcı özü-özlüyündə itir.
Söz və mənası mənim üçün can və bədən kimi bütöv bir anlayışdır!

-“Bəzi şeylər kitablardan öyrənilmir. Onları ustaddan öyrənmək lazımdır," deyilir. Buna münasibətiniz necədir?
-Doğrudan da elədir -kitablardan öyrənilməyən, yalnız görməklə və yaşamaqla başa düşülən acı həyat həqiqətləri var.
-Əmir Qobus deyir ki: "Yüksək dərəcələrə yalnız başdan keçirilən çətinliklərlə nail olunur." Sizə görə, şair və şəxsiyyət üçün yüksək dərəcə nədir?
-Mənim fikrimcə, həqiqətən Şair və Şəxsiyyət olmaq üçün ən yüksək dərəcə, hər hansı bir vəziyyətdə də özünün sadə bir insan olduğunu və ona verilən bütün mükafatların Allahın neməti olduğunu unutmamaqdır!
Yəni ən yüksək dərəcə bu təvazökarlıqdır!
-Yaxşı şair, yazıçı olmaq üçün şəhərə meyllənmək nə qədər doğrudur?
-Bir zarafatlı aksioma var, böyük istedadlar kənddə doğulur, şəhərdə ölürlər...Demək istəyirəm ki, mərkəzin öz cazibəsi var, burada bütün istedadlar cəm olmuş və bu baxımdan bir növ yaradıcı mühitin qaynadığı yer yaradıcıları çəkən xüsusiyyətə malikdir.
-Mitskoviç deyir: "Bütün gün yaxşı yaşamaq, kitab yazmaqdan daha çətindir." Sizə görə, biz yaxşı insan olaraq yaşamağı və yaxşı kitablar yazmağı nə qədər bacarırıq?

-Bu suala ümumi cavab vermək mümkün deyil, çünki yaxşı insan olaraq yaşamaq çox özünəməxsus bir prosesdir. Bir vaxtın özündə kimisi çox yüksək bir həyat yaşarkən, onun yanındakı biri də ən aşağılıq və axmaqlığın ən ucuna çıxa bilər.
-Azərbaycan ədəbiyyatına marağınız varmı?
-Azərbaycan ədəbiyyatı mənim üçün hələ bir sirli dəniz, açılmamış xəzinə kimidir. Azərbaycan klassik şairləri Məhəmməd Füzuli, İmaməddin Nəsimi və Bilal Nəzimi çox oxumuşam, xüsusilə Füzulinin otuzdan çox qəzəlini əzbər bilirəm, müasir Azərbaycan ədəbiyyatının zəhmətli nümayəndəsi Yusuf Samad oğlunun: "Qətl günü" romanını (Usman Qoçxor tərcüməsində) oxuyaraq çox təsirlənmişəm. Səməd Vurğundan gözəl tərcümələrini də axtarıb oxuyuram, Ramiz Rövşənin şeirlərini sevirəm, ən böyük arzum onları orijinalda oxumaqdır!
-Sizcə, Azərbaycan və özbək ədəbiyyatı arasında hansı ümumi xüsusiyyətlər var? Bu iki xalqın ədəbiyyatı bir-birinə necə təsir edir?
-Bu iki xalqın kökü birdir, bizim Azərbaycanla dinimiz ortaqdır, ədəbiyyatımız ortaqdır, buna görə ədəbiyyatımız da ruhən bir-birini tamamlayan əkiz ədəbiyyatlardır.
Söhbətləşdi:
Cahangir NAMAZOV,
"Butov Azərbaycan” qəzetinin
Özbəkistan təmsilçisi.

16-03-2025, 21:48
Türkün kodu


Nizami Məmmədov Tağısoy
Professor

Türkün kodu
(Oljas Süleymenovun yaradıcılığına “Sözün Kodu” ilə
Türkün kodu kontekstində baxış)


Bədii-poetik, etnoloji-paleoqrafik və özünün bütün komponentləri ilə qazax olub, elmi-fəlsəfi əsərlərini rus dilində yazıb-yaradan Oljas Ömər oğlu Süleymenov qazax xalqının yenilməz sənətkarı olduğunu yaradıcılığa başladığı ilk qələm təcrübələrindən sübut etmişdir. Erkən yaradıcılıq dövründən qazaxların mübariz oğlu orijinal şair-akın Məhəmbət Ütəmisovun poetik stixiyası onun bədii təfəkkürünə nəzərəçarpacaq təsir etmişdir. İlk şeirlər və poemalar təcrübəsi “Arqamaklar” (1961) tezliklə onun adını milli çərçivələrdən çıxarıb dünya çapına yaymışdır. O.Süleymenovun taleyi elə gətirmişdir ki, o, heç də milli mədəniyyət tarixinə şair kimi yox, həm də yazıçı, tədqiqatçı-alim və ictimai-siyasi xadim olaraq özünə möhtəşəm mövqe qazanmış planetar əhatəli şəxsiyyətlərdən olmuşdur.
O, 1954-1959-cu illərdə Qazax Universitetinin Geoloji Kəşfiyyat fakültəsində təhsil almışdır. Tezliklə 1961-ci ildən M.Qorki adına Moskvadakı Dünya Ədəbiyyatı İnstitutunda Poetik tərcümə şöbəsində ünlü sənətkarlardan ustad dərsləri almışdır. Dünya Ədəbiyyatı İnstitutunda təhsil aldığı zaman tələbələr arasında baş vermiş dava-dalaşa görə heç bir təqsiri olmadan oradan xaric edilmişdir. O.Süleymenov 1961-ci ildə Yuri Qaqarinin “Vostok-1” gəmisində kosmosa uçması ilə bağlı “Yer, insana əyil!” şeirini yazmaqla nəinki Qazaxıstanda, həm də Sovetlər İttifaqında, az keçməmiş isə bütün dünyada hamı ondan danışmağa başlamışdır. Bundan sonra Dünya Ədəbiyyatı İnstitutunun rəhbərliyi ona fərdi qaydada müraciət edib, İnstitutda təhsilini yenidən davam etdirməyi xahiş etmişdir.
Qazaxıstanda Oljasın vəzifə pillələri ilə irəliləyişi də çox sürətlə davam etmişdir. “Kazaxskaya pravda” qəzetində müxbir, sonra şöbə müdiri, “Kazaxfilm” kinostudiyasında ssenari şöbəsinin baş redaktoru, “Prostor” jurnalında Jurnalistika şöbəsinin müdiri, Qazaxıstan Yazıçılar İttifaqının İdarə Heyətində katib, Qazaxıstan SSR Dövlət Kinematoqrafiya Komitəsinin sədri, Asiya və Afrika ölkələri yazıçılarının Qazaxıstan Komitəsində sədr, daha sonralar Qazaxıstan Yazıçılar İttifaqı İdarə Heyətinin Birinci katibi və s. kimi vəzifələrdə çalışmışdır.
Oljas Süleymenov 1937-ci ildə repressiyaya məruz qalmış Ömər kişinin oğlu idi. Bu elə bir faciəvi və misli görünməmiş repressiya dövrü idi ki, o nəinki qazax xalqının ən ləyaqətli nümayəndələrinin, həm də bütün türklərin genofondunun məhvinə istiqamətlənmişdi. Uzun sürən belə çətin, üzücü bir dövrdə Süleymenov özünü böyük təfəkkür sahibi kimi təsdiqləyə bildikdən sonra nəinki qzzaxların, həm də bütün türklərin müdafiəsinə qalxa bilmişdir. Təsadüfi deyildir ki, tezliklə onun adı 60-70-ci illər sovet dövrü şair və yazıçılarının ən istedadlıları Y.Yevtuşenko, R.Rojdestvenski, A.Voznesenski, R.Rza, B.Vahabzadə, Anar, A.Alimcanov, T.Zülfüqarov, Ç.Aytmatov, F.İskəndər, Q.Quliyev, D.Kuqultinov, T.Kaipbergenov, İ.Yusupov və digərlərinin adı ilə bir sırada çəkilirdi. Oljasın əsərləri hansı mövzu və problemi özündə çevrələməsindən asılı olmayaraq oxucuların əksəriyyəti tərəfindən bəyənilir, qəbul edilirdi.
O.Süleymenovun 60-cı illərdə qələmə aldığı “Az i Ya” əsəri məzmun baxımından o qədər orijinal və fərdi möhürlü bir əsər olmuşdu ki, onun mahiyyət konsepsiyasına fərqli elmi, nəzəri, etnoloji, etnoqrafik ümumhumanitar, ədəbiyyatşünaslıq və dilşünaslıq baxımından yanaşmalar ortaya çıxırdı. Kitaba pozitiv münasibət rəsmi elm nümayəndələrindən başqa, həm də digər yüksək humanitar sferalar tərəfindən sərgilənirdi. Təkcə ukraynalı tənqidçi D.Pavlıçko “Mənim Oljasa sözüm” məqaləsində onun poeziyasını dərin, fəlsəfi və lirik adlandırmaqla, həm də onu etiraz kimi dəyərləndirərək yazırdı:
“Oljas Süleymenov nəinki... sovet, həm də dünya poeziyasına Şərq Ruhunu gətirdi...”
Oljas Süleymenov nəinki qıpçaq, həm də oğuz türklərinin və türk etnosunun qədim köklərini dərindən araşdırmağa və onu olduğu kimi dəyərləndirməyə gərəyincə səy göstərən təfəkkür daşıyıcılarındandır. Onun fikrincə, hətta sayca lap azlıq təşkil edən xalq və millət öz tarixini digər xalqların tarixindən izolə və təcrid olunmuş şəkildə yox, digərləri ilə qarşılıqlı əlaqədə öyrənməlidir. Bəs belə yanaşma baxımdan necə həyata keçirilməlidir? O.Süleymenov yazırdı ki, mən 50-ci illərdə Alma-Atada məktəbdə oxuduğum dövrlərdə biz Yunanıstan, Roma, Qərbi Avropa, Amerika və, əlbəttə, Rusiyanın tarixini öyrənirdik. Lakin qazax tarixindən bir ad, yaxud hər hansı bir hadisə orada öz əksini tapmırdı... Bununla nəinki məktəbliləri, həm də tarixçiləri öz əcdadlarının tarixini öyrənməkdən kənarlaşdırmışdılar... Mən “Az i Ya” kitabı üzərində işləyərkən çoxsaylı arxiv materiallarını, sənəd və mənbələrini Alma-Ata kitabxanasında oxudum, tozlu kitab saxlancları rəflərindən ilkin mənbələri taparkən onların xeyli səhifələrini cib darağının köməyi ilə kəsib, ortaya çıxardım. Elə bununla da O.Süleymenov bu tipli son dərəcə qiymətli kitabları ilk dəfə açdığını dilə gətirirdi. “Ravnovesie” (“Müvazinət”) şeirində məsələyə bu rakursdan diqqət yetirən şair yazırdı:
Daraqla vərəqləri kəs
gələcək əsrin romanların
onlar qaranlığı sevmir,
işığa da dözmürlər.
O səhifələrdən qorxma,
bomboş, ağappaq tarla kimi.
Vərəqlə, diqqətlə bax:
Bax həmin səhifələrdə
biz görüşək yenidən.

Ruhən, qəlbən, etnik kökən etibarı ilə qazax olan O.Süleymenov sanki həm dünyanın vətəndaşı və həm də sözün həqiqi mənasında beynələmiləlçisi idi. Buna görə də özünün “Az i Ya” kitabında o, türk-slavyan mədəni-tarixi birliyini bütün mətn boyu əsaslandıraraq inkişaf etdirirdi. Odur ki, Oljasın türk yazısı və qazax xalqının tarixi keçmişi ilə bağlı qələmə aldıqları son dərəcə yüksək elmi dəyər daşımaqdadır. Oljas Süleymenov Anar, Robert Rojdestvenski, Yevgeni Yevtuşenko, Timur Zülfiqarov, Bulat Okucava və b. bu kimi bədii fikir sahibləri ilə yanaşı, 60-cılar nəslinə mənsub olub, qazax ədəbiyyatında tarixi roman janrını İlyas Yesenberlin, Əbdicəmil Nurpeisov, Anuar Əlimcanov, Moris Simaşko və digərləri ilə birlikdə daha yüksək mövqelərə qaldıra bilmişdir. Türklərin özünəməxsus sivilizasiyasından bəhs etməklə o, qeyd edirdi ki, Türk xaqanlığı heç nə yaratmayıb, təkcə Orxon-Yenisey abidələrini ortaya qoymaları ilə dünya mədəniyyətində öz ləyaqətli yerini qorumaqdadırlar. O.Süleymenovun dünya maştablı bədii-poetik, elmi-nəzəri təfəkkürü onun əsil Avrasiyaçı olduğunu sübut etdirməkdədir. Bax, buna görə də təsdiq edirik ki, Oljas Süleymenov milli ilə dünya mədəniyyəti arasında birləşdirici, qovuşdurucu körpüdür. Məhz buna görə də onun Avrasiya məkanında xalqlar arasındakı rolu danılmazdır. Onda spontan olaraq dünyanı özünəməxsus hiss etmə və onu qavrama modeli formalaşmışdır.

Xeyli müddət sonralar nəşr etdirdiyi “Sözün Kodu” adlı yeni kitabında O.Süleymenov sözün genomeninin raşşifrovkasına, söz-işarələrinə, söz-simvollara xüsusi diqqət yetirərək insanları bəşər övladının ilk sözlərinin mənşəyinə diqqət yönəltmək istəmişdir.
Belə yanaşma zamanı o, fonetik müvafiqlik metodunun məhdudluğuna nəzər salmaqla söz tarixinin yalnız üst laylarının öyrənilməsinin mümkünlüyünü qeyd etmişdir. Odur ki, Süleymenovun “Sözün Kodu” kitabında onun tərəfindən gələcək elmi araşdırmaların perspektivləri “Şümerdə Türklər”, “Qədim Misirdə Türklər”, “Etruriyada Türklər”, “Qədim Hindistanda Türklər”, “Qədim Çində Türklər” və s. mövzuların aktuallığı ortaya qoyulmuşdur. Süleymenov əminliklə bildirir ki, Sözü son dərəcə diqqətlə oxuyub, ona xüsusi məna verməyi bacarmaq lazımdır ki, o tarixə qədərki keçmişin şahidi olduğunu gərəyincə nümayiş etdirə bilsin.
Heç şübhəsiz ki, Oljas Süleymenovun poeziyası özündə avanqard poetikasını, çöl, səhra motivlərini və texnogen eranın kosmizmini, mədəniyyətlərin dialoqunu və dialektikasını əks etdirən qeyri-adi fenomen olmaqla şairin ədəbi və yaradıcılıq bioqrafiyasını uğurla birləşdirən qeyri-ordinar mədəni-poetik və fəlsəfi-estetik hadisədir. Şairin çeşidli yaradıcılığı şeir və poemaları Azərbaycan dili ilə yanaşı, ingilis, fransız, alman, ispan, çex, polyak, slovak, bolqar, macar, rus, monqol, qırğız, özbək, ukrayna, belarus, türk, çin, koreya və digər çoxsaylı dünya xalqlarının dillərinə tərcümə olunmuşdur. Bədii əsərləri ilə yanaşı, Oljas Süleymenovun elmi əsərləri də dünyada son dərəcədə populyardır. Onun bu müstəvidə qələmə aldığı əsərlərində qədim insanın dilinin universal qrammatikasının tarixi-linqvistik təhlili yer alır ki, o da bu və ya digər şəkildə müasir dillərdə öz funksionallığını qoruyub saxlamaqdadır. Süleymenov onların genezisini ilk heroqlrif qrafik yazının köməyi ilə raşşifrovkasını “Az i Ya” (1975), “Yazının dili” (1998), “Tarixəqədərki türklər” (2001), “Sözü Kodu” (2014), “Etimologiyaya giriş” (2019) və başqa bu kimi tədqiqatlarında bəşər övladının təkamülünün öyrənilməsindəki “ağ ləkələri” etimologiya, kulturologiya və paleolinvistikanın köməyi ilə görüb ortaya çıxarmağa müvəffəq olmuşdur.
Oljas Süleymenov poeziyası insanlara xalqının tarixi təşəkkülünü dərk etməyi öyrənib, bizləri əsrlərin dərinliyini və görməyə istiqamətləndirməklə qazaxların haradan gəlib, hara getdiyini, onlara dünyada öz yerini dərk etməyə və bilməyə sövq etməyə çalışmışdır. Buna görə də Oljasın şeirlərini bir qayda olaraq fikir dərinliyi, fəlsəfi interpretasiya, estetik duyum tərzi və birmənalı qəbul edilməyən polemik kontekst fərqləndirir.
Böyük mütəfəkkirin “Gil kitab” əsəri isə tarixi hadisələri yaddaşlarda canlandıran, əsrlərin dərinliklərində ilişib qalanları, olub-keçmişləri dövrümüzdə yenidən göz önunə gətirməyi hədəfləyən bir nümunə kimi maraqlıdır. Bu əsərdə şəkillərdən bəhs olunmaqla Assuriya çarı Assarxadonun salnaməsundə onlarla bağlı məlumatlar yer almışdır. E.ə. VII əsrdə işquzlar İşpakay adlı başçıları ilə birlikdə Xəzərin qərb sahillərindən Cənub səhralarından Assuriya və Babilistana hücüm edir və bu əraziləri bir neçə il ərzində idarə edir. Bununla O.Süleymenov “Vəhşi Səhra”da elmi axtarışlar aparılması üçün son dərəcə vacib və qiymətli nəticələrə imza atır ki, onları aşağıdakı kimi ümumiləşdirmək mümkündür:
a) Oğuz yazısının ən qədim abidələri bizim eradan Orxon-Yenisey abidələridir. Lakin O.Süleymenovun əsəri oğuzların tarixini e.ə. XI əsrə aid etməklə daha da qədimlərə aparır;
b) Skifşünasların çoxillik mübahisələrinə burada nöqtə qoyulur: skiflər Assuriyaya hücüm edən türklərdir, yoxsa iranlılar;
c) Skif adının özü bizim dövrə “iş-quz” kimi gəlib çatmaqla, həm də “iç- oğuz” (yaxud “iç-quz”) kimi səslənməkdə və tarixdə yer almaqdadır.
Bütün bu tipli yanaşmalar O.Süleymenovun tarixi-nəzəri baxışlarının məhsuludur. Azərbaycan dilində nəşr olunmuş “Tanrının təbəssümü” məcmuəsində isə əslində O.Süleymenovun elmi-tədqiqat xarakterli əsərləri “Az i Ya”, “Gil kitab”, “Sözün Kodu”, “Tarixəqədərki türklər” kitablarından nümunələr və “Tanrının təbəssümü” adı altında olar şeirlərdən seçmələr, o cümlədən Süleymenovun həyat və yaradıcılığından bəhs edən “Oljas fenomeni” adlı kitablardan nümunələr yer almışdır. Əslində Azərbaycan, türk və ingilis dillərinə çevrilib “TEAS Press Nəşriyyat evi” tərəfindən çap olunmuş bu əsərlər Oljas Süleymenovın 80-illiyi münasibəti ilə işıq üzü görməklə dahi mütəfəkkirin orijinal yaradıcılığının əksər aspektlərini əhatə etməkdədir.
Oljas Süleymenov əhatəli etnoloji, etnoqrafik, paleoqrafik, paleolinqvistik, tarixi, fəlsəfi, elmi, poetik, publisistik və s. tipli əsərləri ilə qazaxların və türk xalqlarının adını tarixin yaddaşına bir dəfəlik həkk etmiş böyük TÜRKDÜR!
16-03-2025, 20:29
NƏNƏM

Məhəbbət SƏFA


NƏNƏM
Xatirə-esse

Uşaqlığım Kokandda keçib. Kəndimizi “Şöxay” adlandırırdılar. Mən doğulanda valideynlərim tələbə olduqları üçün məni nənəmə veriblərmiş. Nənəm danışardı ki, o zaman valideynlərim nənəmə “bu qızı həmişəlik sənə veririk, bir daha geri almayacağıq”, – deyiblər. Yeddi aylıq doğulduğuma görə çox zəif olmuşam. Nənəm həmişə: “Qaloşumun içinə yerləşəcək qədər balaca idin”, – deyirdi. Mən isə gah nənəmin üzünə, gah da onların qapqara qaloşlarına baxıb dediklərinə inanırdım.
Məktəbə getdiyim vaxtlarda Həmid Alimcanın nağıllarını oxuduqca nənəmin və mənim haqqımda yazıldığını düşünürdüm. Ötkir Haşımovun “Dünyanın işləri” əsərini oxuduqda isə nənəm ilə yaşadığım günlər və sonralar onun tək qalması gözümün önündə canlanırdı. Bu kitabı oxuyanda nənəm üçün necə çox darıxdığımı hiss edirdim. Kitabın cırılmış səhifələrini neçə dəfə göz yaşlarım ilə islatmışam. Nənəm dünyadakı yeganə sirdaşım və qayğıkeşim idi. Onlarsız uşaqlığım necə keçərdi, təsəvvür belə edə bilmirəm. Mənə bütün həyatım üçün dərs verən, dünyada ən xoşbəxt uşaqlıq bəxş edən nənəmdən bir ömür boyu minnətdaram.
Həyətimiz başdan-başa üzüm tənəkləri ilə əhatə olunmuşdu. Hüseyni, çərəz, kişmiş üzümləri başımızın üstündə nabat kimi parıldayırdı. Nənəm hər dəfə çörək bişirəndə, “gözəl olasan” –deyə təndir başında mənə isti çörəklə üzüm yedizdirirdi. Həyətimizin bir küncündə böyük tut ağacı vardı. Biz o tuta marvartak deyirdik. Marvartak erkən yazda yetişirdi, meyvəsi iri-iri, ağ-sarı rəngdə olub həyətə səpələnirdi. Mən tut yeməyi çox da xoşlamazdım. Nənəm isə, “Gələn il tutun yetişənə qədər qüvvətli olarsan” deyərək məni yeməyə həvəsləndirirdi. Marvartakın güclü budaqları çox əzəmətli görünürdü. Onun budaqlarından yelləncək asmışdılar.
Kuklamı yanıma alıb dayanmadan yellənirdim. O qədər çox yellənirdim ki, nənəm, “Başın fırlanmır ki?” –deyə narahatlıq edirdi. Mən isə daha da çox sevinirdim. (Qışda yelləncəyi yığışdırıb budaqların arasına qoyurdular).
Tut ağacının altında kiçik bir taxt vardı. Yay axşamları ulduzlara baxaraq, gecə yarısına qədər nənəm başından keçən hadisələri danışardı. Elə bil, Marvartak da nənəmin sözlərini dinləmək üçün budaqlarını aşağı əyirdi. Mən, nənəm və Marvartak bir-birimizi çox yaxşı anlayırdıq. Nənəm ulduzlara baxaraq sabahkı havanı və payızın necə keçəcəyini deyərdi. Onun dedikləri həmişə doğru çıxardı.
Mən düşünürdüm ki, nənəm ulduzların dilini başa düşür. Bəzən onların yerinə baxaraq təhlükə və ya sevindirici xəbərlər barədə də proqnoz verərdi. Nənəmin hər şeylə, elə bil, insanla danışırmış kimi danışmaq adəti vardı. Tövlənin qarşısına gedəndə qoyunlar, toyuqlar, arxda axan su, hətta bağ çəpərində yamyaşıl böyüyən böyük qoz ağacı ilə də danışardı.
Bəzən günorta vaxtları taxtın üstünə günəş düşəndə, həyətin hansısa üzüm tənəyinin sıx kölgəsi olan yerinə həsir sərib çay içərdik. Mən həsir üstündə oturmaq istəmirdim. Nə qədər etiraz etsəm də, nənəm onun faydalı olduğunu, hətta ayaq ağrılarına yaxşı gəldiyini deyərək məni oturmağa sövq edirdi. Marvartakın gövdəsində böyük bir oyuq vardı. Ora evdəki xırda-para əşyaları qoyurduq. Bəzən qəsdən oyuğun içinə girib gizlənirdim. Nənəm məni hər tərəfdə axtaranda çox xoşuma gəlirdi. Həm sevələyəndə, həm də hirslənəndə tez-tez “Qaran öçsün” deyərdi. Məni Məhəbbət çağırardı. Əvvəlcə, “Məhəbbət, haradasan, anam?” deyə bir az səslənir, sonra narahatlıq artanda, “Ha, qaran öçsün, hardasan, çıx buraya!” deyib məni tapmağa çalışardı. Bir dəfə oyuğun içində yatıb qalmışdım. O gündən sonra məni daha tez tapmağa başladı. Amma yenə də oyuq gizlənməyə yeganə yerim idi.
Nənəm çoxlu nağıl bilirdi. Marvartakın oyuğu mənə onun danışdığı “Yarılt daş” nağılını xatırladırdı.

Şirin qarğıdalı dənəciklərini çox xoşlayırdım. Ona görə nənəm xüsusilə Kokand bazarına gedib alıb gətirərdi. Bir gün çox yediyimdən halım pisləşdi və xəstələndim. Nənəm buna çox hirslənib qarğıdalıları qonşu uşaqlara payladı.
– Bu qaran öçsün uşağımı xəstə elədi, – deyərək bütün gün həyətin o başından bu başına əsəbi halda gedib-gəlirdi. İki hörüyünün ucuna bağlanmış gümüş pulcuqlar bir-birinə dəyib cıngıldayırdı. Mən bu səsləri çox sevirdim. Bəzən həmin hörükləri əlimdə saxlayıb bir-birinə vuraraq oynayırdım.
...Günortaya yaxın halım yaxşılaşdı. Axşam isə taxtın üstündə uzanıb, göyə baxaraq nənəm ilə uzun-uzadı söhbət etdik. Bəzən nənəm alçaq səslə zümzümə edirdi. Onun mahnıları çox kədərli və təsirli idi.
– Alın yazısı ilə məni tək qoyan iki övladım hərəsi bir tərəfə uçub getdi. Qız uşağı ola-ola, anan da mərhəmətsiz çıxdı. Qardaşı hərbidədir, ardınca bu birisi də oxumağa getdi, ard-arda getdilər. Bu tərəfdə isə mən varam, deyən olmadı. Anası gözlərinə görünmədi. Ah, bədbəxt ömrüm, bədbəxt ömrüm! Hə, sevgi yox olsun, sevgi yox olsun! “Şöxay”da oğul nəslinin qırğını olmamışdı. Saçının teli kimi oğul idi...
Nənəm bu sözləri deyəndə anamın uzun, tərtəmiz qara saçları gözümün önünə gəlir. Yuxarı siniflərdə oxuyanda anam bizə fransız dilindən dərs deyirdi. Stolun arxasında yazı yazanda iki hörük saçı yerə qədər sallanırdı. Bəzən xırda hörüklərini sayırdım – 120-130 hörük çıxırdı. Qızlar ona həsədlə baxıb arxasınca gedirdilər. Mən isə nədənsə anamı onlardan qısqanırdım.
Nənəm zümzümə edərək ağlayar, aydınlıqda göz yaşları uzun-uzun qırışlarından yanaqlarına süzülüb tökülərdi.
Fərqanədə od yandırsam, Xivədə tüstüsü,
Bu dünyada varmı ki, ürək-bağrı bütövü?
Bu dünyada varsa da, ürək-bağrı bütövü,
Kağızdan ocaq çataq, güldən odun edim.

Bir ağı başqa ağı bağlayıb davam edərdi:
Xivə, yolun daşdır,
Övladımın bağrı daşdır.
Həsrət qaldım, nə edim,
Gözlərim sel kimi yaşlı.

Nənəmin uzun müddət zəif çiyinləri titrəyər, mən də hönkürüb başımı onun paltarının arasına sıxardım. Əlimdən heç nə gəlməməsi, nənəmə kömək edə bilməməyim məni çox üzərdi. Əzilməyin nə demək olduğunu, yəqin ki, o vaxtlar başa düşməyə başlamışdım.
Həyətimizin üstündən təyyarə keçəndə, anamı gətirməsini istəyə-istəyə bütün gücümlə qışqırır, arxasınca qaçırdım. Bəzən təyyarənin səsi eşidilən kimi pilləkənlə divara çıxar, oradan da damın üstünə dırmaşardım. Belə etsəm, təyyarə səsimi daha yaxşı eşidər, deyə düşünürdüm. Nənəm isə həmişə, "Ananı dəmirqanadlı quş apardı", – deyərdi. Özüm-özümə bir mahnı da düzəltmişdim. Amma nə qədər yalvarırdımsa da, dəmirqanadlı quş dəfələrlə damımızın üstündən uçub keçdi, amma anamı qaytarmadı...
Nənəmlə ikimiz xırda ticarətlə məşğul idik. Dükanın qarşısındakı söyüdün kölgəsində skamya qurub onun üzərinə əşyalarımızı səpirdik. Qış-yay bazarın yaxınlığında, dükanın önündəki tut ağacının kölgəsində piştaxta qoyar, üstündə nəyimiz varsa sərgiləyərdik. Mallarımız arasında qurut, tənbəki, püstə və nənəmin "rus saqqızı" adlandırdığı şirin çeynənən saqqız olardı. Yayda, önümüzdəki arxdan su şırıldayaraq axardı, mən də dükancının ətrafını təmizləyib su səpərdim. Gəlib-keçənlər, gənc və yaşlılar kölgədə oturub dincələr, nənəmin hazırladığı tənbəkini və püstəni tərifləyərdilər. Onları özümüz hazırlayırdıq. Böyük qazanlarda qovrulan günəbaxan tumları günboyu yorğanlara bükülü saxlanırdı. "Belə olanda ləpəsi dadlı və xırt-xırt olur," – deyirdi nənəm. Tənbəki də, qurud da çox satılırdı. Bəzən siqaret də gətirirdik. Ağ və qırmızı kağız qutularda, üzərinə dəmirqanadlı quş təsviri çəkilmiş siqaretlərimiz olurdu. "Bu, kəndin zənginləri üçündür," – deyib, ağ rəngli qutuları xüsusi ilə qoruyurdu.
Tənbəki tez tükəndiyi üçün nənəm tənbəki satıcılarına əsəbi halda deyərdi:
Gör sizin bəxtinizə bax, gətirdiyiniz tənbəki bir həftə çatmır. Mən də buna görə iki dəfə Kokandboya düşməli oluram. Əlinizdə az qala yoxmuş kimi, puluma görə versəniz nə olar?
Mən gün boyu çayın qırağındakı qəbiristanlıqda uşaqlarla qoyun otarardım. İndi qəbiristanlıqda qorxmadan necə gəzdiyimi düşünəndə, özümə heyrət edirəm. Baharın ilk müjdəçiləri orada üzə çıxardı. Xırda çiçəklər dəstə-dəstə açar, onları dərib nənəmə gətirərdim. Nənəm otları üzünə sürtüb mənə, "Daha dərmə," – deyərdi.
Demək olar ki, gecənin yarısına qədər ticarət edərdik. Yorulub yuxuya getdiyim vaxtlar nənəm məni kiməsə çiynində aparmağı tapşırardı. Hər dəfə birinin məni apardığını yarıaçıq başa düşsəm də, gözlərimi açmaq istəməzdim.
Qış gələn kimi bağdakı şirin ərikdən qurudulmuş meyvələr, heyva, qoz, kişmişlə bir qutunu doldurub anam üçün göndərərdik. O vaxtlar belə şeylərin Xivədə olmadığını düşünürdüm.
Qış gələndə pəncərənin yanına sandal qoyulardı. Sandalın isti olması cana çox rahatlıq gətirərdi. Çöldən üşüyüb gələndə tez yorğanın altına girərdim. Gecələr ayaqlarımın közə düşəcəyindən qorxub yorğanı tez-tez qaldırıb baxar, nənəmin hirslənməsinə səbəb olardım. Bəzən nənəm yorğun olub tez yuxuya gedərdi, mən isə sandaldakı yorğanın altına başımı soxub qıpqırmızı közə baxaraq daxilimdə müxtəlif şeylər uydurardım.
Nənəm loğmanlıqla da məşğul olardı. Hər dəfə dağa çıxıb torba-torba ot yığıb gətirərdik. Otlardan hər birini yığıb, hansı xəstəliyə yaxşı gəldiyini deyərdi. Otları damda qurudub, kiçik mis dibəkdə üyüdər, sonra hər birini ayrıca bükərdik. Qış aylarında nənəm həmin mis dibəkdə mənə düyü unu üyüdərdi. Dibəkdə üyüdülmüş düyü unu mənim çox xoşuma gələrdi. Düyünü incə üyüdüb köz kimi qızarmış tavada qırmızı rəngə çatana qədər qovurardıq, sonra qurudulmuş çörək qırıntıları və qoz ləpəsi ilə birlikdə düvəyə (həvəngdəstə) töküb un halına gətirərdik. Bir az şəkər əlavə edib qarışdırardıq, sonra çayla yeyərdik. İsti çayın qoxusu və qovrulmuş düyü sıyığının ətri bütün otağa yayılardı. Nənəmin qovrulmuş düyü sıyığı həm doyumlu, həm də çox dadlı idi.
Evimizə xəstə uşaqları gətirər, qadınlar nənəmə “kinna” (şəfa duası) etdirərdilər. Mən də nənəmə baxıb, oyuncaqlarıma, həmişə qoz ağacının altında uzanıb qalan, uzun tükləri və böyük, sallanan qulaqları olan “Aləvay” adlı oyuncağıma təndirdən kül gətirib “dua” oxuyardım.
Gözlərini yumub uzun-uzadı dua edən nənəm nağıllardakı sehrli qarıları xatırladırdı.
(İxtisarla)

Xarəzmli qızı Məhəbbət SƏFA 1969-cu ildə anadan olub. Urgənç Dövlət Universitetində Ali təhsil alıb. Mətbuatda çalışır. Onun “Sirli baxışlar”, “Adsız saplar”, “Məhəbbət” şeir topluları, “Ömür çiçəyi” publisistik məqalələri çap olunub. Məhəbbət xanımın maraqlı hekayələri var. Adama elə gəlir ki, bu hekayələrin hamısı müəllifin tərcümeyi-halıdır – indi siz oxuculara ixtisarla təqdim etdiyimiz “Nənəm” xatirə-essesi kimi. Ən böyük arzularından biri də Azərbaycana gəlmək, Bakıda kitabını nəşr etdirməkdir.
Almaz Ülvi
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!